Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6306/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3970/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyann ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.036,6 manat məbləğində vurmuş olduğu ziyanın tutulub onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3970/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Məhkəmə qənaətində göstərib ki, məhkəməyə təqdim olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı maddi ziyann ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Həmin mülki iş üzrə iddiaçıların iddia tələbini Xəzər rayonu, Buzovna qəsəbəsində cavabdeh tərəfindən bağ evinin plana uyğun tikilmədiyinə görə iddiaçılara 4000 manat məbləğində maddi ziyan dəyməsi ilə əsaslandırılmışdır. Aydın olur ki, iddiaçının hazırki iddia tələbinə məhkəmədə baxılmış, mahiyyəti üzrə qətnamə qəbul edilmiş və bu qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən hazırda tələb edilən məbləği fərqli şəkildə qeyd edilsə də, tərəflər arasında yaranan mübahisənin predmetinin eyni olduğu aydın şəkildə müəyyən edilir. İddiaçı2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3970/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçılar hazırkı işdə tikinti işləri zamanı keyfiyyətsiz materiallardan istifadə olunması və tikinti normalarına əməl olunmadığına görə onlara ziyan dəyməsi ilə əlaqədar irəli sürdüyünü, əvvəlki işdə isə onlardan alınan pulu evə sərf etmədiyinə görə iddia qaldırdığını bəyan edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı maddi ziyann ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Həmin mülki iş üzrə iddiaçıların iddia tələbini Xəzər rayonu, Buzovna qəsəbəsində cavabdeh tərəfindən bağ evinin plana uyğun tikilmədiyinə görə iddiaçılara 4000 manat məbləğində maddi ziyan dəyməsi ilə əsaslandırılmışdır. Göründüyü kimi, hər iki işdə tərəflər, predmet və əsas eyni olmuşdur. Bundan əlavə, işdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3080/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı 4000 manat borcun tutulması tələbinə dair iddiası da rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3970/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3970/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6306/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6306/2024
04.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver