Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6326/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-36/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8809,51 manat məbləğində əsas borc, 23167,50 manat məbləğində faiz borcu, 9101,77 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi x xxxx 1573 gün üçün hesablanan 1919,06 manat, ümumilikdə isə 42,997,84 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-36/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ipotekadan azad olunmasına dair sənədlərin həqiqi olub-olmamasını, cavabdehin banka olan borcunun ümumi həcmini nəzərə almamışdır, odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun ifadə verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan xx xxxxxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə illik 7 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 120000 manat məbləğində kredit verilmişdir. Mülki iş materiallarında olan xx xxxxxxx 2007-ci il tarixli ********** saylı müqaviləyə xx.xx.2009-cu il tarixli 01 saylı əlavə sazişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə faiz dərəcəsi 16 faiz müəyyən edilmişdir. xx xxxxxxx 2007-ci il tarixli ********** saylı müqaviləyə xx.xx.2012-ci il tarixli 02 saylı əlavə sazişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə kreditin ödənilməli olduğu son tarix xx xxxxxxx 2012-ci il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək uzadılması müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, cavabdehin xx xxxxxx 2018ci il tarixinə Banka 8809,51 manat məbləğində əsas borc, 23167,50 manat məbləğində faiz borcu, 9101,77 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla 1573 gün üçün hesablanan 1919,06 manat, ümumilikdə isə 42,997,84 manat məbləğində borcu vardır. xx.xx.2007-ci il tarixli ********** nömrəli ipoteka müqaviləsindən görünür ki, xx xxxxxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 0.286 ha torpaq sahasində yerləşən 17 nömrəli, 14 mərtəbəli binada, 169.7 kv.m ümumi, 76.6 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı 77 nömrəli mənzil Ləğv prosesində olan QSC "Bank Standard" KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2014-cü il tarixli,"Bank Standart" KB tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə ünvanlanmış məktubda Bank xx xxxxxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2007- ci il tarixdə bağlanmış ipoteka müqaviləsində nəzərdə tutulan ipoteka predmetinin, Bakı şəhəri, Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində istifadədə olan 0,286 ha.torpaq sahəsində yerləşən 17 saylı evin 77 nömrəli mənzilinin ipotekadan azad edilməsi xahiş olunmuşdur. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 22271 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxxxxxx 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx xxxxxx 2018-ci il tarixə (maliyyə arayışının tarixə) banka olan borcu 1575.16 manat məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2018-ci il tarixinə 1575.16 manat əsas borcu vardır. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinlətib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxxx 2007-ci il tarixində kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış, bank tərəfindən cavabdehə illik 7 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 120000 manat məbləğində kredit verilmişdir. xx xxxxxxx 2007-ci il tarixli ********** saylı müqaviləyə 01 saylı əlavə sazişə əsasən kreditə görə 7 faizdən 16 faizə dəyişdirilmişdir. xx xxxxxxx 2007- ci il tarixli ********** saylı müqaviləyə 02 saylı əlavə sazişə əsasən kreditin ödənilməli olduğu son tarix xx xxxxxxx 2012-ci il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək uzadılması şərti ilə dəyişdirilmiş, xx xxxx 2014-cü il tarixdə bank tərəfindən AR ƏMDK yanında DƏDRX-nə ünvanlanmış məktubda Bank xx xxxxxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2007-ci il tarixdə bağlanmış ipoteka müqaviləsində nəzərdə tutulan ipoteka predmetinin, Bakı şəhəri, Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində istifadədə olan 0,286 ha.torpaq sahəsində yerləşən 17 saylı evin 77 nömrəli mənzilinin ipotekadan azad edilməsini xahiş etmişdir. Rayon məhkəməsi qeyd etmişdir ki, sonuncu ekspert rəyində cavabdehin 1575.16 manat əsas borcunun olması müəyyən olunsa da, iddiaçının xahişi ilə qeyd olunan kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş mənzilin 2014-cü ildə ipotekadan azad olunması həmin borcun mövcudluğunu şübhə altına alır. Bundan əlavə, kredit müqaviləsinin müddəti 2013-cü il tarixdə bitdiyi halda iddiaçı məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Bununla da bu cür mübahisələr üçün müəyyən olunmuş 3 illik iddia müddətini açıqaşkar ötürmüşdür. Cavabdeh isə iddianın əsassız olmasını qeyd etməklə yanaşı mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab etmişdir ki, iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürdüyündən iddia təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-36/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6326/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6326/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver