Məhkəmə qərarları › İş №2(103)-6320/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6320/2020

29.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6320/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təmir xərcinin ödənilməsi tələbinə dair” ilk, Cavabdeh İddiaçı qarşı “təmir xərci, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 620/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayontı, Gəncə prospekti 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2ci blokunun 7-ci mərtəbəsində, ümumi sahəsi 75,46 kv.metr olan, 2 otaqlı mənzilin yaxşılaşdırılmasına (təmir xərclərinin) çəkilmiş 25056 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 7-ci mərtəbəsində, ümumi sahəsi 75,46 kv.metr olan, 2 otaqlı mənzilin təmiri üçün çəkilmiş 7950 (yeddi min doqquz yüz əlli) manatın, eyni zamanda əldə çıxmış fayda kimi 16500 (on altı min beş yüz) manatın, ona vurduğu mənəvi zərərə görə 10000 (on min) manatın və hazırki iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 34480 (otuz dörd min dörd yüz səksən) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı ilk iddiadan imtina barədə yazılı ərizə təqdim edərək, ilk iddiadan imtinanın qəbul olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş etdi. Cavabdehin təmsilçisi qarşılıqlı iddiadan imtina barədə yazılı ərizə təqdim edərək, qarşılıqlı iddiadan imtinanın qəbul olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddiadan imtinalar qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəflərdən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizələrdə iddialarından imtina etmələri qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, ilk və qarşılıqlı iddialardan imtinalar qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ilk iddiadan və Cavabdeh qarşılıq iddiadan imtinaları qəbul edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-620/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “təmir xərcinin ödənilməsinə dair” ilk və Cavabdeh İddiaçı qarşı “təmir xərci, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsinə dair” qarşılıqlı iddia ərizələri mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar