Məhkəmə qərarları › İş №2(103)-6347/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6347/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6347/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3002/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.09.2005-ci il təvəllüdlü X4, 09.03.2009-cu il təvəllüdlü X3 və 06.03.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar, bu nikahdan 16.09.2005-ci il təvəllüdlü X8, 09.03.2009-cu il təvəllüdlü X7 və 06.03.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur, Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı 20.08.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, uşaqları tək başına saxlamaq ona çətindir, uşaqların gündəlik tələbatlarını ödəyə bilmir, onların xərcləri əvvələ münasibətdə xeyli artmışdır, hazırda belə uşaqların tələbatları günü-gündən artmışdır, onların qidalanmasına, geyiminə, məktəb ləvəzimatlarına, müalicə xərclərinə və digər xərclərə ona verilən alimentin miqdarı kifayət etmir, indi böyük qızı Ayselin 15 yaşı, kiçik qızı Xatirənin 12 yaşı, oğlu İskəndərin isə 9 yaşı var, belə yaş dövrlərində onların maddi cəhətdən ehtiyav cə mərhumiyyət içində yaşamaları onların oxumaqları, təhsil almaqlarına mənfi təsir göstərir,onun maaşı isə uşaqların ehtiyacını təkbaşına ödəməyə hec cürə çatmır,başqa yerdən gəliri yoxdur, qohumlarından heç bir maddi kömək göstərmirlər, 06.03.2012-ci il təvəllüdlü Vəliyev İskəndərin müalicəyə ehtiyacı var, başqa yerdən gəliri yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3002/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı 20.08.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 16.09.2005-ci il təvəllüdlü X8, 09.03.2009-cu il təvəllüdlü X7 və 06.03.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 411 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və cavabdehdən hər uşaq üçün hər ay 175 manat, cəmi 525 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, sübutlara obyektiv hüquqi qiymət verilməmiş, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmiş, hakim öz qətnaməsini yalnız cavabdehin məlumatları ilə əsaslandırılmış, nəticədə də əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarılmışdır. Hazırda şikayət edilən qətnamə ilə hər uşaq üçün tutulmalı olan alimentin məbləqi cəmi 7 (yeddi) manat artırılaraq 137 manat müəyyənləşdirilmişdir ki, bu da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının, Qanunların kobud pozulması deməkdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasında uşaqlar üçün 01 yanvar 2021-ci il tarixindən yaşayış minimumunun məbləqi 175 manat məbləqində müəyyən edilmişdir, məhkəmə alimentin məbləqini 175 manatdan az, təyin edə bilməzdi. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, və 112-ci maddələrinin şərh edilməsinə dair’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu¬nun 27 iyul 2016-cı il tarixli qərarında şərh verilmişdir ki, aliment məsələlərinə baxarkən məhkəmə nəzərə almalıdır ki, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclə¬rindən az olmayan maddi təminat alınaq hüququ vardır. Bundan əlavə 06.03.2012-ci ildə doğulmuş X6 xəstəliyi ilə əlaqədar mütamadi olaraq müalicə olunmalıdır və cavabdeh bu müalicənin həyata keçirilməsində də iştirak etməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu hallar nəzərə alınmamış, onlara obyektiv hüquqi qiymət verilməmişdir. Bundan başqa şikayət edilən qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Bundan sonra həmin qətnamədə göstərilmişdir:”... 16.09.2005-ci il təvəllüdlü X8, 09.03.2009-cu il təvəllüdlü X7 və 06.03.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 137 manat, cəmi 411 manat sabit pul məbləqində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli...” Məhkəmənin bu iki cür yanaşması bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, əgər alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən başlanırsa, onda məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq deməsi ilə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini pozmuş olur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3002/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı 20.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Vİddiaçı arasında 05.12.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və 3325 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan 16.09.2005-ci il təvəllüdlü X4, 09.03.2009-cu il təvəllüdlü X3 və 06.03.2012-ci il təvəllüdlü X1 anaları Vİddiaçı himayəsində qalmaları, Cavabdeh 16.09.2005-ci il təvəllüdlü X4, 09.03.2009-cu il təvəllüdlü X3 və 06.03.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Vİddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 30.10.2019-cu il tarixdə verilmiş AZ-İ 334463 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Vİddiaçı nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24.10.2019-cu il tarixdə 537 saylı aktla qeydiyyat aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə Vəliyev, qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 17.03.2021-ci il tarixli **********1 saylı arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən o, 09.04.2020-ci il tarixindən işaxtaran kimi qeydiyyatdadır və işsizlikdən sığorta ödənişi almır. “Əmək müqaviləsi bildirişi” altsistemində onun adına 14.09.2020-ci il tarixindən heç bir əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı 20.08.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Tərəflər arasındakı hazırki mübahisənin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Lakin mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf cavabdehin maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirə bilmir. Buna görə də, birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini nəzərə almaqla , Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı 20.08.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 16.09.2005-ci il təvəllüdlü X8, 09.03.2009-cu il təvəllüdlü X7 və 06.03.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 137 manat, cəmi 411 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Alimentin məbləği ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyini qeyd etmişdir. Lakin nəzərə alınmalıdır ki, qanunvericilkdə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Hazırki halda isə “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun tələbini əsas götürməklə hər uşaq üçün 175 manat məbləğin Cavabdeh üzərinə qoyulması qanunun bərabərlik prinsipini pozulması ilə nəticələnmiş olar. Ona görə də, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Apelyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Bundan sonra həmin qətnamədə göstərilmişdir:”... 16.09.2005-ci il təvəllüdlü X8, 09.03.2009-cu il təvəllüdlü X7 və 06.03.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 137 manat, cəmi 411 manat sabit pul məbləqində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli...” Məhkəmənin bu iki cür yanaşması bir-biri ilə ziddiyyət təşkil edir. Kollegiya apelyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmış olsa da, həmin dəlilin hazırki iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayəti yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Kollegiya onu da qeyd etməyi zəriri hesab edir ki, hazırki halda iddianın qiyməti iki min manatdan az ((175-130)*12= (45)*12=540) olduğundan qətnamədən kasasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3002/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3002/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar