Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6344/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dan "xxxx" EŞM-nə vurulmuş ziyana görə 4597 manat 47 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı əlavə cavabdehin cəlb edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh2 MMC əlavə cavabdeh qismində cəlb edilməsi və Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 vurulmuş 4597.47 (dörd min beş yüz doxsan yeddi manat qırx yeddi qəpik) manat məbləğində maddi ziyanın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqı daxil olmaqla, cəmi 4627.87 (dörd min altı yüz iyrimi yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 20.12.2019-cu il tarixində H.Əliyev prospektində elektron hesablayıcı maşınlar zavodunun yaxınlığında idarə etdiyi “Hundai” markalı, **- PB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla "xxxx" X1 balansında olan 1 ədəd “Klassik" tipli işıq dirəyini vurub sıradan çıxarmış və nəticədə müəssisəyə 7903 manat dəyərində maddi ziyan yetirmişdir.Yetirilmiş maddi ziyanın 3307 manat 53 qəpiiyi Azərbaycan Sənaye Sığorta şirkəti tərəfindən ödənilmiş, qalan 4597 manat 47 qəpiyi isə ödənilməmişdir.Cavabdeh 4597 manat 47 qəpiyin ödənilməsi üçün dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir.
4. Cavabdeh Azərsun Holdinq” MMC məhkəməyə etiraz təqdim edərək, iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx"X1 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı 4597,47 (dörd min beş yüz doxsan yeddi manat qırx yeddi qəpik) AZN pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi cavabdeh "xxxx" MMC-yə münasibətdə tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 4597.47 (dörd min beş yüz doxsan yeddi manat qırx yeddi qəpik) manat maddi ziyanın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, cəmi 4627.87 (dörd min altı yüz iyrimi yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova).
6. Qətnamədən Cavabdeh2 MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsi üzrə iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə tam rədd olunması barədə yeni qətnamə qəbul edilsin xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tətbiqi zamanı səhvə yol vermiş, tətbiq olunmamalı müddəanı tətbiq etmiş, tətbiq olunmalı müddəanı isə tətbiq etməmiş, beləliklə, işin faktiki halları üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, Məhkəmə mülki işin həllinə AR Mülki Məcəlləsinin 1108-ci maddəsini tətbiq etməli olduğu halda, hazırki mübahisənin faktiki əsaslarına uyğun olmayan 1099-cu maddəsini tətbiq etmiş və yazılı etirazda qeyd edilən arqument və əsaslandırmalara qətnamədə ümumiyyətlə münasibət bildirməmişdir. İlk olaraq qeyd olunmalıdır ki, hazırki mübahisəli məsələnin həlli qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu (hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti) və 1108-ci (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) maddələri ilə tənzimlənir. İddiaçı təşkilat AR Mülki Məcəlləsinin 1108-ci maddəsinə istinad edərək mövcud iddiasını əvvəlcə Cavabdeh1 qarşı qaldırdıqdan sonra belə qənaətə gəlmişdir ki, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsi tətbiq edilərək cavabdehin işəgötürəni Cavabdeh2 MMC-də mülki işə cavabdeh qismində cəlb edilməlidir. Hazırki mübahisəli məsələnin həllinə AR Mülki Məcəlləsinin 1099-cu maddəsinin tətbiq olunması və hüquqi şəxsi işçisinin vurduğu zərərə görə məsuliyyət cəlb etmək üçün ən əsas şərt işçinin zərəri məhz əmək vəzifələrinin icrası zamanı vurmuş olması faktıdır. Lakin hazırki mübahisəli məsələdə vurulmuş zərər işçinin öz əmək vəzifələrinin icrası zamanı yox, istirahət zamanı vurulmuş olması faktıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ******* saylı, 25.12.2019-cu il tarixli İnzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi, yol-nəqliyyat hadisəsi iş vaxtı yox, nahar vaxtı saat 13.00`da baş vermişdir. Həmçinin, Cavabdeh1 alınmış yazılı izahatda o hadisənin 13.50-də baş verdiyini qeyd etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 4.18-ci bəndinə görə nahar vaxtı saat 13.00-dan saat 14.00-dəkdir. AR Əmək Məcəlləsinin 103.5-ci maddəsinə görə istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən vurulmuş zərər öz əmək vəzifələrini icra edən zaman yox, işəgötürənin sərəncamında olmadığı - nahar fasilə zamanı və sərbəst hərəkət etdiyi zaman vurulduğu üçün hazırki mübahisəli məsələnin həllinə AR Mülki Məcəlləsinin 1099.1-ci maddəsi tətbiq oluna bilməz. Belə olduğu təqdirdə mülki işin həllinə AR Mülki Məcəlləsinin 1108.1-ci maddəsi tətbiq edilməli (maddənin mətni həm mülkiyyətçi, həm də qanuni sahibi məsul şəxs kimi yox, yüksək təhlükə mənbəyini ya idarə edən şəxsin, ya da mülkiyyətçinin məsuliyyətini tanıyır) və nəqliyyat vasitəsini idarə edən və qəzanı törədən şəxs Cavabdeh1 vurulmuş ziyana görə məsuliyyət daşımalıdır. Tərəflərin izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçınını nümayəndəsi R.Hüseynov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. İşə baxılasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında nümayəndəsinini iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh Azərsun Holdinq MMC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
13. İş materiallarında olan TP3422021 saylı İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 06.06.2020-ci il tarixə AR İXM-nin 327.1.1-ci maddəsində əsasən inzibati xəta törətmiş və AR İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
14. İş materiallarında olan, nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh1 “Hundai” markalı, **-PB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir.
15. İş materiallarında olan 12.01.2009-cu il tarixli aktdan görünür ki, “Bakelektro” ATSC-nin iş icraçısı Abasov A.C., iş icraçısı Babayev A.M.. usta Ostanov EA., digər tərəfdən "xxxx" EŞM-nin baş mühəndisi T.Məmmədov, baş mühasib S.Böyük-zadə. Nərimanov TlXS-nin rəisi L.Məmmədov, Nizami TİXS-nin rəisi Z.Əlimərdanov bu aktı ona görə tərtib etmişlər ki, Heydər Əliyev prospekti, M.Əzizbəyov metrosu dairəsindən Səttarxan körpüsünə qədər yeni yolun işıqlandırma sistemini əvəzsiz olaraq birinci tərəf “ Bakı Şəhər İşığı” EŞM-nin balansına təhvil verir. Heydər Əliyev prospekti, M.Əzizbəyov metrosu dairəsindən Səttarxan körpüsünə qədər yeni yolun İşıqlandırılması avadanlıqlarının və materiallarının balans dəyəri cəmi 5385390,00 manat təşkil edir.
16. İş materiallarında olan Azərbaycan Sənaye Sığortasının İ-005/20 №-li aktdan görünür ki, hadisə nəticəsində işıq dirəyi zədələnmiş, müştəriyə 3307,53 manat ödənilmişdir.
17. İş materiallarında olan 25.07.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh1 işlər departamenti inzibati təsərrüfat bölməsində sürücü vəsifəsində işə başlamışdır.
18. İş materiallarında olan Azərbaycan Respubliakası Məhkəmə Ekspertizası Mərkəzinin 9/4077 saylı ekspert rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də "xxxx" X4 tərəfindən tərtib edilmiş 24.12.2019-cu il tarixli Akta əsasən 1 ədəd 2009-cu il istehsallı “Klassik” tipli işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 9300,0 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (15%) qalıq qiyməti 7905,0 manat müəyyən edilir. Hüquqi dəyərləndirmə:
19. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
23. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia ərizəsi üzrə iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır.
24. Kollegiya apelyatora münasibətdə qeyd edir ki, caavbdeh Azərsun Holdinq MMC tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh2 MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 apelyasiya şikayətində Cavabdeh1 “Hyundai” markalı, **-PB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini nahar fasiləsində idarə edərkən qəza törətməsi və buna görə də birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1099-cu maddəsinin normalarının deyil, yalnız 1108-ci maddəsinin normalarının tətbiq edilməli olmasını qeyd etsə də Cavabdeh1 nahar fasiləsi zamanı Cavabdeh2 MMC-yə məxsus Hundai” markalı, **-PB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməsinin səbəblərini və əmək funksiyalarını yerinə yetirmədiyi halda nə səbəbə etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsinin nahar fasiləsi zamanı Cavabdeh1 olmasının səbəblərini apelyasiya şikayətində qeyd etməmiş və yalnız formal mülahizələrə əsaslanmaqla kifayətlənmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh1 Azərsun Holdinq MMC-də müqavilə üzrə sürücü vəzifəsində işlədiyindən və inzibati xətanı etibarnamə əsasında idarə etdiyi “Hyundai” markalı, **-PB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə törətməsi nəticəsində Bakı Şəhər İşığı” X2 maddi ziyan vurduğundan apelyatorun şikayəti əsassızdır.
25. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
28. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh2 MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev