Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6335/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-910/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 910/2025 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul, əmlak, əldən çıxmış fayda, dəymiş zərərin kompensasiyası” tələbinə dair iddiaları qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 2007-ci il buraxılışlı, “X5” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyəri olaraq 11000 manat, aylıq icarə haqqı (əldən çıxmış fayda) olaraq 12000 manat, cəmi 23000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-910/2025 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış və Cavabdeh4 izah edilmişdir ki, o, qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbi üzürlü olduğu təqdirdə şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə etməklə apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət edə bilər. Daha sonra xx.xx.2025-ci il tarixdə Cavabdeh4 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-910/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini məhkəməyə rəsmi qaydada müraciət etdikdən sonra almış və aldıqdan sonra apellyasiya şikayəti verilmişdir. Cavabdehin qətnamənin elektron məhkəmə sisteminə yerləşdirilməsi barədə məlumatı olmamışdır və o, ümumiyyətlə, elektron məhkəmə sistemindən istifadə edə bilmir. Qeyd olunanlardan da göründüyü kimi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulan prossesual müddət Cavabdeh4 asılı olmayan və üzürlü səbəblərə görə buraxılmışdır. Göstərilənləri rəhbər tutaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-910/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulan müddətin buraxılma səbəbini üzürlü sayaraq buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-910/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 910/2025 saylı qətnaməsindən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 910/2025 saylı qətnaməsindən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2, 130.1, 133.1, 133.2, 133.5, 133.6, 135.5, 135.6, 268.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəalarından görünür ki, qərardaddan şikayətin verilmə müddəti onun şəxsə rəsmi qaydada təqdim edildiyi andan 10 gündür. "Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh4 məxsus şəxsi kabinet xx.xx.2021 -ci il tarixdən aktiv edilmiş, məhkəmənin bütün gedişatı dövründə qəbul edilmiş, akt və bildirişlər onun kabinetinə yerləşdirilmiş, o cümlədən də xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə kabinetinə yerləşdirilmiş, bu tarixdən də qətnamə ona rəsmi qaydada təqdim edilmiş hesab edilmişdir. Cavabdehin izahatında göstərdiyi kimi, ASAN imzanın və elektron kabinetin mövcudluğuna baxmayaraq, şəxsin bu xidmətlərdən istifadə edə bilməməsi üzürlü səbəb kimi qəbul edə bilməz və qətnaməni məhkəmədən qəbzlə alaraq artıq icra mərhələsində olan məhkəmə aktını yenidən mübahisələndirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Cavabdeh4 qərardaddan şikayət verərək, Bakı şəhəri , Binəqədi rayon Məhkəməsinin e- 2(001)-910/2025 saylı, xx.xx.2025-ciil tarixli qərardadım ləğv edərək, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin e-2(001)-910/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulan müddətin buraxılma səbəbini üzürlü sayaraq buraxılmış müddəti bərpa edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 10-1.3, 135.6; AR Məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimata; S.Fərəcovun şikayəti üzrə AR Ali Məhkəməsinin MK 19 dekabr 2018-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR KM Plenumunun Qərarına; Məhkəmə Qətnaməsi haqqında AR Ali Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edilmişdir ki, mübahisələndirilən Qərardadın 3-cü vərəqinin 7–ci abzasında Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından görünür ki, qərardaddan şikayətin verilmə müddəti onun şəxsə rəsmi qaydada təqdim edildiyi andan 10 gündür. Həmçinin mülki prosessual qanunvericiliyin tələbinə əsasən rəsmi təqdim edilmə anlayışının da yuxarıda geniş şəkildə şərhi və müəyyən edildiyi norma göstərilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh4 məxsus şəxsi kabinet xx.xx.2021-ci il tarixdən aktiv edilmiş, məhkəmənin bütün gedişatı dövründə qəbul edilmiş, akt və bildirişlər onun kabinetinə yerləşdirilmiş, o cümlədən də xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə kabinetinə yerləşdirilmiş, bu tarixdən də qətnamə ona rəsmi qaydada təqdim edilmiş hesab edilmişdir. İlk olaraq qətnamədən şikayətin verilməsi üçün buraxılmış prossesual müddətin üzürlü hesab olunmasına dair ərizə ilə müraciət olunmuşdur. Nədənsə məhkəmə hesab etmişdir ki, mübahisələndirilən məhkəmə aktı qərardadır və 10 günlük mübahisələndirmə müddətinin buraxıldığını qeyd etmişdir. Halbuki, məhkəmə aktı olaraq qətnamə tərəfindən mübahisələndirilir. Daha sonra qeyd olunur ki , Cavabdeh4 elektron məhkəmə sistemi xx.xx.2021- ci il tarixdən aktivləşdirilib və mübahisələndirilən qətnamə xx.xx.2025 - ci il tarixdə həmin sistemə yerləşdirildiyindən rəsmi qaydada Cavabdeh4 çatdınlmş hesab olunur. Lakin nədənsə məhkəmə AR MPM - nin 10.3 -pcü maddəsinin tələbini unutmuşdur. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən elektron məhkəmə sistemi vasitəsi ilə göndərilən sənəd barəsində tərəfə sms və elektron poçt vasitəsi ilə məlumat verilməlidir, Mübabisələndirilən Qərardadda Cavabdeh4 sms və elektron poçt vasitəsi ilə məlumatlandırılması barədə məlumata rast gəlinmir. Halbuki, buraxılmış prossesual müddətin üzürlü hesab olunmasına dair ərizdə bu hala istinad olunaraq qeyd olunmuşdur ki , mübahıisələndiıilən qətnamənin elektron məhkəmə sistemində yerləşdirilməsi barədə Cavabdeh4 məlumat verilməmişdir. Həmçinin ərizə ilə bağlı təyin olunmuş məhkəmə iclasında da bu barədə mövqeyi bildirilmişdir. Lakin qanunvericiliyin bununla bağlı tələbi olsa da Binəqədi rayon Məhkəməsi qərəzli olaraq Cavabdeh4 qətnamənin elektron məhkəmə sistemində yerləşdirilməsi barədə məlumatlandırmadığı halda, buraxılmış prossesual müddətidə heç bir əsas olmadan üzürlü hesab etməmişdir. Bununla da Cavabdeh4 müdafiə hüququnu kobud şəkildə pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-910/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin tələblərinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: 136.0.1. məhkəmənin adı və ünvanı; 136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair); 136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 72 (İİİ), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, 399 ,“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı mərhələdə müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. İş materialları ilə müəyyən edilir ki, sözügedən qətnamə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin elektron kabinetdən istifadə edə bilməməsi,bu səbəbdən də qətnamədən xəbərdar olmaması müddətin bərpa edilməsi üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-910/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6335/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6335/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver