Məhkəmə qərarları › İş №2(103)-6283/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6283/2020

23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6283/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2667/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3759/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılaraq Cavabdeh xx xxxxxx 2004-cü il təvəllüdlü X1 və xx xxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2667/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə alimentin artırılması barədə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, o, yenidən ailə qurmuşdur, həmin evlilikdən də iki övladı var. Hazırda onun maddi vəziyyətində heç bir yaxşılaşma olmamışdır. Eyni zamanda, rayon məhkəməsi onu dinləmədən hazırkı qətnaməni qəbul etmişdir ki, çəkişmə prinsipinə əməl olunmadığı üçün o, səhhətində olan problemlə bağlı sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi və qeyd etdi ki, hazırda daş karxanasında günəmuzd fəhlə işləyir. Aylıq qazancı 420 manatdır. Daimi iş yeri yoxdur. Özünün səhhətində olan problemlə bağlı əməliyyat olunması lazımdır, lakin maddi imkansızlıq səbəbindən ola bilmir. Hazırkı nikahından da iki uşağı var. Bu səbəbdən, aylıq 340 manat aliment ödəmək üçün heç bir maddi imkanı olmadığını bildirdi. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Gədəbəy rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 560758 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 83 nömrə ilə qeyd edilmişdir. Gədəbəy rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 854614 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 235206 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 57 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2714/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların ananın yanında qalması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində xx xxxx 2004-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 373 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx xxxxxx 2004-cü ildə anadan olmuş X6 və xx xxx 2006-cı ildə anadan olmuş X3 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3759/2016 saylı, xx.xx.2016-cı iltarixli qətnamədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(006)-5171/2014 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh xx xxxxxx 2004-cü il təvəllüdlü X1 və xx xxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 117 (bir yüz on yeddi) manat, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğtndə alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Neftçala rayon Bayat kənd X8 üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 096072 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Alıyev, arvada Alıyeva soyadı verilmişdir. Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 210451 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X2 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 443 nömrə ilə qeyd edilmişdir. Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 819431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Neftçala rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X2 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş Gədəbəy Rayon İcra Hakimiyyəti Şəkərbəy kənd İƏD tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh həmin kənddə qeydiyyatdadır və nümayəndəliyin ərazisində heç bir idarədə işləmir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Konsultativ poliklinika şöbəsi tərəfindən verilən arayışdan məlum olur ki, Cavabdeh həmin poliklinikada (diaqnoz sağ tərəfli böyük həcmli qaşıq xayalıq yırtığı) qeydiyyatdadır. Neftçala rayon Boyat kənd İƏD tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 819431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Neftçala rayonunda, Dördlər kəndində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X2 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 210451 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X2 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 443 nömrə ilə qeyd edilmişdir. Neftçala rayon Boyat kənd İƏD tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 096072 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2016-cı il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3759/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(006)-5171/2014 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh xx xxxxxx 2004-cü il təvəllüdlü X1 və xx xxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 117 (bir yüz on yeddi) manat, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğtndə alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh fəhlə kimi günəmuzd işlədiyini, ikinci dəfə ailə qurduğunu və bu nikahdan iki övladı olduğunu, maddi imkansızlığa görə rayon məhkəməsi tərəfindən müəyyən edilmiş alimenti ödəyə bilməyəcəyini qeyd etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2016-cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır. Beləliklə, kollegiya qeyd edir ki, rayon məhkəməsi Nəsimi Rayon Məhkəməsinin 2(006)-3759/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması barədə iddia tələbini təmin edərkən, cavabdeh tərəfin maddi və ailə vəziyyəti, eləcə də diqqətəlayiq digər halları nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Yuxarıda işin müəyyən olunmuş hallarına- cavabdehin günəmuzd fəhlə işləməsini, daimi iş yeri olmamasını, yeni ailə qurması və həmin nikahdan iki azyaşlı uşağının olmasını, xəstə olmasını nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, qətnamə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3759/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması hissəsində dəyişdirilməli və əvvəllki qətnamlərlə müəyyən edilmiş aliment məbləği artılaraq hər ay, hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat məbləğində aliment cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2667/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin və xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar