Məhkəmə qərarları › İş №2(103)-634/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-634/2020

28.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-634/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və ElşənCələddinoğluKazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X15, cavabdeh “xxxxxxxxxx“ Açıq Səhmdar Cəmiyyətinin, həmçinin üçüncü şəxslər X9, X10, X7 (eyni zamanda X11 nümayəndəsi), X14, X4, X5, X8 vəkili X2, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3054/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh «xxxxxxxxxx» ASC, üçüncü şəxslər həmin ASC_nin səhmdarları X17, X18, X16, X19 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-3054/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxxx “ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi və əmlak payının naturada ayrılması tələbinə dair iddia tələbləri təmin edilərək «xxxxxxxxxx» ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada real bölügüsünün həyata keçirilməsi, İddiaçı «xxxxxxxxxx» ASC-dəki səhmlərinin 29,999%-nin payının qarşılığında, ona qeyri-yaşayış sahəsindən ümumilikdə 205,0 kv.m. sahənin natura qaydasında ayrılması, «xxxxxxxxxx» ASC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada bölünməsinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 26485 saylı rəyində əks olunmuş qaydada müvafiq hörgü aparılmaqla həyata keçirilməsi, qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 1-ci mərtəbə üzrə 111,2 kv.m. sahə, zirzəmi üzrə isə 93,8 kv.m. sahə hörgü arakəsmə aparılmaqla ayrılaraq, İddiaçı mülkiyyətinə və sərəncamına verilməsi, İddiaçı «xxxxxxxxxx» ASC-nin səhmdarlarının sırasından çıxarılması və ona məxsus səhmlərin «xxxxxxxxxx» ASC tərəfindən geri alınması ,«xxxxxxxxxx» ASC-dən İddiaçı xeyrinə onun cəmiyyətdəki 29 ,999% səhmlərinin müqabilində «xxxxxxxxxx» ASC-nin xalis mənfəətindən ödənilməmiş dividendlər - yəni 2016-cı ilin üçün 126474,94 AZN, 2017-ci il üçün 126474,94 AZN, 2018ci ilin yanvar –oktyabr ayları üçün 116652,73 AZN, ümumilikdə isə 369602,61 AZN məbləğində pulun tutulması, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2018-ci il tarixli, 26485 saylı məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pulun «xxxxxxxxxx» ASC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab:Az.MEM VÖEN ********** ; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********; müxbir hesab AZ41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) ödənilməsi, xx.xx.2018-ci il tarixli ƏEM/O 99-1010/18 saylı ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin «xxxxxxxxxx» ASC-dən tutulub “X25” MMC-nin hesabına (VÖEN : **********; hesab AZN:AZ30GUNA**********900000000; BANK: “xxxxxxxxxx” ASC, VÖEN: **********; Müxbir hesab: AZ25NABZ********************; KOD:505594; SWİFT: GUNAAZ22) ödənilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, hazırkı qətnamə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə ayrılmış hissələrinə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)- 1839/2019 saylı qətnaməsi ilə cavabdeh “xxxxxxxxxx “ Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin ödənilməsi və əmlak payının naturada ayrılması barədə” iddiasının təmin edilməsi, xxxxxxxxxx” ASC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada real bölgüsünün həyata keçirilməsi, İddiaçı “xxxxxxxxxx” ASC-də olan səhmlərinin 29,999 faiz payının qarşılığında, ona qeyri-yaşayış sahəsindən ümumilikdə 205,0 kv.m. sahənin natura qaydasında ayrılması,“xxxxxxxxxx” ASC-nin mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada bölünməsinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 26485 nömrəli rəyində əks olunmuş qaydada (“Captain Silver” mağazası və “AVİS” tibbi market kimi istifadə olunan tikililərin bütünlüklə, “LC Waikiki” mağazası kimi istifadə olunan tikilinin isə girişdən sağ tərəfdəki sahədə 3,5 metr enində və 10 metr uzunluğunda sahə, eyni zamanda “Madame Coco” mağazasının zirzəmisinin küçə tərəfdən giriş qapısı olan hissədən 93,8 kv.m. sahə arakəsmə divarla hörülüb bölünməklə) həyata keçirilməsi, qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 1-ci mərtəbə üzrə 111,2 kv.m. sahə, zirzəmi üzrə isə 93,8 kv.m. sahə hörgü arakəsmə aparılmaqla ayrılaraq, İddiaçı mülkiyyətinə verilməsi, İddiaçı “xxxxxxxxxx” ASCnin səhmdarlarının sırasından çıxarılması, ona məxsus səhmlərin “xxxxxxxxxx” ASC tərəfindən geri alınması,“xxxxxxxxxx” ASC-dən İddiaçı xeyrinə onun ASC-də olan 29,999 faiz səhmlərinin müqabilində “xxxxxxxxxx” ASC-nin xalis mənfəətindən ödənilməmiş dividendlər - yəni 2016-cı il üçün 126.474 (yüz iyirmi altı min dörd yüz yetmiş dörd) manat 94 (doxsan dörd) qəpik, 2017-ci il üçün 126.474 (yüz iyirmi altı min dörd yüz yetmiş dörd) manat 94 (doxsan dörd) qəpik, 2018-ci ilin yanvar-oktyabr ayları üçün 116.652 (yüz on altı min altı yüz əlli iki) manat 73 (yetmiş üç) qəpik, ümumilikdə isə 369.602 (üç yüz altmış doqquz min altı yüz iki) manat 61 (altmış bir) qəpik məbləğində pulun tutulması, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil ədən 100 (yüz) manat məbləğində pulun cavabdeh “xxxxxxxxxx” ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pulun cavabdeh “xxxxxxxxxx” ASC-dən tutulub “X25” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, hazırkı qətnamə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə ayrılmış hissələrinə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh «xxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-1839/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qət edilmişdir. Cavabdeh “xxxxxxxxxx“ Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh ASC-yə iclasın keçirilmə vaxtı barədə heç bir məlumat verilməmiş və iclas ASC-dən xəbərsiz, onun nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı divident almaq hüququna malik olsa da bu hüququn həyata keçirilməsi Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir. Çünki Mülki Məcəlləyə görə dividentlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanın təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Lakin hazırkı halda cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının divientlərin ödənilməsinə zəmanət vermir, çünki dividentlərin ödənilməsi barədə qərarın qəbul edilməsi cəmiyyətin vəzifəsi deyil, hüququdur. Mübahisəli qeyri-yaşayış sahəsi cavabdeh ASC-nin mülkiyyətindədir. İddiaçının ASC-də səhmlərinin olmasına görə, birinci instansiya məhkəməsi onu həm də ASC-nin əmlakının mülkiyyətçisi hesab etməsi ASC-nin mülkiyyət hüququnun pozulması deməkdir. Məhkəmə həmçinin məhkəmə mühasibatlıq ekspertizası təyin etsə də ekspertizanın aparılmasını ekspert olmayan kommersiya qurumuna «X25» MMC-yə tapşırmışdır. Birinci instansiya məhkəməsi ekspert rəyi altında mütəxxəsis rəyi almışdır. Lakin nəzərə alınmalıdır ki, ekspertdən fərqli olaraq qiymətləndiricinin bilə-bilə yalan rəy veməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə «xxxxxxxxxxxxxxx» Şirkətinin hazırkı iş üzrə cavabdeh ASC-yə qarşı eyni tələblər ilə bağlı iddia təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı ASC-də ona məxsus olan səhmlərinin qarşılığında mübahisəli qeyri-yaşayış sahəsindən natura şəkilində pay ayrılması tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Mülki Məcəllənin 106-1.3-cü maddəsində səhmdar cəmiyyətin adi səhmlərinin sahibi olan səhmdarın belə bir hüququ nəzərdə tutulmamışdır. İş üzrə üçüncü şəxslər «xxxxxxxxxx» ASC-nin səhmdarları X17, X18, X16, X19 apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə «xxxxxxxxxx» ASC-nin səhmdarlarının maraqlarına birbaşa toxunulsa da, onları işə cəlb etməmişdir. «xxxxxxxxxx» MMC-nin 49.128 ədəd adi adlı səhmi vardır; hər səhmin nominal dəyəri 2 manat təşkil edir. Həmin səhmlərdən 68 ədədi maraqlı şəxs Vidadi Məmmədova, 68 ədədi maraqlı şəxs Xəqani Məmmədova, 68 ədədi Fatma Rəcəbovaya, 232 ədədi Rəcəb Rəcəbova və 24 ədədi Vəzir Rəcəbova məxsusdur. İddiaçı 14.738 ədəd səhmin sahibidir. Məhkəmə iddianı təmin edərkən onların maraqlarına toxunmuşdur. Onlar ASC-in əmlakının naturada məcburi qaydada bölünməsinə etiraz edirlər. Bu məsələ Mülki Məcəllənin tələbinə ziddir. Əmlakın naturada ayrılması nəticəsində onlara məxsus olan səhmlərin nominal və həqiqi dəyərində də azalma baş verəcəkdir. Məhkəmə iddianı təmin etməklə səhmdarı olduqları ASC-nin qismən ləvğini həyata keçirmişdir ki, bu da yolverilməzdir. Bu barədə qərar qəbul etmək yalnız səhmdarların ümumi yığıncağına aid məsələdir. Məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etsə də işi rəy verilməsi üçün «X25» MMC-yə göndərmişdir. Məhkəmə ekspert rəyi adı altında qiymətləndirici rəyi almışdır. Ekspertdən fərqli olaraq qiymətləndiricilərin bilə-bilə yalan rəy verməyə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Hüquqi şəxs mülki hüquq münasibətlərinin obyekti deyil, subyektidir. Səhmdar cəmiyyətin mülkiyyətçisi - sahibi ola bilməz. İddiaçının belə tələblə çıxış etmək hüququna malik olmadığı şübhəsizdir. Bu barədə o, əvvəlki səhmdar «xxxxxxxxxxxxxxx» şirkəti eyni tələblə müraciət etmiş və onun tələbi rədd edilmişdir. Həmin məhkəmə aktlarına açıq şəkildə qəbul edilmişdir ki, səhmdar belə bir subyektiv tələb hüququna malik deyil. Necə ola bilər ki, əvvəlki səhmdar belə bir hüquqa malik olmadığı halda, ondan səhmləri almış yeni səhmdar belə bir hüquqa malik olur. Səhmdar yalnız səhmdar cəmiyyətin ləğvi halında qalan əmlaka dair hüquqa sahib ola bilər. Hüquqi şəxsin ləğvi qanunvericiliklə tənzimlənir. Hazırkı mübahisənin ləğvlə bağlılığı yoxdur. Ancaq məhkəmə ASC-nin əmlakın İddiaçı verməklə, ASC-nin ləğv etmişdir ki, bu da MMin tələblərinə birbaşa ziddir. Mübahisəli daşınmaz əmlakın tam mülkiyyət hüququ ilə «xxxxxxxxxx» ASC-yə məxsus olması mübahisəsizdir. İddiaçı mülkiyyətində olan əmlak mübahisəli daşınmaz əmlak deyil, 29,999 faiz səhmdir. Cavabdeh “xxxxxxxxxx“ Açıq Səhmdar Cəmiyyətinin, həmçinin üçüncü şəxslər X9, X10, X7, X11, X14, X4, X5, X8 nümayəndəsi və vəkili X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X22 apellyasiya şikayətlərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul olunmalıdır. İş materiallarında olan Milli Depozit Mərkəzi tərəfindən verilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, cavabdeh ASC-nin nizamnamə kapitalı 98.256 manat təşkil edir və iddiaçı həmin ASC-nin 14.738 ədəd səhminin sahibidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” əsasən cavabdeh ASC-nin qanuni təmsilçisi X6r. “xxxxxxxxxxxxx” qismində cavabdeh ASC ilə “icarəçi” qismində “xxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “icarə müqaviləsinə” əsasən mübahisəli qeyriyaşayış sahəsindən 85 kv.m-lik sahə 5 il müddətinə “İcarəçiyə” icarəyə vermişdir. İcarə haqqı 4.000 manat olaraq razılaşdırılmışdır. “xxxxxxxxxxxxx” qismində cavabdeh ASC ilə “icarəçi” qismində “xxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “İcarə müqaviləsinə” əsasən mübahisəli qeyriyaşayış sahəsindən 500 kv.m-lik sahə 5 il müddətinə “ icarəçiyə” icarəyə vermişdir. İcarə haqqı 4.000 manat olaraq razılaşdırılmışdır. “xxxxxxxxxxxxx” qismində cavabdeh ASC ilə “icarəçi” qismində “xxxxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2 nömrəli “İcarə haqqında müqaviləyə” əsasən mübahisəli qeyri-yaşayış sahəsindən 47,4 kv.m.-lik sahə 5 il müddətinə “icarəçiyə” icarəyə vermişdir. İcarə haqqı 1.000 manat olaraq razılaşdırılmışdır. “xxxxxxxxxxxxx” qismində cavabdeh ASC ilə “icarəçi” qismində X13 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, “İcarə müqaviləsinə” əsasən mübahisəli qeyri-yaşayış sahəsindən 23 kv.m.-lik sahə xx.xx.2019-cu il tarixədək “icarəçiyə” icarəyə vermişdir. İcarə haqqı 1.000 manat olaraq razılaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi xx.xx.2018-ci il tarixli, 26485 nömrəli rəyindən görünür ki, mübahisəli qeyri- yaşayış sahəsinin faktiki olaraq ümumi sahəsi 683,4 kv.m., o cümlədən 1-ci mərtəbədə yerləşən tikililərin sahəsi 370,6 kv.m., zirzəmidə yerləşən tikililərin sahəsi isə 312,8 kv.m. müəyyən olunur. Qeyri-yaşayış sahəsi üzrə iddiaçının payına ( cavabdeh ASC-də olan 14,738 ədəd-29,999 faiz səhmlərinə) uyğun gələn sahələrin həcmi (ölçüləri) ümumilikdə 205,0 kv.m.,1-ci mərtəbə üzrə 111,2 kv.m, zirzəmi mərtəbəsi üzrə isə 93,8 kv.m. müəyyən olunur. Rəydə, həmçinin qeyd olunur ki, mübahisəli qeyri-yaşayış sahəsinin tikililərinin faktiki vəziyyətdə planlı yerləşməsini, o cümlədən qeyri-yaşayış sahəsinin ayrı-ayrılıqda birbirindən təcrid olunmuş tikililərdən (mağazalardan) ibarət olduğunu, tikililərə qeyri-yaşayış sahəsinin yerləşdiyi R.Rza küçəsi tərəfdən giriş-çıxış qapıları olduğunu və yeni qapı açılmasının mümkün olduğunu və s. nəzərə alınaraq həmin qeyri-yaşayış sahəsindən iddiaçının 29,999 faiz payına uyğun sahənin ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün “Captain Silver” mağazası və “AVİS” tibbi market kimi istifadə olunan tikililər bütünlüklə,”LC Waikiki” mağazası kimi istifadə olunan tikilinin isə girişdən sağ tərəfdəki sahədə 3,5 metr enində və 10 metr uzunluğunda sahə, eyni zamanda “Madame Coco” mağazasının zirzəmisinin küçə tərəfdən giriş qapısı olan hissədən 93,8 kv.m. sahə arakəsmə divarla hörülüb bölünməklə, iddiaçı həmin səhmlərin mülkiyyətçisinə verilə bilər. “X25” MMC tərəfindən iş üzrə verilmiş xx.xx.2018-ci il tarixli ƏEM/O 99-1010/18 nömrəli rəyinə əsasən, mübahisəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1 kv.m. üçün aylıq icarə qiyməti xx.xx.2018-ci il tarixə 115,19 manat, yuvarlaq olaraq 115,0 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) 1-ci mərtəbəsinin 2018-ci il üçün 1 kv.mnin aylıq icarə dəyərinin 115 manat təşkil etdiyini nəzərə alaraq, X1 tələblərinə uyğun olaraq zirzəminin 1 kv.m. üçün icarə dəyəri həmin məbləğin 50%-i həcmində (55 manat) müəyyən edilir. 2016-2017-cı illərdə isə mübahisəli qeyri-yaşayış sahələrinin 1-ci mərtəbəsinin 1 kv.m.-nin aylıq icarə qiyməti 100 manat, zirzəminin 1 kv.m.-nin aylıq icarə qiyməti 50 manat təşkil etmişdir. Rəydə həmçinin göstərilir ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində cavabdeh ASC-yə məxsus mübahisəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi üzrə 1 kv.m.-ə düşən xalis gəlir 908 manat, zirzəmi üzrə 1 kv.m.-ə düşən xalis gəlir 416 manat təşkil etmişdir. 2017-ci və 2016-cı illərin yanvar-dekabr ayları ərzində isə mübahisəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi üzrə 1 kv.m-ə düşən xalis gəlir 960 manat, zirzəmi üzrə 1 kv.m.a düşən xalis gəlir 480 manat təşkil etmişdir. Sözügedən rəyə görə, yuxarıda qeyd olunan icarə qiymətləri əsas götürülməklə iddiaçıya mülkiyyətində olan 14.738 ədəd (29,999%) səhmlərin müqabilində cavabdeh ASC-nin xalis mənfəətindən 2016-cı ilin üçün 126.474,94 manat, 2017-ci il üçün 126.474,94 manat, 2018-ci ilin yanvar-oktyabr ayları üçün isə 116.652,73 manat dividend düşür. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin məhkəmə iclasında iştirak etmədiyinə, işə baxılmasının vaxtı və yeri haqqında ona lazımi qaydada məlumat verilmədiyinə dair apellyasiya şikayətində bildirdiklərinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 138.1 və 185.2-ci maddələrinə görə isə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Məhkəmə kollegiyası nəzərə alır ki, iş materiallarında məhkəmə iclası barədə bildirişlərin cavabdehə göndərilməsi və ona rəsmi qaydada çatdırılmasını təsdiq edən hər hansı sübut yoxdur. Eyni zamanda birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. MPM-in 387.2.2-ci maddəsinə görə isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəlləsinin 106-1.3-cü maddəsinə görə səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 1) cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 2) qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; 3) cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 4) cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək; 5) cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək; 6) cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 7) cəmiyyətin xalis mənfəətindən dividend almaq; 8) cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 9) bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. ATSC-nin Nizamnaməsinin 3-cü bəndində səhmdarların hüquqları öz əksini tapmışdır. Bunlara daxildir: həlledici səs hüququ ilə Səhmdarların ümumi yığıncağında iştirak etmək, idarə heyətinin üzvlərindən izahat tələb etmək, təkliflər vermək, iradlar irəli sürmək; Səhmdarların ümumi yığıncağının müəyyən etdiyi qaydada Cəmiyyətin Müşahidəşurasına vəİdarə Heyətinə seçmək və seçilmək, dividend almaq. Göründüyü kimi, iddiaçı yuxarıdakı iddia tələblərini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir və mövcud olmayan hüququn pozulmasından və məhkəmə müdafiəsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmışşəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməkləşüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İddiaçının cavabdeh ASC-yə qarşı irəli sürdüyü birinci tələb üzrə iddiasının təmin edilməli olması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 106-1.3.9-cu maddəsinə görə, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq hüququ var. Qüvvədə olan mülki qanunvericilikdə səhmdar cəmiyyətindən çıxarkən səhmdara nizamnamə kapitalındakı payına uyğun olaraq, səhmlərin yalnız dəyərinin ödənilməsini təsbit edən və əmlak hissəsinin natura qaydasında verilməsini qadağan edən imperativ norma müəyyən edilməmişdir. Bu halda, qəbul edilməlidir ki, iddiaçının müzakirə olunan tələbi irəli sürmək üçün subyektiv hüququ yaranır. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus səhmlərə (29,999 faiz) uyğun olaraq onun payı ASC-nin mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsindən natura şəklində (iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 26485 nömrəli ekspert rəyində nəzərdə tutulan qaydada, ümumilikdə 205 kv.m sahə) ayrılmalı və onun səhmdarlığına xitam verilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, maddi hüquq norması kimi birinci instansiyası məhkəməsi Mülki Məcəllənin 106-1.3.8-ci maddəsinin tələbini nəzərə almamışdır. Həmin maddədə səhmdarın hüquqlarından biri kimi cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq hüququ təsbit olunmuşdur. İş materialları ilə isə cəmiyyətin fəaliyyətinə xitam verilməsi təsdiq olunmur. Ona görə birinci instansiya məhkməsi iddia tələbinin payın naturada ayrılmasına dair hissəsində maddi hüquq normasını düzgün tətbiq etməməklə iddiaçının həmin hissədə subyektiv hüququnun olmamasına hüquqi qiymət verməmişdir. İddiaçının digər tələbi ASC-nin 2016-2018-ci illər üzrə xalis mənfəətindən ödənilməmiş dividendlərin cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi həmin hissədə təmin edilməli olmasına dair maddi hüquq norması kimi Mülki Məcəllənin 106.1.3.7-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə səhmdar cəmiyyətin adi səhminin sahibi olan səhmdarının cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. Məhkəmənin mövqeyinə görə cavabdeh ASC 2016-2018-ci illərdə faktiki olaraq ticarət fəaliyyəti ilə məşğul olduğundan həmin fəaliyyətindən əldə etdiyi xalis mənfəətindən iddiaçının səhmlərinə uyğun ona dividendlər ödənilməli, dividendlərin ödənilməsi isə “X25” MMC tərəfindən iş üzrə verilmiş xx.xx.2018ci il tarixli, ƏEM/O 99-1010/18 №-li rəyinə əsasən həyata keçirilməlidir. Həmin rəyə əsasən isə iddiaçının mülkiyyətində olan 14.738 ədəd (29,999 %) səhmlərin müqabilində cavabdeh ASC-nin xalis mənfəətindən 2016-cı il üçün 126.474,94 manat, 2017-ci il üçün 126.474,94 manat, 2018-ci ilin yanvar-oktyabr ayları üçün isə 116.652,73 manat dividend ödənilməli olması qeyd olunmuşdur. Məhkəmə kollegiyası cavabdeh ASC-nin 2016-2018-ci illər üzrə xalis mənfəətinin yuxarıda göstərilən qaydada müəyyən olunmasını maddi hüquq normalarının tələbləri baxımından da əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.2-ci maddəsinə əsasən “Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Həmin Məcəllənin 107.6-cı maddəsinə əsasən səhmdar cəmiyyəti illik maliyyə hesabatının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Həmin maddi hüquq normalarının tələblərindən göründüyü kimi cəmiyyətin xalis mənfəəti cəmiyyətin illik hesabatı və mühasibat balansına əsasən müəyyən edilməli, bunların düzgünlüyü isə müstəqil auditor tərəfindən yoxlanılmalıdır. Cavabdeh «xxxxxxxxx» ASC-dəiddiaçınınmalikolduğu 29,999 faizsəhmlərinmüqabilində 2016-2018-ci illər üzrə xalis mənfəətindən (icarə haqlarından) ödənilməmiş dividentlər - yəni 2016-2018-ci illər dövrü üçün məbləğlərin tutularaq ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır. Qeyd edilməlidir ki, səhmdar cəmiyyətlərinin ən önəmli funksiyası sahibkarlıq fəaliyyəti üçün əlverişli bir təşkilati-hüquqi forma təşkil etmələridir. Hər bir səhmdar cəmiyyəti bu məqsəd istiqamətində mənfəət əldə etməyə yönəlmiş sahibkarlıq fəaliyyətini həyata keçirir. Səhmdar cəmiyyətlərinin səhmdarlarının məqsədi cəmiyyətin mövcudluğunun davamlılığını nəzərə alaraq bu fəaliyyətin həyata keçirilməsi yolu iləəldə ediləcək mənfəəti öz aralarında bölüşdürməkdir. Səhmdar cəmiyyəti, təsisçi və səhmdarlarından asılı olmayan müstəqil bir hüquqi şəxs olduğundan səhmdarlar, cəmiyyətin əmlakı vəəldə etdiyi mənfəət üzərində birbaşa hüquq sahibi deyildirlər. Balansda mövcud olan bütün aktiv və passivlər səhmdar cəmiyyətinə aiddir. Mülki Məcəllənin 106-1.3.7-ci maddəsi səhmdarların cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququna malik olmasını təsbit etmişdir. MülkiMəcəllənin106.3.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. MülkiMəcəllənin106-3.3-cü maddəsinə görə adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. 2016-32018-ciillərə dair hesabatları üzrə hesablanmış dividendlərin ödənilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası onu qeyd ki, iddiaçıdividend almaq hüququna malik olsa da, bu hüququn həyata keçirilməsi Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir. Çünki Mülki Məcəllənin 106-3.5-ci maddəsinə görə dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidəşurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Qeydedilməlidirki, 2016-2018-ci illər üzrə ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən dividendlərin ödənilməsi barədə hər hansı qərarın qəbul edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Adi səhmin əldə edilməsi isə dividendlərin ödənilməsinə zəmanət vermir, çünki dividendlərin ödənilməsi barədə qərarın qəbul edilməsi Cəmiyyətin vəzifəsi deyil, hüququdur. Məhkəmə iş üzrə müstəqil audit yoxlamasının olub-olmamasını araşdırmamışdır. Hazırda isə təqdim olunmuş audit yoxlamasının nəticəsi isə adi səhm sahibi olan iddiaçıya dividendin ödənilməsinin mümkün olduğu halda belə ASC-nin belə ödəniş etməyə imkanının olmamasını aşkar olaraq müəyyən edir. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı iddia üzrə iddiaçıdan əvvəl həmin adi səhmlərin sahibi olan digər iddiaçının iddiası əsasında digər iddia tələbləri ilə yanaşı hazırkı iddiada göstərilən tələblərin bəziləri irəli sürülmüş və maddi hüquqi baxımdan iddiaçının belə tələb irəli sürmək hüququnun olmaması müəyyən olunmuşdur. Lakin həmin məhkəmə aktları hazırkı iş üçün preyudisial əhəmiyyəti olmasa da sübut əhəmiyyəti olan aktlardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3054/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul olunsun. İddia təmin olunmasın. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaiti İddiaçı tutulub “X25” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar