Məhkəmə qərarları › İş №2(103)-6310/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6310/2022

29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6310/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 07 oktyabr 2017-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AK-1/10564 saylı müqavilə bağlanmış, müqaviləyə görə İddiaçı İB Cavabdeh təbii qazla təmin etmək, Cavabdeh isə ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı, 30 aprel 2020-ci il tarixli ******* saylı, 31 may 2020-ci il tarixli ******* nömrəli, 30 iyun 2020-ci il tarixli ******* saylı, 30 iyul 2020-ci il tarixli ******* saylı, 31 avqust 2020-ci il tarixli ******* saylı, 30 sentyabr 2020-ci il tarixli ******* saylı, 30 oktyabr 2020-ci il tarixli ******* saylı, 30 dekabr 2020-ci il tarixli ******* saylı, 29 yanvar 2021-ci il tarixli ******* saylı, 26 fevral 2021-ci il tarixli ******* saylı, 31 mart 2021-ci il tarixli ******* saylı, 30 aprel 2021-ci il tarixli ******* saylı, 31 may 2021-ci il tarixli ******* saylı, 30 iyun 2021-ci il tarixli ******* saylı, 30 iyul 2021-ci il tarixli ******* saylı, 31 avqust 2021-ci il tarixli ******* saylı, 30 sentyabr 2021-ci il tarixli ******* saylı, 29 oktyabr 2021-ci il tarixli ******* saylı, 30 noyabr 2021-ci il tarixli ******* saylı və 30 dekabr 2021-ci il tarixli ******* saylı aktlara görə, Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir.

3. İddiaçı komissiyasının “İtirilmiş təbii qazın dəyərinin hesablanması tələbləri”nə görə, Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 30 oktyabr 2019-cu il tarixli ******* saylı və 29 noyabr 2019-cu il tarixli ******* saylı aktlara əsasən 648 m3, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı və 30 mart 2020-ci il tarixli ******* saylı aktlara əsasən 1440 m3, 30 aprel 2020-ci il tarixli ******* saylı akta əsasən 1872 m3, 30 may 2020-ci il tarixli ******* saylı, 30 iyun 2020-ci il tarixli ******* saylı, 30 iyul 2020-ci il tarixli ******* saylı, 31 avqust 2020-ci il tarixli ******* saylı, 30 sentyabr 2020-ci il tarixli ******* saylı və 30 oktyabr 2020-ci il tarixli ******* saylı aktlara əsasən 864 m3, 30 dekabr 2020-ci il tarixli ******* saylı akta əsasən 5904 m3, 29 yanvar 2021-ci il tarixli ******* saylı akta əsasən 1440 m3, 26 fevral 2021-ci il tarixli ******* saylı akta əsasən 2952 m3, 31 mart 2021-ci il tarixli ******* saylı akta əsasən 2520 m3, 30 aprel 2021-ci il tarixli ******* saylı akta əsasən 1872 m3, 31 may 2021-ci il tarixli ******* saylı və 30 iyun 2021-ci il tarixli ******* saylı aktlara əsasən 432 m3, 30 iyul 2021-ci il tarixli ******* saylı və 31 avqust 2021ci il tarixli ******* saylı aktlara əsasən 1512 m3, 30 sentyabr 2020-ci il tarixli ******* saylı akta əsasən 2520 m3, 29 oktyabr 2021-ci il tarixli ******* saylı akta əsasən 2952 m3, 30 noyabr 2021-ci il tarixli ******* saylı akta əsasən 2520 m3 və 30 dekabr 2021-ci il tarixli ******* saylı aktlara əsasən 2952 m3 qazın dəyərinin ödənilməsi tələb olunmuşdur.

4. **********00040 nömrəli abonentin saldosuna görə, Cavabdeh 2019/2020/2021-ci illər üzrə qalıq aktlara görə borcu cəmi 4472,74 (273,7+1728+2471,04) manat təşkil edir.

5. "xxxx" ASC-nin hesabdan çıxarışına görə, 7 saylı İddiaçı şöbəsi tərəfindən "xxxx" MMC-nin hesabına təyinatı “Cavabdeh” qeyd edilməklə 400 manat məbləğində vəsait köçürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərtib olunmuş aktlar üzrə 4472,74 manat, 69,13 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla cəmi 4941,87 manatın tutulub onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 oktyabr 2017-ci il tarixli AK-1/0564 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz olunması davam etdirilmiş, həmin fərdi yaşayış evinə birlik tərəfindən **********00040 nömrəli abonent kodu verilmiş, ünvanda qaz xəttinin üzərində “G-4” markalı 1702AZ**********93 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 64,8 manat, 29 noyabr 2019-cu il tarixli ******* nömrəli akt əsasında 64,8 manat, 30 dekabr 2019-cu il tarixli ******* saylı akt əsasında 144,1 manat, 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat, 28 fevral 2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat, 30 mart 2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat, 30 aprel 2020-ci il tarixli ******* saylı akt əsasında 187,2 manat, 31 may 2020-ci il tarixli ******* nömrəli akt əsasında 86,4 manat, 30 iyun 2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, 30 iyul 2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, 31 avqust 2020ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, 30 sentyabr 2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, 30 oktyabr 2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, 30 dekabr 2020-ci il tarixli ******* saylı akt əsasında 590,4 manat, 29 yanvar 2021ci il tarixli ******* saylı akt əsasında 144 manat, 26 fevral 2021-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, 31 mart 2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30 aprel 2021-ci il tarixli ******* saylı akt əsasında 187,2 manat, 31 may 2021-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, 30 iyun 2021-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, 30 iyul 2021-ci il tarixli ******* saylı akt əsasında 151,2 manat, 31 avqust 2021-ci il tarixli ******* saylı akt əsasında 151,2 manat, 30 sentyabr 2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 29 oktyabr 2021-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, 30 noyabr 2021-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, 30 dekabr 2021ci il tarixli ******* saylı akt əsasında 354,24 manat məbləğində Birliyə ziyan dəymişdir. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4472,4 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

8. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, 1936-cı il təvəllüdlü olmaqla Ağdam rayonundan məcburi köçkündür, İİ qrup əlildir və şəhid atasıdır. Bir oğlu Qarabağ müharibəsində şəhid olub, digər oğlu isə Birinci Qarabağ müharibəsinin veteranıdır, İİİ qrup əlildir və Vətən müharibəsinin iştirakçısıdır. Ağdam rayonu işğal olunduqdan sonra, 1994-cü ildən məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin yataqxanasının 1 otağına məskunlaşmış, bütün kommunal xərclər hazırkı vaxta kimi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. 30 oktyabr 2019-cu il tarixində İddiaçı əməkdaşları yaşadığı mənzilə yaxınlaşmış, qoca, xəstə və savadsız olmağından istifadə edərək məcburi köçkün olmasını yoxlamaq üçün şəxsiyyət vəsiqəsini almış və ona hansısa sənədə imza etdirmiş, yaşadığı mənzilə qaz xəttinin çəkiləcəyini bildirmişlər. Başa düşmədən həmin sənədə imza etmiş, lakin çox vaxtlarda həmin yataqxanada ayrılmış otağında qalmamışdır. Bakı şəhərində yerləşən müxtəlif xəstəxanalarda müalicə olunmuş və müalicəvi sanatoriyalarda yaşamışdır. Məhkəmədən göndərilən sənədlərdən məlum olmuşdur ki, guya o, İddiaçınə 4472,74 manat, 69,13 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla cəmi 4941,87 manat məbləğində pul borcludur və həmin məbləğ məhkəmə qaydasında ondan tutulub İddiaçı xeyrinə ödənilməlidir. Həmin məbləğdə qazdan istifadə etməmişdir və göstərilən məbləğdə cərimə oluna bilməz. Yaşadığı otaqda cəmi bir ədəd 4 göz qaz peçi vardır. Yaşadığı ünvanla bağlı qazlaşdırma ilə əlaqədar İddiaçınə rəsmi olaraq müraciət etməmişdir. İddiaçı əməkdaşları tərəfindən qazın çəkilməsi və qaz sayğacının quraşdırılması barədə məlumatlandırılmamış və xəbərdar olunmamışdır. Qaz sayğacına şəxsən müdaxilə etməmişdir. Belə işləri o, bacarmır, qoca və xəstə olmaqla 86 yaşında olan İİ qrup əlildir. Həyat yoldaşı 19 ildən çoxdur ki, vəfat edib, dul qalmışdır və şəhid atasıdır. Qaz və sayğac işlərindən də başı çıxmır, aldığı təqaüdlə çox çətinliklə yaşayır, aldığı pensiya pulu da müalicə dərmanlarına çatmır. Mənzilin qaz sayğacı binanın arxa tərəfində quraşdırılmışdır və qaz sayğacına və qaz xəttinə müdaxilə olunubsa, Qaz İdarəsinin işçiləri tərəfindən edilmişdir. Həmin qaz xəttinə və qaz sayğacına müdaxilə etməyə 86 yaşında qoca və xəstə adamın imkanı və sağlamlığı yol vermir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qaz xəttinə özbaşına qoşulma halları iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, həmin aktlarda cavabdeh tərəfindən hansı formada iddiaçıya məxsus qaz xəttinə qoşulma barədə məlumat da qeyd edilməmişdir. Ona görə də həmin aktlar mötəbər sübut kimi qiymətləndirilə və aktlara görə cavabdehdən tələb edilən pul vəsaiti tutula bilməz.

11. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü, 1.4-cü, 2.5-ci, 2.12-ci, 3.4.1-ci, 3.4.4-cü, 6.5-ci, 6.6-cı və 6.7-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.

12. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, cavabde isə məhkəmə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

15. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

17. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

18. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

26. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından başlayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

28. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

29. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşaraq hesab edir ki, iddiaçı iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirə bilməmişdir.

30. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir və istinad etdiyi aktlar cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.

31. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3498/2022 saylı iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar