Məhkəmə qərarları › İş №2(103)-6334/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6334/2020

06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6334/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixliqətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, həmin məhkəmənin 04 аvqust 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 120 mаnаt alimentin miqdarının artırılması, İsаzаdə Turаl Rаmiz oğlundan 29 yаnvаr 2020-ci il tаriхdən bаşlаyаrаq 08 аprеl 2015-ci il təvəllüdlü İsаzаdə Rаmlz Tural оğlunun yetkinlik yaşına çatanа kimi sахlаnmаsı üçün hər аy 170 (yüz yеtmiş) mаnаt sаblt pul məbləğində аlimеntin tutulаrаq Əkbərоvа Vəfа Şəfа qızınа vеrilməsi, İsаzаdə Tural Rаmiz оğlundаn dövlət rüsumu hеsаbınа 30 mаnаtın tutularaq dövlət gəlirlərinə alınması qət olunmuşdur. xx.xx.2020-ci il tarixdə İsаzаdə Tural Rаmiz оğlu həmin qətnamədən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, ölkədə koronavirusla bağlı tətbiq edilmiş karantin rejiminə görə apellyasiya şikayətini vaxtında verə bilməmişdir, buna görə də apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsi təmin edilmiş, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, cavabdeh qətnaməni xx.xx.2020-ci il tarixdə aldığından onun şikayət vermə müddəti xx.xx.2020-ci il tarixə qədər olmuş, lakin xx xxxx 2020-ci il tarixindən etibarən əvvəlcə Novruz bayramı münasibətilə, daha sonra koronavirus pandemiyası ilə əlaqədar məhkəmədə işlərə baxılması uzun müddətə dayandırıldığından müddəti üzürlü səbəblərdən buraxmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 2020-ci ilin mart ayında Koronavirus (COVİD-İ9) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tədbirlər haqqında çoxsaylı Qərarlarında, bir çox sahələrlə yanaşı telekommunikasiya və rabitə xidmətlərinin fəaliyyətinə icazə verilməklə yanaşı, vətəndaşların zərurət yarandıqda iş və yaşayış yerini tərk edərək həmin və fəaliyyətinə icazə verilmiş digər obyekt və müəssisələrə getməsinə şərait yaradılması məqsədilə SMS icazə sistemi tətbiq edilmiş, hər gün belə icazə üçün 2 saat müddət müəyyən edilmişdir. Nazirlər Kabinetinin 2020-ci il 24 aprel tarixli Qərarı ilə həmin müddət 2 saatdan 3 saata artırılmışdır. 2020-ci ilin 18 may tarixindən isə, belə SMS icazə növü ümumiyyətlə ləğv edilmişdir. Göründüyü kimi, ölkədə koronavirus rejiminin tətbiq edilməsi heç də o demək olmamışdır ki, cavabdeh evindən və ya iş yerindən çıxa bilməmiş, apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddətdə tərtib etdirə və ya özü yaza bilməmiş, tərtib etmiş və ya yazmışdırsa da, onu poçt şöbəsinə aparıb təhvil verə bilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Nazirlər Kabinetinin qəbul etdiyi Qərarları daim diqqətdə saxlayaraq 2020-ci il 19 mart tarixində Plenum vasitəsi ilə Qərar qəbul etmiş, davamlı olaraq isə rəsmi məlumatlar vasitəsi ilə tövsiyyələr verərək qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərsinlər. Bu Qərar və tövsiyyələr bütün televiziya və radio kanallarında elan edilməsindən başqa, kütləvi informasiya vasitələrində də dərc olunmuş, geniş təbliğ olunmuşdur. Cavabdeh isə bütün icazə müddətlərində və eləcə də evdən yalnız icazə ilə çıxmaqla bağlı 18 may tarixində qadağalar götürüldükdən sonra qətnamədən apellyasiya şikayəti verməmiş, apellyasiya şikayətini yalnız xx xxxx 2020-ci il tarixdə tərtib etmişdir. Hansı ki, 18 may tarixinədək onsuz da cavabdeh qanunla müəyyən olunmuş müddət və qaydalara əməl etməklə apellyasiya şikayətini verə bilərdi. Lakin cavabdeh apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan, üzürsüz səbəbdən ötürdüyü müddəti, karantin rejimindən süni bəhanə kimi istifadə etməklə bərpa etdirmək istəyir. Bu, yersiz və əsassız bəhanədir, ədalət və vicdanlılıq prinsipi rəhbər tutulmaqla qəbul edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını; iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, qətnamə İsаzаdə Tural Rаmiz оğluna xx.xx.2020ci il tarixdə çatdırılmış, xx xxxx 2020-ci il tarixdə isə onun apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Ölkədə koronavirus pandemiyasının yayılmağa başlaması ilə əlaqədar xx xxxx 2020-ci il tarixindən etibarən ciddi karantin rejiminin tətbiq olunduğunu nəzərə almaqla kollegiya hesab edir ki, ərizəçinin vaxtında apellyasiya şikayəti verə bilməməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə apellyasiya qaydasında baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hal, yəni ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbi ilə vaxtında şikayət verə bilməməsi, ötürülmüş müddətin bərpasına əsas verə biləcək üzrlü hal kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1076/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1076/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti mümkün hesab olunsun və apellyasiya şikayətinə əsasən mülki işə baxılması Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında xx xxxxxx 2020-ci il il tarixə, saat 11:40-a təyin edilsin. Tərəflərə (işdə iştirak edən şəxslərə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar