Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6300/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı Şirkətin vəkili (nümayəndəsi) Vəkil1 və cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirkət iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan “Toyota LC 200” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarasız vəziyyətə düşməsi ilə ona vurulmuş maddi zərərə görə 14.517,25 manat və iddianın məhkəməyə verilməsi üçün ödəndiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.11.2020-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri R.Zorge küçəsi ilə Xəqani küçəsinin kəsişməsində Cavabdehin idarə etdiyi və (hazırki iş üzrə tərəf olmayan) "xxxx" ASC sığorta şirkətində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış “BMW 3301” markalı **-UO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla, iddiaçı Şirkətə məxsus, (hazırki iş üzrə tərəf olmayan) X1 tərəfindən idarə olunan “Toyota LC200” markalı **-AD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticədə iddiaçı Şirkət məxsus “Toyota LC 200” markalı avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. Bakı şəhər DYPİ YNH inspektoru tərəfindən tərtib edilmiş 13.11.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərara” əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. Cavabdeh (sığortalı) tərəfindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçısı olan "xxxx" ASC Sığorta Şirkətinə qəza anında dərhal məlumat verilmiş və sığortaçının nümayəndəsi hadisə yerinə gəlməklə bir neçə fotoşəkillər çəkmişdir. Bundan sonra sığortaçı ilə istehlakçıların təcrübədə qiymətləndirmə zamanı problem yaşadığını öncədən nəzərə alaraq, sığorta şirkəti, eyni zamanda cavabdehlə gələcəkdə zərərin həcminin müəyyənləşdirilməsi istiqamətində mübahisənin yarana bilmə ehtimalına görə Şirkətin vəsaiti hesabına nəqliyyat vasitəsi 2 fərqli, rəsmi texniki xidmət və təmir müəssisəsinə aparmış və mütəxəssislərin iştirakı ilə müayinə aparılaraq ehtiyat hissələri və onların dəyəri müəyyən edilmişdir. Texniki xidmət və təmir müəssisələrinin mütəxəssislərinin iştirakı ilə “Toyota” şirkətinin Azərbaycandakı rəsmi servisi olan "xxxx" MMC tərəfindən 23.11.2020-ci il tarixli və digər rəsmi servis olan "xxxx" Şirkəti tərəfindən 25.11.2020-ci il tarixli qüsur aktları tərtib edilmişdir. Mütəxəssislər tərəfindən tərtib edilmiş qüsur aktları əsasında "xxxx" MMC şirkəti ilkin texniki baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı Şirkətə məxsus “Toyota LC 200” markalı avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 19.445 manat pul vəsaiti tələb olunur. "xxxx" Şirkəti tərəfindən tərtib olunan qüsur aktına əsasən isə nəqliyyat vasitəsinin təmir xərcləri yekun olaraq 18.738,40 manat müəyyən edilmişdir. "xxxx" ASC vurulmuş ziyana görə iddiaçı Şirkətə 4.927,76 manat ödəniş etmişdir. Daha sonra, iddiaçı Şirkət tərəfindən cavabdehə qalan 14.517,25 manat məbləğində zərərin ödənilməsi barədə bir neçə dəfə müraciət edilmiş, lakin cavabdeh zərəri ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, Şirkət, hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddianın məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, birtərəfli qərar qəbul etmiş, yalnız iddiaçının sübutlarına istinad etmiş, şişirdilmiş və əsassız qüsur aktını sübut kimi qəbul etmişdir. Halbuki, “Gold AvtoServis” Mərkəzinin mütəxəssisləri tərəfindən iddiaçı Şirkətə məxsus avtomobilə baxış keçirilmiş və həmin Mərkəz tərəfindən verilmiş 19.11.2020-ci il tarixli “Qüsur aktı” verilmişdir ki, zərər 6.190 manat təşkil edir. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı Şirkətin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi iddianın tam təmin edilməsi və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, “Toyota LC200” markalı, **-AD-*** dövlət nömrə nişanlı avtomobil iddiaçı Şirkətə məxsusdur. İş üzrə cavabdeh 12.11.2020-ci il tarixdə, saat 14:40 radələrində Bakı şəhəri R.Zorge küçəsi ilə Xəqani küçəsinin kəsişməsində idarə etdiyi və (hazırki iş üzrə tərəf olmayan) "xxxx" ASC Sığorta Şirkəti tərəfindən icbari sığortası növü ilə sığortalanmış “BMW 3301” markalı **-UO-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən, “Yol hərəkəti qaydalarını” pozmuş və yolnəqliyyata hadisəsi törətmişdir. Cavabdehin idarə etdiyi avtomobil iddiaçı Şirkətə məxsus olan və (hazırki iş üzrə tərəf olmayan) X1 tərəfindən idarə olunan “Toyota LC200” markalı avtomobillə toqquşmuşdur. Hadisə nəticədə iddiaçı Şirkət məxsus “Toyota LC 200” markalı avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. Bakı şəhər DYPİ YNH inspektoru tərəfindən tərtib edilmiş 13.11.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərara” əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. İddiaçı Şirkət məxsus “Toyota LC 200” markalı avtomobilə texniki baxışı keçirmiş “X3” şirkəti tərəfindən verilmiş 25.11.2020-ci il tarixli “Qüsur aktından” görünür ki, həmin avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 15.880 manat (iş haqqı 2.050 manat, ehtiyat hissələri 13.830 manat) vəsait tələb olunur. İddiaçı Şirkət məxsus “Toyota LC 200” markalı avtomobilə texniki baxışı keçirmiş "xxxx" MMC tərəfindən verilmiş 23.11.2020-ci il tarixli “Qiymətləndirmə aktından” görünür ki, həmin avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 19.445 manat (iş haqqı 2.165,25 manat, ehtiyat hissələri 14.313,56 manat, ƏDV 2.966,19 manat) vəsait tələb olunur. İş materiallarında olan “Hesab-fakturadan” müəyyən edilir ki, iddiaçı Şirkətə məxsus “Toyota LC200” markalı avtomobilin təmiri üçün “sifarişçi” olan iddiaçı Şirkət tərəfindən "xxxx" MMC-yə ödəniləcək məbləğ avtomobilin ehtiyat hissələrinin qiyməti, görülmüş iş haqqı daxil olmaqla cəmi 18.359 manat (iş haqqı 2.270,66 manat, ehtiyat hissələri 13.287,85 manat, ƏDV 2.800,49 manat) təşkil edir. 10.03.2021-ci il tarixli hesab dövriyyəsindən müəyyən edilir ki, iddiaçı Şirkət 03.03.2021-ci il tarixli “Hesab-fakturaya” əsasən “Toyota LC200” markalı avtomobilin təmiri üçün "xxxx" MMC-yə 15.558,51 manat ödəmişdir. Bundan başqa iddiaçı Şirkət tərəfindən 1.930,93 manat ƏDV ödənilmişdir. “Ödəniş qəbzindən” görünür ki, cavabdehə məxsus “BMW 3301” markalı avtomobilin icbari sığortaçısı "xxxx" ASC tərəfindən 76L21 saylı akta əsasən 4.927,76 manat sığorta ödənişi iddiaçı Şirkətə ödənilmişdir. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh mülki məsuliyyət daşıyır və bu işin mübahisəsiz halıdır. İddiaçı Şirkət tələbini onunla əsaslandırır ki, mütəxəssislər tərəfindən tərtib edilmiş qüsur aktları əsasında "xxxx" MMC ilkin texniki baxış zamanı müəyyən edilmişdir ki, ona məxsus “Toyota LC 200” markalı avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 19.445 manat pul vəsaiti tələb olunur. "xxxx" ASC vurulmuş ziyana görə ona 4.927,76 manat ödəniş etmişdir. Daha sonra, iddiaçı Şirkət tərəfindən cavabdehə qalan 14.517,25 manat (ƏDV daxil olmaqla) məbləğində zərərin ödənilməsi barədə bir neçə dəfə müraciət edilmiş, lakin cavabdeh həmin məbləği ona ödəməmişdir. Cavabdeh isə bildirir ki, iddiaçının xeyrinə tutulmalı olan bu məbləğ düzgün müəyyən edilməyib, məbləğ şişirdilmişdir. Məhəkəmə qeyd edilən məbləğin əsaslı olub-olmamasını araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyini almışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19.10.2021-ci il tarixli, 9/6157 saylı rəydən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 23.11.2020-ci il tarixli “qiymətləndirmə aktında” qeyd edilən məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Toyota LC200” minik markalı, 2014-cü il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 14.088 manat müəyyən edilir. Məhkəmə bildirir ki, iş üzrə tərəflər bu rəyin şübhə altına ala biləcək digər rəy təqdim etmədikləri üçün Məhkəmə rəyi etibarlı sübut kimi qəbul edir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulmalı olan məbləğ (14.088 – 4.927,76 + 2.858,40 (ƏDV)) 12.018,64 manat müəyyən edilməlidir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini və işin hallarını nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, iddianın tam təmin edilməsi və cavabdehdən iddiaçı Filialın xeyrinə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı Şirkətin tələbi qismən təmin edilməlidir. Beləliklə də MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanan və MPM-nin 376, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2021-ci il tarixli qətnamə qismən, iddianın tam təmin edilməsi və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının 12.018 (on iki min on səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində pul tutulsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 15 aprel 2021-ci il tarixli qətnamənin qalan hissəsi, yəni Cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına vurduğu maddi zərərin əvəzini ödəməli olması və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 (otuz) manat məbləğində pulun Cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xərci – 100 manat iş üzrə tərəflərə bərabər hissələr ilə aid edilsin. Bu məqsədlə Cavabdeh və İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialından hər birindən 50 (əlli) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6300/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6300/2021
26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver