Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-631/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan "İddiaçı” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi yaranmış borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5101/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan "İddiaçı” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan "İddiaçı” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 396.96 manat məbləğində borcu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəməyə sübut kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-cı ıl tarixli kredit müqaviləsi (səh.7); İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-cı ıl tarixli zaminlik müqaviləsi (səh.12); maliyyə arayışı (səh.10); xəbərdarlıq məktubları (səh.25) təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19286 saylı, xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2012-ci il kredit müqaviləsi və eyni tarixli zaminlik müqaviləsində “borcalan” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 252 manat təşkil edir (səh.43). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5101/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu və aparılmış ekrpertiza tədqiqatının dəyəri olan 252 manat ekspertiza xərci Ləğv prosesində olan "İddiaçı" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 252 manat ekspertiza xərci Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fodundan tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan "İddiaçı” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci ıl tarixli, 2(001) 5101/2018 saylı qətnaməsi ləğv və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarın 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384 0 4-cü maddələrinin şərh edilməsinə dair qərarına; İnsan hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli Meçinskaya Rusiya Dövlətinə qarşı qərarına; MM-in 425; MPM-in 97, 217, 360, 384, 385ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsini nəzərə almamışdır. Belə ki, ekspertin rəyi Məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə Məhkəmələr tərəfindən qiymətləndirilir. Digər tərəfdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən qabaq, pretenziya qaydasında, Cavabdeh1 xəbərdar edilmiş, onunla xx.xx.2012-ci il tarixində kredit müqaviləsinin bağlandığı və banka kredit borcunun olduğu bildirilmişdir. Bundan sonra, cavabdeh tərəfindən banka müqavilənin onun tərəfindən imzalanmadığı bildirilməmiş, bu məsələnin araşdırılması üçün banka və ya digər quruma məlumat verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə- Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/962 saylı ekspertiza rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 9-cu vərəqində Cavabdeh1 adından olan x xxxxxx 2012-ci il tarixli 145 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlində “Borcalan” qrafasındakı və 11-ci vərəqində Cavabdeh1 adından olan x xxxxxx 2012-ci il tarixli 403398 nömrəli müddətli öhdəçilikdə “Müştərinin imzası yazıları qarşısındakı imzalar - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdehin müqaviləyə imzalamaması barədə banka məlumat vermədiyini, ödənişlər barədə qəbzlərin olmadığını bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını MM-nin 324, 331, 355- 357, 385-390, 399, 404, 442, 739, 741, 743, 744, 739; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən, əlavə aparılmış ekspertiza tədqiqatların nəticələrinə müvafiq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, əlavə ekspertiza tədqiqatların aparılması və əlavə sübutlar təqdim edilməsi imkanlarının yaradılmasına baxmayaraq müqavilənin bağlanması və ya onun sonradan bəyənməsi, habelə müqavilə və borc münasibətlərinə yönəlik digər sübutlar təqdim edilməmişdir. İlkin olaraq tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu müəyyən edilmədiyindən şəxsin iddia edilən hüquqi əsaslarla borclu olmasının müzakirəsi belə yolverilməzdir, halbuki cavabdehin digər əsaslarla belə borclu olması da müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməli, ekspertizanın aparılması ilə əlaqədar məhkəmə xərcləri ondan tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Ləğv prosesində olan "İddiaçı” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5101/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləgində olan pul vəsaiti iddiaçı Ləğv prosesində olan "İddiaçı” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-631/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-631/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver