Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6280/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(004)-29/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh ASC-nin xeyrinə 3630.94 manat əsas, 955.19 manat faiz, cəmi 4586.13 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş və tələbini belə əsaslandırılmışdır ki, borclu ilə ASC arasında xx.xx.2012-ci il tarixdə kredit müddəti 36 ay müddətinə olmaqla, kredit müqaviləsi bağlanmışdır. Həmin sazişdə isə kredit şərtləri müəyyən edilərək, o cümlədən kreditin illik faiz dərəcəsi 36 faizədək müəyyən edilmişdir. 2014-cü il tarxdə tərəflər arasında bağlanılmış xx.xx.2012-ci il tarxili “Baş Saziş” əsasında cavabdehə 7569 manat məbləğində SMS kredit verilmiş, 2014-cü il tarixdə verilmiş kreditin növü sms krediti olmaqla “dostlar klubu – tranş” olmuş, kreditin illik faiz dərəcəsi 25% olmuşdur və bu barədə cavabdehə sms təklif göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Təxminən iki ilə yaxın cavabdeh tərəfindn illik 25 faiz dərəcəsi ilə aylıq 300 manat məbləğində kredit ödənişləri edilmiş, daha sonra isə ödəmə qabiliyyəti aşağı düşmüş, bir müddət sonra isə ümumiyyətlə ödəniş edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2885/2018 nömrəli xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etiraz ərizəsi əsasında əmr ləğv edilərək iş üzrə iddia icraatına keçirilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(004)- 29/2020 saylı qətnaməsi ilə isə iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı ASC-nin xeyrinə əsasən əsas borc üzrə 3324,98 manat, faiz borcu üzrə 356,51 manat, cəmi 3681,49 manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 19,73 faizi, yəni 3,95 manatının iddiaçıya aid edilməsi, qalan 80,27 faizi, yəni 16,05 manatının isə cavabdehdən iddiaçının xeyrinə tutulması, iş üzrə məhkəmə məsrəfi olan 490 (145+145+200) manat ekspertiza xərcinin 50%-i, yəni 245 manatının iddiaçıdan, qalan 50%-i, yəni 245 manat məbləğində pul vəsaitinın cavabdehdən tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin məhkəmə məsrəflərinin bölünməsi hissəsində ləğv edilməsini, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyinə əsasən borc hesablanarkən cərimə borcu üzrə silinmiş məbləğ nəzərə alınmamışdır, əgər alınsaydı, maliyyə arayışı ilə tələb edilən məbləğ ilə ekspert rəyi arasında kəskin fərq olmadığı aşkardır. Bu hal olmasa belə, yenə də iddia tələbi qismən – 82% təmin edilmişdir, belə olan halda məhkəmənin məhkəmə məsrəflərini yarı bölməsi düzgün deyildir, iddia tələbinin təmin edilməmiş – 18% hissəsində məhkəmə məsrəfi ASC-dən tutulmalı idi. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin qismən, yəni əsas borcun 306,51 manatdan artıq olan hissəsində və faiz borcu hissəsində ləğv edilməsini, əsas borcun 306,51 manat hissəsində dəyişdirilmədən saxlanılmasını, dövlət rüsumu və məhkəmə xərclərinin isə buna mütənasib formada bölüşdürülməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, kreditin faizi ilə bağlı bankla arasında razılaşma olmamışdır, məhkəmədə də nümayəndəsi (qızı) bu barədə izahat verməmişdir. Ekspert rəyi də məhkəmə tərəfindən qoyulmuş xüsusi suala uyğun verilmişdir. Faizlə bağlı hər hansı razılıq olmadığından, ödədiyi bütün məbləğlər əsas borcdan çıxılmalı idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Həmçinin göstərdi ki, cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Razılaşma və Baş Saziş bağlanmışdır. Razılaşmanın 2.2.5-ci bəndində göstərilmişdir ki, kredit şərtləri, müddəti, illik faiz dərəcəsi və məbləği müştərinin kredit üçün müraciəti zamanı bank tərəfindən qüvvədə olan tariflərə əsasən müəyyən edilir. 2014-cü il tarxində tərəflər arasında bağlanılmış xx.xx.2012-ci il tarxili “Baş Saziş” əsasında cavabdehə 7569 manat məbləğində SMS kredit verilmiş, kreditin növü sms krediti olmaqla “dostlar klubu – tranş” olmuş və kreditin illik faiz dərəcəsi 25 % olmuşdur və bu barədə cavabdehə sms təklif göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Təxminən iki ilə yaxın da cavabdeh tərəfindən məhz illik 25 faiz dərəcəsi ilə aylıq 300 manat məbləğində kredit ödənişləri edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi isə ASCnin apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, kredit müqaviləsində faiz dərəcəsi qeyd edilməmişdir, hansı əsasla 25% faizlə hesablanmışdır, anası (iddiaçı) ilə bank arasında kreditin 25% ilə verilməsi barədə razılıq olmamışdır, birinci instansiya məhkəməsində də 25% ilə verilməsi barədə izahat verməmişdir, bununla bağlı protokola qeyd də vermişdir. İlkin ekspert rəyində də faiz borcunu dəqiq müəyyən etmək mümkün olmamış, sonuncu rəydə isə bank tərəfindən illik 25 fiaz hesablanaraq silinmələr nəzərə alınmaqla əsas və faiz borcu müəyən edilmişdir. Hesab edir ki, bu əsassızdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Göründüyü kimi iddiaçı apellyasiya şikayətində qətnaməni yalnız məhkəmə məsrəflərinə aid hissədə, cavabdeh isə əsas və faiz borcuna, həmçinin məhkəmə məsrəflərinə aid hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,hər iki şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli BS- DK006259/12 saylı Baş Saziş, xx.xx.2019-ci il tarixli R-BSDK006259/12 saylı Razılaşma imzalanaraq, sonuncuya 60 ay müddətinə illik maksimum 36 faiz hesablanmaqla kredit xətti açılmış və xx.xx.2012-ci il tarixli Balansdankənar məxaric orderinə əssən 1 ədəd Dostlar klubu Gumush kartı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 10146 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh («Borcalan») arasında bağlanmış xx.xx.2012-ci il tarixli, R-BS-DK006259/12 saylı razlaşma və xx.xx.2012-ci il tarixli BS-DK006259/12 saylı baş saziş üzrə illik faiz dərəcəsi dəqiq nəzərdə tulmamış, aylıq ödənişin məbləği və tarixi barədə razılaşdırılmış ödəniş cədvəli təqdim edilmədiyinə gorə kreditin aylıq ödəniş məbləğini müəyyən etmək mümkün olmamışdır. İddiaçı ilə Cavabdeh («Borcalan») arasında bağlanmış xx.xx.2012-ci il tarixli, R-BS-DK006259/12 saylı razlaşma və xx.xx.2012-ci il tarixli, BS-DK006259/12 saylı baş saziş üzrə xx xxxxxx 2014-cü il tarixdə 7569,00 manat məbləğində kredit götürülmüş (məhkəmə tərəfindən kreditin götürülməsi nəzərə alındıqda) və Cavabdeh krediti üzrə xx xxxxxxxx 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) 7262.49 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 13138 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh («Borcalan») arasında bağlanmış xx.xx.2012-ci il tarixli, R-BS-DK006259/12 saylı razlaşma və xx.xx.2012-ci il tarixli, BS-DK006259/12 saylı baş saziş üzrə illik faiz dərəcəsi dəqiq nəzərdə tutulmamış, aylıq ödənişin məbləği və tarixi barədə razılaşdırılmış ödəniş cədvəli təqdim edilmədiyinə görə kreditin aylıq ödəniş məbləğini müəyyən etmək mümkün olmamışdır. İddiaçı ilə Cavabdeh («Borcalan») arasında bağlanmış xx.xx.2012-ci il tarixli, R-BS-DK006259/12 saylı razlaşma və xx.xx.2012-ci il tarixli, BS-DK006259/12 saylı baş saziş üzrə xx xxxxxx 2014-cü il tarixdə 7569 manat məbləğində kredit götürülmüş (məhkəmə tərəfindən kreditin götürülməsi nəzərə alındıqda) və Cavabdehnm krediti üzrə xx xxxxxxxx 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) 7262.49 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda Cavabdehnm İddiaçı-yə ödənilməli olan borcu 306,51 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2648 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh DK006259/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə (kredit müqaviləsinin qüvvədə olma tarixinə) İddiaçı-yə əsas borcu 3324.98 manat, faiz borcu isə 356.51 manat təşkil edir Beləliklə, məhkəmə tərəfindən tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərinə əsasən kredit fazinin illik maksimum 36 faizədək müəyyən edilməsi, bank tərəfindən baş saziş üzrə cavabdehə xx xxxxxx 2014-cü il tarixdə 7569 manat məbləğində illik 25 % dərəci ilə kredit (SMS kreditin) verilməsi, cavabdeh tərəfindən isə kreditin şərtləri qəbul edilərək iki ilə yaxın müddət ərzində ayda 300 manat məbləğində ödənişlərin həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarını, xx.xx.2020-ci il tarixli ekspert rəyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin dəlili ondan ibarətdir ki, faiz barədə razılıq əldə olunmadığından, illik 25%-lə borcun hesablanması əsassızdır, onun yalnız 306,51 manat əsas borcu qalmışdır və həmin hissə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, cavabdehin ona verilmiş kredit məbləği üzrə faiz dərəcəsindən məlumatı olmaması, ümumiyyətlə ona faizsiz kreditin verilməsi barədə dəlilləri iş materialları ilə də təkzib olunur. Belə ki, 7569 manat məbləğində kredit vəsaitinin verilməsi və həmin öhdəliyin icrası qaydası tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarxili “Baş Saziş”in şərtlərinə uyğun olaraq SMS vasitəsilə həyata keçirilmişdir. İddiaçının nümayəndəsinin bildirməsinə görə, cavabdehə SMS vasitəsilə kreditin məbləği, faiz dərəcəsi və qaytarılma müddəti barədə məlumat verilmiş, cavabdeh də həmin şərtləri qəbul etmişdir. İddiaçı kreditin illik 25 faizlə, cavabdeh isə faizsiz verildiyini iddia edirlər. İş materiallarında olan xx.xx.2014-xx.xx.2017-ci il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə cavabdehə 7569 manat kredit ayrılmışdır. Həmin vəsaitdən 132 manat komissiya çıxılmış, 5.632,18 manat cavabdehin başqa (əvvəlki) kredit borcuna silinmiş, 1.804,82 manat isə cavabdehin “dostlar klubu” kartına köçürülmüşdür. Hesabdan çıxarışdan daha sonra müəyyən olunur ki, kreditdən istifadəyə görə cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə 305 manat ödəniş edilmiş, həmin ödənişdən 137,19 manat faiz borcuna, 167,81 manat əsas borca silinmişdir. Əsas borc məbləği olan 7569 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 5,26 manat (7569x25%/360=5,26), həmin faizlərin hesablanmalı olduğu müddət isə 27 gün, yəni kreditin verildiyi xx.xx.2014-cü il tarixdən növbəti ödənişin edildiyi xx.xx.2015-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 142,02 manat (5,26x27) təşkil edir. Həmçinin xx.xx.2014-cü il tarixdə 4,82 manat faiz borcuna silinmişdir ki, həmin vəsaiti də çıxdıqda cavabdehin xx.xx.2015-ci il tarixə ödəməli olduğu faiz borcunun məhz 137,2 manat olduğu müəyyən olunur (142,02-4,82=137,2). Bundan sonraki ödənişlər də eyni qaydada, yəni illik 25% olmaqla həyata keçirilmişdir. Göründüyü kimi, aşkar şəkildə müəyyən olunur ki, kredit 25% dərəcəsi ilə verilmiş və ödənişlər də uzun müddət – 2 il 6 ay həmin qaydada aparılmışdır. Bu müddət ərzində cavabdehin heç bir pretenziya bildirməməsi onun faiz dərəcəsindən tam məlumatlı olduğunu göstərir. Cavabehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmə sonuncu ekspert rəyinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Həmçinin cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində xx.xx.2018-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, anası ilə ASC arasında xx.xx.2014-cü il tarixdə kredit müddəti 36 ay müddətinə olmaqla, kredit müqaviləsi bağlanmış, kreditin növü SMS krediti olmuş, ümumilikdə 7262 manat məbləğində kredit karta köçürülmüşdür. Onlara bank tərəfindən ödəniş cədvəli təqdim edilmədiyindən ödədikləri məbləğlərin faiz dərəcəsini müəyyən edə bilməmişlər, düzdür, onlar ödənişləri 25 faizlə etmişlər. Lakin hesab edir ki, 25 faiz həddindən artıq yüksəkdir. Aylıq ödəniş cədvəli üzrə ödədikləri məbləğdən 25% tutulmuşdur. Göründüyü kimi cavabdeh tərəf əvvəl iddianı qismən etiraf edərək, illik 25% dərəcəsi ilə kredit götürüldüyü etiraf etmiş, iddia tələbini yalnız faiz borcu hissəsində, faizlərin şişirdilərək düzgün hesablanmamsı əsası ilə mübahisələndirsə də, keçirilmiş ekspertiza nəticəsində ekspert rəyindən sonra (faiz dərəcəsinin dəqiq gösdəriməməsi səbəbiylə faiz borcunun müəyyən edilə bilinməməsi) iddia tələbini əsas borc hissəsində də etiraf etməyərək banka bocunun cəmi 300 manat olmasına dair izahat vermiş, həmçinin kreditin 25 faizlə verildiyini qəbul etməmişdir. Cavabdeh izahatı qəbul etməyərək protokola qeyd vermiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə əsassız olduğundan protokola qeyd rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq məhkəmə məsrəflərini tərəflər arasında yarı bölmüşdür. Beləliklə apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-29/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6280/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6280/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver