Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6330/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1500/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh arasında qazdan istifadə olunmasına dair xx.xx.2020-ci il tarilxi AKX-02098xx/xx-2020 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır.
2. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, ünvan 1 ünvanında (abonent kodu **********00000) quraşdırılmış **********6 nömrəli qaz sayğacından kənar xətlə qeyri-qanuni istifadə olunması müəyyən edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, təbii X3nın pozulması haqqında ******* nömrəli akta əsasən **********00000 saylı abonent Cavabdeh itirilmiş qazın bərpası üçün 5832 m3 dəymiş ziyan həcmi hesablanmışdır. İddiaçı BRQSD-nin mühəndisləri Məmmədov S., Bağırov Y, Mustafayev Ş, çilingər F.Əliyev tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən, ünvan 1 ünvanının sahibi Cavabdeh qəsdən həmin ünvana məxsus b**********6 nömrəli qaz sayğacını çəkiclə vuraraq sındırması, aktı tərtib edənlərə yaxınlaşaraq nalayiq ifadələr işlədərək ərazidən uzalaşmaqlarını istəməsi müəyyən edilmiş, sayğacın əvəzlənməsinə mənzil sahibi şərait yaratmamışdır. İddiaçı tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli ******* nömrəli Akta əsasən, ünvan 1 ünvanının sahibi Cavabdeh (abonent kodu **********00000) mənzilə aid **********6 nömrəli qaz sayğacını çəkiclə sındırıb, xətdən ayırıb rezin boru ilə sayğacsız birləşmə ilə sayğacdankənar istifadə etməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli təbii X3nın pozulması haqqında ******* nömrəli akta əsasən **********00000 saylı abonent Cavabdeh itirilmiş qazın bərpası üçün 17280 m3 dəymiş ziyan həcmi hesablanmışdır. İddiaçı BRQSD-nin mühəndisləri Səməndər Məmmədov, Şahmar Mustafayev, çilingər Zaur Cəfərov bu aktı tərtib edərək təsdiq etmişlər ki, ünvan 2 ünvanında Cavabdeh fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadə olunduğu üçün mənzilin qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır. 8. İddiaçı tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli ******* nömrəli Akta əsasən, ünvan 1 ünvanında (abonent kodu **********00000) quraşdırılmış **********6 nömrəli qaz sayğacından kənar xətlə qeyri-qanuni istifadə olunması müəyyən edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli təbii X3nın pozulması haqqında ******* nömrəli akta əsasən **********00000 saylı abonent Cavabdeh itirilmiş qazın bərpası üçün 1728 m3 dəymiş ziyan həcmi hesablanmışdır.
3. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsi, ev 7 ünvanında yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır.
4. Qaradağ Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2- ci maddələrinə əsasən Azərbaycan Respubliası CM-in 186.1 və 189-1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir.
5. AREN-in tabeliyində X1 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN № ******* “İnzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, xx.xx.2023-cü il tarixli prokurorun qərarına və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq vətəndaş Cavabdeh tərəfindən yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qoşularaq 2981.52 manat məbləğində təbii qazın talanması xx.xx.2023-cü il tarixdə aşkar olunmuş nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 120 manat məbləğində inzibati cərimə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. ddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə 2961,75 manat məbləğində zərərin və 49,62 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3011,37 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı İBi ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində AKX-02098xx/xx-2020 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 699,84 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2073,60 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 207,36 manat; Cəmi 2980,80 (iki min doqquz yüz səksən manat 80 qəpik) manat məbləğində İddiaçı İByə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktları iddia ərizəsinə əlavə edilir). Həmçinin cavabdehin uçotu pozulmuş qaz sərfinin 0,72 manat borc müvcüddür (2980,80+0,72=2981,52). Həmin zərərdən cavabdeh 19,77 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və GAZREP üzrə ümum2i961,75 (iki min doqquz yüz altmış bir manat 75 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 1500/2023 nömrəli qətnaməsi ilə (hakim X4) iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş zərərə görə 699.84 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına onlar tərəfindən əlavə edilmiş sübutlar iddia tələblərinin tam təmin edilməsinə əsas verdiyi halda, məhkəmə əsassız yerə iddia tələbini tam təmin yox, qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına baxmayaraq, məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Digər tərəfdən, cavabdeh nə məhkəmə iclaslarında iştirak etmiş, nə iddia ərizəsinə etiraz bildirmiş, nə də ki ona dair aktın tərtib edilməsini mübahisələndirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələblərini tam yox, qismən təmin etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12.Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”
14. 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
15. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. İddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini xahiş edildiyindən, qətnamə o hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, hazırkı işdə əməlin baş verib-vermədiyi, cavabdehin hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, sayğaca kənar müdaxilə edilməklə qaz itkisinin baş verməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz İddiaçı İB-nin üzərinə düşür.
29. İddiaçı tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2022-ci il; xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlar, ziyanın ödənilməsi barədə tələbnamələr, İddiaçı mühəndisləri tərəfindən qaz təsərrüfatına növbəti baxış zamanı tərtib edilmiş aktlar və müvafiq müdaxiləyə dair fotoşəkillərə istinad edilmişdir.
30. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 13-cü maddəsinin 6-cı və 8-1-ci hissəllərinin tələbinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmalı, eləcə də istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazın verilməsi dayandırılmalı olduğu halda, işin hallarından və iş materiallarından görünür ki, iddiaçı qeyd edilən maddələrin tələblərini ilk Aktın tərtib edilməsindən 1 ilə yaxın müddət keçdikdən sonra yerinə yetirmiş və bu müddət ərzində iki əlavə akt tərtib edilməklə itirilmiş qazın bərpası üçün istehlakçıya 2073,60 manat və 207,36 manat ziyan məbləğləri hesablanmışdır.
31. İddiaçı İB-nin əməkdaşları tərəfindən ilk dəfə xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən mənzildə baxış zamanı sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazdan istifadə olunması aşkar olunmuş, müvafiq akt və dəymiş ziyanın hesablanması barədə tələbnamə tərtib edilərək abonent Cavabdeh 699,84 manat məbləğində vurulmuş ziyan məbləği hesablanmışdır. Bundan sonra eyni ünvana xx.xx.2022-ci il tarixli akta əsasən 2073,6 manat və xx.xx.2023-cü il tarixli akta əsasən 207,36 manat məbləğində vurulmuş ziyan hesablanmış və 18 yanvar 2023-cü il tarixdə göstərilən ünvana qaz təchizatı dayandırılmışdır.
32. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktların tərtib edilməsinə əsaslar cavabdeh tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
33. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, xx.xx.2022-ci il tarixli ilk aktdan sonra qaz paylayıcısının qeyriqanuni qoşulma yolu ilə əldə edilmiş qaz sərfiyyatının olduğu halda, qarşısının alınması üçün tədbirlər görməməsi cavabdehin kənar xətdən uzun müddət qeyri-qanuni istifadə etməsinə zəmin yaratdığından xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlar əsasında hesablanmış ziyan məbləğləri əsassız olmaqla həmin hissələrdə iddia təmin edilə bilməz.
35. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməklə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1500/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 1500/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.