Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6282/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(008)-1942/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1800 manat borcun və ödənilmiş 38 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(008)- 1942/2023 nömrəli ilə (hakim Ruslan Mirzəliyev) iddia təmin olunaraq, Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 38 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 4972/2023 nömrəli qərardadı ilə şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün sayılaraq (apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilmədiyindən, eləcə də şikayətin qanunla müəyyən olunmuş formaya (Əlavə 2) tam riayət olunmadan tərtib olunduğundan), apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1942/2023 nömrəli ilə qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən buraxılmış müddətin bərpası haqqında ərizə və apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsi şikayətə baxılması üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd edilməlidir ki, apellyasiya şikayəti ilk dəfə verilərkən qanunvericiliyin tələblərinə uyğun olmadığından qaytarılmış, sonrakı apellyasiya şikayəti isə prosessual müddət keçdikdən sonra məhkəməyə daxil olmuş, bununla da müddət ötürülmüşdür. Bu səbəbdən də cavabdeh elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə yanaşı həmçinin buraxılmış müddətin bərpasına dair vəsatət də vermişdir (birinci instansiya məhkəməsi həmin sənədləri mülki işə əlavə etməsə də, onlar elektron kabinetdə mövcuddur). MPM-in 133.2.,133.3. 133.4 və 133.5-cü maddələrinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməli (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməli, eləcə də müddətin bərpasından imtina barədə qərardad qəbul olunur. İşdən görünür ki, məhkəmə prosessual müddətlə bağlı məsələyə ümumiyyətlə münasibət bildirməmişdir ki, bu da qeyd edilən normanın tələbləri ilə uzlaşmır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Bununla yanaşı, qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(103)-4972/2023 nömrəli qərardadında apellyasiya şikayətinin qanunla müəyyən olunmuş formaya (Əlavə 2) tam riayət olunmadan tərtib olunduğu, orada göstərilən bir çox zəruri hissələrin öz əksini tapmadığı (maddi və prosessual hüquq normalarının pozulmasına dair konkret dəlillər, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və s.) göstərilsə də, birinci instansiya məhkəməsi həmin nöqsanlar aradan qaldırılmasını yoxlamamış, buna münasibət bildirməmişdir. Halbuki, MPM-nin 361.1.4-361.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2023- cü il tarixli, 2(008)-1942/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6282/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6282/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver