Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6282/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-2322/2022 saylı, 11 may 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğinin İddiaçınun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini, 1402,50 (bir min dörd yüz iki manat, 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçınun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-2322/2022 saylı, 11 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, iddiaçıya Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun müraciət etmək hüququnun izah edilməsi; işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsinin iddiaçıya izah olunması; iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 1402,50 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair Nəsimi Rayon Məhkəməsinin icraatında (hakim Səməd Cəfərov) olan mülki işə həmin iş üzrə birgə cavabdehlərin Azərbaycan Respublikasında yaşayış yerinin olması bununla yanaşı cavabdehlərin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması səbəbindən baxmağa səlahiyyətli olmasına baxmayaraq, məhkəmə tərəfindən sözügedən mülki işin icraatına məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(006)- 2322/2022saylı qərardadı ilə xitam verilmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən e2(006)-2322/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilən zaman məhkəmə həmin qərardadda xx.xx.2018-ci il tarixli “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi”nin 3.4 və 3.5-ci bəndlərinə istinad edərək, tərəflər arasında bağlanmış həmin sazişin Rusiya Federasiyası qanunvericiliyinə tabe olduğunu göstərməklə, həmin sazişlə bağlı mübahisələrin (sazişin bağlanması, icra edilməsi, dəyişdirilməsi, xitam verilməsi və onun etibarlılığı ilə) yarandığı təqdirdə belə mübahisələrin Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılmalı olduğu qənaətinə gəlmişdir. Rusiya Federasiyasının müvafiq qanunvericiliyi də tərəflər arasında sözügedən iddia tələbindən irəli gələn mübahisənin cavabdehin yaşayış yeri, olduğu yer və ya cavabdehin əmlakının olduğu yer üzrə baxılmalı olduğu qaydasını müəyyən etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi”nin 3.4 və 3.5-ci bəndlərini əsas tutmaqla, İddiaçınun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə xitam verməsi əsassızdır və qanunvericiliyin tələblərinə cavab vermir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(006)-2322/2022 saylı qərardadı Azərbayan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət olunmadan qəbul edildiyindən və mülki iş üzrə İddiaçınun məhkəmə təminatı hüququnun pozulmasına səbəb olduğundan həmin qərardadın ləğv edilməsi üçün prosessual əsaslar vardır. Beləliklə də, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(006)-2322/2022 saylı qərardadının ləğv edilməsinə dair yeni qərardad qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-2322/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, Cavabdeh2 adına Rusiya Federasiyasında əmlakının olub-olmaması haqqında müvafiq arayışın verilməsi üçün Rusiya Federasiyasının Dövlət Qeydiyyatı və, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidmətinə vəkil sorğusu göndərilmişdir. Odur ki, bu halın nəzərə alınaraq sorğuya müvafiq cavabın əldə ediləcəyi tarixədək hazırki mülki işə baxılmasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən isə sübutlar, etiraz və ya izahatlar məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixli Moskva şəhərində imzalanmış, “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi” başlıqlı sazişin 3.4-cü bəndinə əsasən hazırkı saziş Rusiya Federasiyası qanunvericiliyinə tabedir. Həmin Sazişin 3.5-ci bəndinə əsasən Sazişin bağlanması, icra edilməsi, dəyişdirilməsi, xitam verilməsi, onun etibarlılığı ilə bağlı mübahisələrin yarandığı təqdirdə belə mübahisələr Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun baxılmalıdır. Məhkəmə hesab etmişdir ki, mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun müraciət etmək hüquq izah edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “Beynəlxalq Xüsusi Hüquq haqqında” Qanunun: Maddə 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Maddə 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Maddə 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Maddə 24.2. Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm da onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. Maddə 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. Maddə 24.4. Müqavilə ilə bağlı ölkənin imperativ normalarının tətbiq edilməməsinə səbəb olan hüququn seçilməsi etibarsızdır. İşdən görünür ki, 1-ci tərəf X1, 2-ci tərəf İddiaçı Şərafəddin oğlu və 3-cü tərəf X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi” imzalanmış və həmin Sazişin 3.4 və 3.5-ci bəndlərində razılığa gəlmişlər ki, hazırki saziş Rusiya Federasiyası qanunvericiliyinə tabedir; hazırki sazişin bağlanması, icra edilməsi, dəyişdirilməsi, xitam verilməsi, onun etibarlılığı ilə bağlı mübahisələrin yarandığı təqdirdə belə mübahisələr Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalara müvafiq olaraq baxılmalıdır. Eyni zamanda, İddiaçı Şərafəddin oğlu ilə X1 arasında eyni tarixdə, yəni, xx.xx.2018ci il tarixdə “X4” bağlanmış, müqavilənin şərtlərinə əsasən borcverən İddiaçı 44 105 000(qırx dörd milyon yüz beş min) rublu, yəni Rusiya Federasiyasının Mərkəzi Bankının məzənnəsinə əsasən 1 225 000(bir milyon iki yüz iyirmi beş) manatı borcalan Azəri Yusif zadənin mülkiyyətinə vermiş, sonuncu isə borc məbləğini müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin rus dilində olan variantının 4.4 və 4.5-ci, Azərbaycan dilinə tərcümə olunmuş variantının 3.4 və 3.5-ci bəndlərində qeyd olunur ki, hazırki X6 Federasiyası qanunvericiliyinə tabedir; hazırki Müqavilənin bağlanması, icra edilməsi, dəyişdirilməsi, xitam verilməsi, onun etibarlılığı ilə bağlı mübahisələrin yarandığı təqdirdə belə mübahisələr Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalara müvafiq olaraq baxılmalıdır. Hazırki iddiadan görünür ki, iddiaçı cavabdehdən və onun arvadından xx.xx.2018-ci il tarixdə bağlanmış X4nə əsasən öhdəliklər yerinə yetirlmədiyinə görə 1 225 000(bir milyon iki yüz iyirmi beş) manatı tələb edir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam versə də, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış X4nin şərtlərinə istinad etməmiş, “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Saziş”in şərtlərinə istinad etmişdir. Bununla yanaşı, iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi qənaətinə gələrkən istinad etdiyi Sazişin göstərdiyi yaxud borc müqaviləsinin eyni məzmunlu şərtlərinə həmin Məcəllənin 28 və ya 40-cı maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Başqa sözlə, məhkəmə nə X4ndə, nədə Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişində göstərilən şərtlərin tərəflər arasında olan bu mübahisə üzrə işin məhkəmə yaxud ərazi aidiyyətinin dəyişdirilməsi üçün saziş olub-olmadığını müəyyən etməmişdir. Göstərilənlərdən əlavə, xx.xx.2018-ci il tarixdə bağlanmış borc müqaviləsinin qeyd olunan şərtləri (hazırki X6 Federasiyası qanunvericiliyinə tabedir; hazırki Müqavilənin bağlanması, icra edilməsi, dəyişdirilməsi, xitam verilməsi, onun etibarlılığı ilə bağlı mübahisələrin yarandığı təqdirdə belə mübahisələr Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalara müvafiq olaraq baxılmalıdır) tətbiq ediləcək hüququ müəyyən edərkən tərəflərin razılığını aydın ifadə etsə də və ya bu müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlsə də mübahisə yaranacağı təqdirdə işə məhz Azərbaycan Respublikası məhkəmələrinin baxmaq səlahiyyətlərinin olub-olmadığını dəqiq müəyyənləşdirməmişlər. Əgər belə olmasaydı, hazırki işə iddiaçı tərəf Azərbaycan Respublikası məhkəmələrinin baxmaq səlahiyyətinin olduğunu, cavabdeh tərəf isə olmadığını bəyan etməzdilər. Demək ki, qeyd olunan şərtlərin həqiqi məzmununun aydınlaşdırılmasına tərəflərin iştirakı ilə onları dinləməklə zərurət və ehtiyac var idi ki, birinci instansiya məhkəməsi də bunu etməmiş, bununla da əsaslandırılmamış qərardad qəbul etmiş, yəni, iş üzrə icraata vaxtından əvvəl xitam verməkdə haqlı olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-2322/2022 saylı, 11 may 2022-ci il tarixli qərardadı ləğv edilməli, bu qərardadın əsaslandırıcı hissəsində göstərilən növbəti prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçınun şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-2322/2022 saylı, 11 may 2022-ci il tarixli qərardadı ləğv edilsin və bu qərardadın əsaslandırıcı hissəsində göstərilən növbəti prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6282/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6282/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver