Məhkəmə qərarları › İş №2(103)-6302/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6302/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6302/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1136/2021 saylı işi üzrə 12.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 20.05.2013-cü il tarixli, 113145-1- 6709 saylı kredit müqaviləsi və həmin müqaviləyə 29.07.2015-ci il tarixli, 1 saylı razılaşma üzrə 1236,43 ABŞ dolları məbləğində əsas borc, 226,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə isə 1462,99 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul iddiaçı "İddiaçı” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 20.05.2013-cü il tarixli, 113145-1-6709 saylı avtomobil kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 17 % dərəcəsi ödəmək şərti ilə 15841 ABŞ dolları məbləğində kredit verilmişdir (iş.səh.19), "İddiaçı” ASC ilə Cavabdeh arasında imzalanmış 29.07.2015-ci il tarixli, 1 saylı razılaşmaya əsasən Cavabdeh 29.07.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 7661 ABŞ dolları məbləğində borcu illik 17% hesablanması şərti ilə 9 ay 21 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür (səh.32), "İddiaçı” ASC tərəfindən tərtib edilmiş 17.07.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 20.05.2013-cü il tarixli, 113145- 1-6709 saylı "avtomobil krediti” müqaviləsi üzrə 17.07.2020-ci il tarixə 1236,43 ABŞ dolları məbləğində əsas, 226,56 ABŞ dolları məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1462,99 ABŞ dolları mələğində borcu vardır (səh.55). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1136/2021 saylı 12.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh 20.05.2013-cü il tarixli, 113145-1- 6709 saylı kredit müqaviləsi və 29.07.2015-ci il tarixli, 1 saylı razılaşma üzrə 1236,43 ABŞ dolları məbləğində əsas borc, 226,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə isə 1462,99 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul iddiaçı "İddiaçı” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1136/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 319, 415.2, 416; “İpoteka haqqında” Qanunun 42, 43; Mülki Prosessual Məcəllənin 14, 77, 88, 106, 217, 372.6, 385.1.1, 390-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsi tərəfindən araşdırma natamam, səthi və birtərəfli aparılıb.Məhkəmə qətnamə qəbul edərkən iş üzrə tətbiq edilməli olan qanunu və hüquq normalarını tətbiq etməyib. 1.Məhkəmə bankın iddiasmı təmin edərkən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanını nəzərə almayıb. Qeyd edilən Fərman məhz ölkədə əhalinin rifahını yüksəltməyin, sosial müdafiə və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosialiqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsini, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artması və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və s. halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların qarşılaşdığı maliyyə itkilərinin qarşılamaq, problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə imzalanıb. Fərman Konstitusiyamızın 16-cı maddəsində təsbit edilmiş “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşm rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısma qalır” normasına əsasən qəbul edilib. Fərmanın 8-ci bəndinə əsasən güzəştli kredit dedikdə, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə, vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür.Eyni zamandan həmin Fərmanın 6-cı bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağım nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngüUəşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilib.Fərmanda problemli kreditlərlə bağlı mübahisələrin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırki vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, sözü gedən Fərmanla banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin də silinməsi nəzərdə tutulub. Lakin nə bank, nə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almayıb. Bank restrukturizasiya zamanı Prezidentin Fərmanı icra etməyib. Nə faiz məbləği silinib, nə də razılaşmada hər hansı güzəşt edilib. Bank kredit müqailəsində olduğu kimi, razılaşmada da kredit borcunu 17 faizlə hesablayıb. Yasamal Rayon Məhkəməsi də tətbiq edilməli olan normativ hüquqi aktı - Prezidentin adı çəkilən Fərmanını tətbiq etməyib. 2. Bankın ondan ödəməyini tələb etdiyi borca gəldikdə, indiyə qədər banka 12000 manat ödəniş etmişdir (bunu həm ödəniş qəbzləri, həm də bank hesabından görmək olar). 2015-ci ildə ölkədə baş verən hər iki məlum devalvasiyadan sonra yaranan iqtisadi problem ona da problemlər yaratdı və obyektiv səbəblərdən krediti ödəyə bilmədi. Məlum olduğu kimi, milli valyutanın kəskin düşməsi həyat səviyyəsinin aşağı düşməsidir. Azərbaycan manatının ABŞ dollan qarşısında dəyərdən düşməsi, Mərkəzi Bankın Azərbaycan manatının 9 ay ərzində (fevral-dekabr 2015) 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı digərləri kimi mənim də öhdəliyi yerinə yetirmək vəzifəmin icrasını qeyri-mümkün etdi. 20.05.2013-cü il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 29.07.2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən kredit borcu kapitallaşdınlıb və müqavilə ilə onun 7661 ABŞ dollan məbləğində borcu illik 17 faiz ilə 9 ay 21 gün müddətinə ödəməyi nəzərdə tutulub. Halbuki Prezidentin yuxanda adı çəkilən Fərmanına əsasən restrukturizasiya zamanı bank 17 faizlə deyil, illik 1 faiz dərəcəsi ilə müqavilə bağlamalı idi. Prezidentin Fərmanı ilə banklara məhz vətəndaşların borc yükünün yüngülləşdirilməsini təmin edən tədbirlər görülməsi tövsiyə edilsə də bank faiz məbləğini olduğu kimi yüksək saxlayıb. 3.Digər bir məsələ bankın tərtib etdiyi ödəniş qrafiki ilə bağlıdır. Ödəniş qrafikində göstərilənlər qanunsuzdur. Belə ki, bir qayda olaraq, kredit müqaviləsi üzrə faiz hər keçən günə hesablanır. Sabahın faizi yalnız sabah hesablana bilər. Şəxs cari anda borcunu ödəyirsə, yalnız həmin günə olan borc və faizləri ödəməlidir, qrafik üzrə əvvəldən qalan günlərə də hesablanmış faizi yox. Belə olduğu halda, konvertasiya zamanı gələcəyin faizləri hesablana bilməzdi. Yalnız həmin anda olan borc və faiz hesablana bilər. Bank əslində konvertasiya ilə əvvəlki borcu tam bağlamaq üçün əsas borc və faizlər qədər yeni kredit verib, cəmi məbləğ yeni kreditin əsas məbləği olub, gecikməyə görə isə faiz əlavə olaraq hesablanacaq. Bu isə qanunsuzdur, çünki bu, yeni kredit müqaviləsi deməkdir, bank bunu 29.07.2015-ci il tarixli 1 saylı razılaşma adı ilə rəsmiləşdirib. Razılaşma ilə artıq 2013-cü il tarixli kredit müqaviləsi tamamilə qüvvədən düşür. Yəni, bank onu aldadaraq, razılaşma adı altında onunla yeni kredit müqaviləsi bağlayıb əlavə pul almaq istəyir.4.Bundan başqa, bildirir ki, bankın öncəki iddiası əsasında Yasamal Rayon Məhkəməsində işə baxılarkən bankın öhdəliyin icrasım təmin etmək məqsədilə avtomobilinin üzərinə həbs qoyulması barədə iddianı təmin etmə tədbiri təmin edilib və avtomobilinin üzərinə həbs qoyulub. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12658/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli qərardadı ilə (işə baxan hakim Şeyda Məhərrəmova) onun apellyasiya şikayəti qismən təmin edilib və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8620/2016 saylı, 10 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı ASC-nin “avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılıb. Mən bundan sonra yenidən banka müraciət edərək avtomobilimi qaytarmalarını istəmişəm və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olub, qalan borcu ödəməyə hazır olduğunu demişdir. Lakin ona avtomobilin artıq satıldığı bildirilib. Bundan bir ay sonra bank Yasamal Rayon Məhkəməsinə müraciət edərək avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini istəyib. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərardadı ilə (işə baxan hakim Ayaz Məmmədov) bankın iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizəsi təmin edilib, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8620/2016 saylı, 22 iyun 2016-cı il tarixli qərardadı ləğv edilib və mənim mülkiyyətimdə olan “Kia Rio” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs və qadağalar götürülüb. Onun bu məhkəmə iclasından da xəbəri olmayıb. Məhkəmə iclası barədə yalnız məhkəmənin qərardadı alandan sonra xəbər tutmuşdur. Onun sorğusuna cavab olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, sözügedən avtomobil 18.09.2018-ci il tarixdə adından qeydiyyatdan çıxarılaraq üzərinə ** FF *** dövlət qeydiyyat nişanları təhkim olunmaqla əvvəlcə X.Həşimovanm,15.01.2020-ci il tarixdən isə G.Ağayevanın adına rəsmiləşdirilməklə hazırda həmin şəxsin mülkiyyətindədir (cavab məktubunun surəti əlavə edilir). Buradan belə bir sual ortaya çıxır ki, üzərində həbs və qadağalar olan avtomobil necə satıla bilərdi?Avtomobilimin satılması üçün üç dəfə hərrac keçirilib, guya alıcı tapılmadığından sonda avtomobili ipoteka saxlayana (banka) “təklif edilib”. Bank avtomobilini dəyərindən üç dəfə aşağı olan məbləğə alıb, sonra isə üçüncü şəxsə satıb. Onun keçirilən hərracların heç birindən xəbəri olmayıb. Hərracın keçirilməsi qaydaları kobud şəkildə pozulub. Bu hallardan biri olduqda hərrac baş tutmamış hesab edilir və bu barədə kütləvi informasiya vasitələrində elan dərc etdirilir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Lakin bank bu barədə bildirməyib. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərracın iştirakçısı olmaması halı istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərrac barədə ona heç bir məlumat verilməyib. Bank 12000 manat qiyməti olan avtomobilimi dəyərindən qatqat ucuz qiymətə - 3825 manata ələ keçirdib. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayda bilər (416.1). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2). Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericilik məhkəmələrdən çıxardıqları qərarları əsaslandırmalarını tələb edir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi “əsaslandırılmış məhkəmə qərarı” tələbinə cavab vermir. Məhkəmə qətnaməsində 1462,99 ABŞ dolları borcun haradan, necə yarandığı əsaslandırılmayıb. Məhkəmə yalnız bankın izahatına və onun təqdim etdiyi maliyyə arayışına əsasən qətnamə qəbul edib.Halbuki həmin maliyyə arayışı bankın özü tərəfindən tərtib edildiyi üçün həqiqiliyi şübhə doğurur. Əgər kredit borcu barədə məlumatın əks olunduğu maliyyə arayışı işdə tərəf (iddiaçı) olan bankın özü tərəfindən tərtib edilirsə, bu halda həmin sübut mötəbər sayıla bilməz. Məhkəmənin əsaslandığı sübutlar - ödəniş cədvəli və maliyyə arayışı bankın tərtib etdiyi sənədlərdir, orada qeyd edilmiş borc məbləği və faizlər düzgün hesablanmayıb. Bankın ondan ödəməyini tələb etdiyi borc əsassızdır. Onun banka heç bir borcu yoxdur. O, indiyə qədər banka 12000 manat ödəniş etmişdir (bunu həm ödəniş qəbzləri, həm də bank hesabından görmək olar). Bundan başqa, restrukturizasiya zamanı hesablanmış 6507,39 manat kompensasiya məbləği də borcun silinməsinə yönəldilib. Bundan əlavə, öncəki məhkəmə qərarına əsasən avtomobilin satışından əldə olunmuş məbləğ də kredit borcunun ödənilməsinə yönəldilib. Belə olduğu halda kredit tam ödənilmiş hesab olunur. Odur ki, onun banka hər hansı borcu qalmır. Hazırda vəziyyət daha da pisləşib, məlum qlobal pandemiya səbəbindən iş tapmaq daha da çətinləşib. Bir ildir ki, davam edən pandemiya səbəbindən işsizdir. O, sözügedən avtomobillə ailəsini dolandırıb, çörək pulu qazanırdı. Lakin bank yeganə qazanc yeri olan avtomobilini ondan almaqla ailəsini dolanışıqdan məhrum edib. Bank onunla kredit müqaviləsi bağlayarkən vicdanlı hərəkət etməyib, onu aldadıb. Belə ki, bank ona Azərbaycan Respublikası ərazisində ödəniş vasitəsi olan manatla deyil, dollarla kredit verib. Avtomobil krediti yalnız manatla ola bilər, çünki avtomobilin ölkə ərazisində dollarla alınması qanunsuzdur və mümkün deyil. Bundan başqa, bank kredit borcu üzrə faizi düzgün tutmayıb. Belə ki, qanun tələb edir ki, faizləri ildə bir dəfə tutmaq lazımdır, bank (banklar) isə ayda bir dəfə tutub. Onunla yeni müqavilə bağanarkən Prezidentin yuxanda qeyd edilən Fərmanının tələbləri nəzərə alınmayıb. Hərracın keçirilməsi qaydalan pozulmaqla avtomobili əlindən alınıb. Avtomobilini dəyərindən ucuz qiymətə ələ keçirən bank indi də ondan əsassız borc ödəməyini tələb edir. O, əsassız borcu ödəməli deyildir. Onun banka hər hansı borcu yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh icraatın dayandırılması barədə ərizəni məhkəməyə təqdim edərək, hərracdan xəbərsiz olduğunu, 12000 manat pul ödədiyini, avtomobilin üzərində həbs olan zaman satıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayaətini qəbul etməyərək, ipoteka predmetinin satışından əldə edilmiş vəsaitlər əsasında borcdan çıxıldığını, restrukturizasiya zamanı hesablanmış kompensasiya məbləğinin borcun silinməsinə yönəldildiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 439-449, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun pul məbləğinin tam ödənilməsinin fərqli dəlilləri sübuta yetirəcək əsaslar (sübutlar) təqdim edilməmişdir. İş üzrə müəyyən edilir ki, əlavə pretenziyaya riayyət edilmişdir. Ona görə, mübahisə edilən hissədə iş hallarına uyğun gəlməyən apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertizanın təyin edilməsi üçün isə əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1136/2021 saylı 12.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar