Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6294/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı İKB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3849/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsindən irəli gələn ödənilməmiş 53903 manat əsas borc, xx.xx.2013-cü il tarixədək hesablanmış 2520 manat faiz borcunun və gecikdirməyə görə 2116 manat dəbbə pulu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, cəmi 58579 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı İKB-yə ödənilməsi, tutulacaq məbləğin kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2011-ci il buraxılışlı “X5” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3849/2013 nömrəli, xx.xx.2013- cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək 53903 manat əsas borc, 2520 manat faiz borcu və həmin günə hesablanmış 1000 manat dəbbə pulu, cəmi borc 57433 manat borcun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan “X5” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tutmanın yönəldilməsi, avtomobilin açıq hərracda satılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3849/2013 nömrəli, xx.xx.2013- cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(103)-6294/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən şikayət ərizəsinə baxılması məsələsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, icraata qəbul qərardadı ləğv olunmalı, apellyasiya şikayəti qeyri-mümkün hesab edilib, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3849/2013 nömrəli,xx.xx.2013-cü il tarixli qətnaməsi apellyator Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 tərəfindən əldə edilmişdir. Belə ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh1 tərəfindən apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə ilə müraciət edilmiş və Yasamal rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sonradan iş üzrə Cavabdeh2 tərəfindən Yasamal Rayon Məhkəməsinin 2(004)- 3849/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsini xx.xx.2024-cü il tarixdə qəbzi imzalayaraq almış və qətnamədən verdiyi apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3849/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin vaxtında verilmiş hesab edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən icra işi tələb edilərək tədqiq edilmiş və sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3849/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi ilə bağlı qətnamə üzrə qeyd olunmuş borcun hansı tarixdə tam şəkildə ödənildiyi və aylar üzrə ödənişlər ilə bağlı şöbəyə rəsmi məlumatın verilməsinə dair Yasamal rayon İcra Şöbəsinin "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli məktubunu Cavabdeh2 «ünvana çatdırmaq üçün təhvil aldım» sözlərini yazaraq imza etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 ilə cavabdeh ər-arvad olmaqla hazırki vaxta kimi birgə yaşamaqda davam edirlər və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3849/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən cavabdehin məlumatı olmaması inandırıcı deyildir. Məhkəmə kollegiyası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3849/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən cavabdehin məlumatı olmaması halında belə hesab edir ki, icra işində olan Yasamal rayon İcra Şöbəsinin "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli məktubunu Cavabdeh2 «ünvana çatdırmaq üçün təhvil aldım» sözlərini yazaraq imza etməsi faktı apellyatorun şikayəti xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verməklə müddəti üzrsüz səbəbdən ötürməsini tam təsdiq edir. Göründüyü kimi, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatsız olması inandırıcı və ağlabatan hesab edilmir. Cavabdeh mübahisədən, məhkəmə icraatında işin olmasından əlavə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilən icra sənədi üzrə icra şöbəsində icraatın aparılmasından belə məlumatlı olmuşdur. Cavabdeh isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş və xx.xx.2024-cü il tarixdə müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Bu hal Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır (bax Raihani Belçikaya qarşı qərarına, §38, “Məhəmmədov və digərləri Rusiyaya qarşı” xx.xx.2017-ci il tarixli Qərarı) Ona görə də apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və 28 oktyabr 2024-cü il tarixli, 2(103)-6294/2024 saylı mümkünlük qərardadı ləğv edilərək, mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İKB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3849/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(103)- 6294/2024 saylı mümkünlük qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-6294/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6294/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver