Məhkəmə qərarları › İş №2(103)-6305/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6305/2021

15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6305/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-278/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 31746 manat və mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-278/21) iddia qismən təmin edilərək Cavabdeh vurulmuş maddi ziyana görə 10600 (on min altı yüz) manatın İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılan zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-278/2021 saylı, 10 iyun 2021-ci il tarixli məktubla müraciət edərək Cavabdeh da həmin qətnamədən apellyasiya şikayəti verməsi ilə əlaqədar olaraq mülki işin Yasamal Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar