Məhkəmə qərarları › İş №2(103)-6319/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6319/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6319/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ləğv prosesindəki İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindənverilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (məhkəmə) xx xxxx 2020-ci il tarixli qərardadı ilə, ləğv prosesindəki İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi” tələbinədairiddia ərizəsi, tərəflərin (nümayəndələrinin) məhkəmə iclasına gəlməmələri əsası ilə baxılmamış saxlanılmış, həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət isə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin müddəti xx xxx 2020-ci il tarixinə qədər uzadılmış olduğundan X1 əməkdaşları məzuniyyətə göndərilmiş, xx xxxx 2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclası barədə banka hər hansı bildiriş daxil olmamış, məhkəmə isə bu halları nəzərə almadan birinci iclasda iddia ərizəsini baxılmamış saxlamışdır. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından, iddia ərizəsinin məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edildiyi, xx xxxx 2020-ci il tarixdə hazırlıq iclası keçirilərək işə baxılmasının xx xxxxx 2020-ci il tarixinə təyin olunduğu və bu barədə iddiaçıya məlumat verildiyi, lakin ölkədə tətbiq edilən karantin rejimi səbəbilə işə baxılmasının xx xxxx 2020-ci il tarixinə təxirə salındığı, bununla bağlı iddiaçıya bildirişin çatdırıldığı, həmin tarixdə tərəflər (nümayəndələri) gəlmədiklərindən mübahisələndirilən qərardadın qəbul edildiyi aydın olur; bu isə o deməkdir ki, iddia ərizəsinin baxılmamış saxlanılması üçün Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsas mövcud olmuşdur – hansı ki, həmin normaya görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Bununla belə kollegiya iddiaçının nümayəndəsinə izah edir ki, o, məhkəməyə getməmələrinin üzrlü səbəblərdən baş verdiyinə dair sübutlar təqdim etməklə müvafiq qərardadın ləğvini və işə baxılmasını xahiş edə bilər. Belə ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsində, iddiaçı və ya cavabdehin məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edildikdə, məhkəmənin bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv etmək səlahiyyətinin olduğu nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1938/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar