Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6356/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun vəkili X1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(008)-3426/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 92.000 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 isə İddiaçı və Cavabdeh3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh3 birgə qaydada 160.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(008)-3426/2020 nömrəli qətnaməsi ilə hər iki iddia rədd edilmiş, ödədikləri dövlət rüsumu özlərinə aid edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə kifayət qədər sübutlar, yazışmalar olduğu halda heç bir məhkəmə ekspertizası təyin etmədən, etirafedici izahatları, bankdan alınıb birgə işə qoyulan vəsaiti nəzərə almadan, tam araşdırılmadan iddiaya baxılması üçün verilmiş 3 ay müddətdən də tez qətnamə qəbul etmişdir. Cavabdeh1 da apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, özünə məxsus fərdi təsərrüfatla məşğul olur. Taxıl məmulatları satmaqla ailəsini dolandırır. 2018-ci ildə tanımadığı şəxs olan Cavabdeh3 onun istifadəsində olan mobil telefona zəng edərək Samux rayonunda quşçuluq fabriki işlətdiyini bildirmiş və buna görə də ondan taxıl məmulatı almaq istədiyini qeyd etmişdir. Həmin vaxt o, Cavabdeh3lə razılaşaraq müəyyən qədər taxıl verməyə razılaşmışdır. Bununla da onun Vaqiflə taxıl ilə əlaqədar alqı-satqı əlaqələri yaranmış və zaman keçdikcə genişlənmişdir. 02.04.2019-cu il tarixdə Vaqif onu öz dostu İddiaçı ilə tanış etmişdir. Belə ki, Vaqif bildirmişdir ki, İddiaçı Bakı şəhərinin Suraxanı rayonunda yerləşən Dədə-Qorqud qəsəbəsində quşçuluq fabriki işlətmək istəyir və onu da onlarla şərik olmağa dəvət edir. O, Vaqif və Elxan oturub məsləhətləşərək bu barədə razılaşmışlar. 10.04.2019-cu il tarixdə şərik kimi Suraxanı rayonunun Dədə-Qorqud qəsəbəsində Cavabdeh3 adına icarə müqaviləsi bağlamaqla 5 sexdən ibarət fabrik götürmüşlər və işlətməyə başlamışlar. Həmin vaxt o, dayısı oğlu X3 fabrikdə quşların satışına nəzarət etməsi üçün fabrikə çağırmış və Şənlik də öz növbəsində hər gün fabrikə gəlib getməyə başlamışdır. Belə ki, onun Vaqif və Elxanla aralarında olan razılığa əsasən, fabrikə quş, yəni cücə gətizdirərək onları yemlədib böyütdükdən sonra sataraq gəlir əldə etmək, əldə edilən gəliri isə tən ortadan bölüşmək idi. İlkin olaraq Elxan həmin fabrikə təxminən 60.000 (altmış min) cücə gətizdirdi və razılaşdıqları kimi o, fabrikdə olan cücələri yemlə təchiz etməli olmuşdur. O, da öz növbəsində öz məvacibi hesabına 110.000 (yüz on min) manat dəyərində cücə yemini əldə edərək fabrikə gətizdirmişdir. Təxminən 1 (bir) ay keçdikdən sonra sexdə satış başladı və quşlar satıldıqca əldə olunan məvacib Elxan vasitəsi ilə ona verilirdi ki, o, yenidən həmin pula əlavə olaraq yem məhsulunu əldə etsin və fabrikə gətizdirsin. Lakin o, ilkin olaraq yemin alışına görə ödədiyi 110000 (yüz on min) manat puldan heç nə əldə edə bilməmiş və ziyan olaraq qalmağa davam etmişdir. Çünki, quşun satışından əldə olunan pulu daim dövriyyəyə buraxaraq yem alınması üçün məcbur xərcləmişdir. 2019-cu oktyabr ayına kimi o, öz cibindən xərclədiyi 110 000 (yüz on min) manatdan əlavə 50000 (əlli min) manat dəyərində yemin alışına pul xərcləmişdir. Ümumilikdə həmin fabrik 2019-cu ilin aprel-oktyabr ayları arasında fəaliyyət göstərmiş və o, şərik olduğu quş fabrikinin işlədiyi müddətdə hər hansı gəlir əldə edə bilməmiş, lakin 160 000 (yüz altmış min) manat pulu öz cibindən xərcləyərək ziyana düşmüşdür. Belə ki, həmin fabrikin fəaliyyəti zamanı quşların satışından əldə olunan gəlirdən ona pul ödənilməmişdir. Sonradan başa düşmüşdür ki, Vaqiflə Elxan onun etibarından sui-istifadə edərək və onu aldadaraq əlbir olmuşlar və ona külli miqdarda ziyan vurmuşlar. Belə ki, cavabdehlərin ona ziyan vurmaq məqsədi qabaqcadan aralarında planlaşdırılmışdır. Onlar quşların satışından əldə olunan pulu mənimsəyərək özlərinə israf etmişlər. Bu günədək o, cavabdehlərin hər ikisindən, yəni Vaqifdən və Elxandan ziyana uğradığı 160 000 ( yüz altmış min) manat məbləği istədikdə, onlar müxtəlif bəhanələrlə ona olan borclarını ödəməkdən yayınmışlar. Birinci instansiya məhkəməsində keçirilən iclaslar zamanı qarşılıqlı iddia üzrə Cavabdeh3 qismən olsa da, dediklərinə uyğun izahat vermişdir. Belə ki, o, da etiraf etmişdir ki, həqiqətən 160 000 (yüz altmış min) manat məbləğində vəsaiti xərcləsədə, əldə olunan gəlirdən bir qəpik də olsun ona çatmamışdır. Cavabdeh3 pulun mənimsənildiyini dolayısı ilə etiraf etiraf etsə də, məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi mülki müqavilələrin, mühasibatlıq uçotunun və s. olmamasını əsas gətirərək qarşılıqlı iddianın rədd edilməsini əsaslandırsa da, izahatlara və təqdim edilən digər sübutlara əhəmiyyət verməmiş, sübut kimi tanınmamasını səbəblərini öz qətmaməsində əsaslandırmayaraq, sadəcə qanunvericilik normalarını qısa şərh etməklə qətnaməni qəbul etmişdir. Hesab edir ki, tərəflər arasında yaranan münasibətlərin rəsmiyyət üzərində qurulmaması gələcəkdə hər hansı mübahisə çərçivəsində onun həll olunması perspektivinin tamamilə yox olması anlamına gəlməməlidir. Çünki, tərəflər iradə ifadələrini nümayiş etdirərək şifahi qaydada razılaşmışlar və ticarət dövriyyəsindən irəli gələn münasibətlər yekunda onun aldadılmağı və külli miqdarda ziyana uğramağı ilə nəticələnmişdir. Məhkəmədə İddiaçı başqa iştirak edən bütün tərəflər onun həmin pulu xərclədiyini, lakin qarşılığını ala bilməməyini etiraf etmişlər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən digər hallara olduğu kimi, bu hala da əhəmiyyət vermilməmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cücəni o, saxlamamış, heç bilmir cücə necə saxlanılır. Şənlik hər şeyə cavabdeh olub, idarəçilik edən olub. O, mal satmamışdır. Şənlik desin ki, pulu, yemi kimə verib. Pulu, yemi, işçilərin pulunu Şənliyə vermişdir. Bütün xərclərin hamısını Şənlik idarə edirdi. Hər şey Şənliyə verilirdi, ona görə də ona qarşı iddia qaldırdı. Şənlik də deyir ki, Vaqifə verirdi. Şənlikdən tələb edir ki, cücələri nəyin əsasında vermişdir? Lakin Şənlik bu barədə qəbz təqdim etmir. Ona görə də Vaqifi də cavabdeh qoydu. “Azərquşçuluq”da 20.000 manat Şənliyə vermiş, o, da qəbzə imzalayıb pulu götürüb. Əgər onun sözünə görə Vaqifə mal verirdilərsə, onda onun pulunu da versinlər. 602.000 manat pul yığılıb, amma həmin pulun nəyə sərf edildiyi barədə ona məlumat vermirlər. Burada idarəçiliyi edən Şənlik idi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil da ilk iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünün apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, iddianı Vaqiflə Elxana qarşı qaldırmışdır, pulu onlardan istəyir. Gördükləri işdə, qazanc demək olar ki, yox kimidir. Ancaq qoyulan məbləğ götürülüb. Buğda, qarğıdalı və soyanı yem kimi almışdılar. Cücənin də çox hissəsi Vaqifə getmişdi. Elxan Vaqifi tanımadığını deyir, amma yalan deyir. Vaqif Elxanın dostudur. Gedən mallar Vaqifə gedirdi. Elxan deyirdi ki, malı Vaqifə verin, mənlikdi, ona görə də malı Vaqifə verirdilər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili X4 da qarşılıqlı iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilkin iddiaçının apellyasiya şikayətini isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh2 bildirdi ki, qəbzdə olan borc X2 borcudur. Həmin borcu o, qəbul etmir. Həmin pul Elxanla Vaqifin onlara olan borcudur. Toyuqların satışı Elxanla Vaqifə gedirdi. Onlara 785.000 manatlıq mal gedib. Amma onlardan 602.000 manat pul qayıdıb. Həmin pul da xərclərə sərf olunub. 182.000 manat Vaqiflə Elxanda qalan qalıq borcdur. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh3 bildirdi ki, tərəflərdən biri taxıl işinə, biri də toyuq-cücə işinə baxırdı. Tərəflər səyyar şəkildə özləri aralarında alış-veriş ediblər. Onun heç bir borcu yoxdur. İddia irəli sürürlərsə, sübut təqdim etsinlər. Toyuqları Bakıdan Siyəzənə aparıb, kəsim sexində kəsib paketləyib satışa çıxarırdılar. Samuxdan olan odur, tərəflər isə tanışlarıdı. Gördükləri işdən ziyana düşüblər, hardansa xeyir götürmək istəyirlər. Elxan pul qoyub, ümumilikdə təxminən 300.000 manat ziyana düşüblər. Elxan cücə üçün pul qoyub. Hər iki tərəf fərsiz fəaliyyətlərinə görə ziyana düşüblər. Onlara heç kimi ziyan vurmayıb. Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malik olduğundan, qarşılıqlı iddia isə yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bildiyindən Cavabdeh1 isə bu iş üzrə artıq ilk iddia üzrə cavabdeh statusunda olduğuna görə, eyni zamanda Cavabdeh3 ilkin iddiaçı olmadığından, Cavabdeh1 Cavabdeh3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi sonuncuya aid hissədə baxılmamış saxlanılmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(008)-3426/2020 nömrəli qətnaməsi həmin hissədə də ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(008)- 3426/2020 nömrəli qətnaməsi qarşılıqlı iddianın Cavabdeh3 aid təmin edilməyən hissəsində ləğv edilməli, Cavabdeh3 aid hissədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.12, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(008)-3426/2020 nömrəli qətnaməsi qarşılıqlı iddianın Cavabdeh3 aid təmin edilməyən hissəsində ləğv edilsin və Cavabdeh3 aid hissədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, kasssasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6356/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6356/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver