Məhkəmə qərarları › İş №2(103)-6364/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6364/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6364/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-24/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1276,42 ABŞ dolları əsas, 1145,61 ABŞ dolları faiz, 765 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3187,03 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla, 3500 ABŞ dolları kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, nəticədə cavabdehin banka borcu qalmışdır. Cavabdehə kredit və ona hesablanmış faiz borclarının qaytarılması və qaytarılmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq təqdim olunmuşdur. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-24/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 467,03 ABŞ dolları əsas və 93,15 ABŞ dolları faiz və 10 ABŞ dolları cərimə, cəmi 570,18 (beş yüz yetmiş dollar 18 sent) ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı X6 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Həmin qətnamədən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin müəyyən edilmiş faktiki hallarından da göründüyü kimi İddiaçı ASC-nin Akademiya filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011- ci il tarixli 174 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qaydada icra etmədiyi üçün, onun kredit müqaviləsi üzrə İddiaçı ASC-yə ödənilməmiş 1276.42 ABŞ dolları əsas, 1145.61 ABŞ dolları faiz və 765 dollar cərimə borcu - cəmi 3187.03 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Bu halı təsdiq edən müvafiq sübutların o cümlədən hesabdan çıxarışın, xəzinə mədaxil orderlərlərin və digər sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutları nəzərə almamış və həmin sübutlara obyektiv hüquqi qiymət verməmiş, məhkəməyə təqdim edilmiş və düzgün olmayan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020ci il tarixli, 32245 nömrəli ekspert rəyini əsas götürərək iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Halbuki, ekspert rəyi məhkəmə üçün məcburi deyildir. Onu da qeyd etmək lazımdır ki, mülki işə baxan hakim müqavilə üzrə borcun gecikdirildiyinə görə cavabdehə hesablanmış dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdırarkən iddia tələbinin həmin hissədə cəmi 10 manat təmin etməklə ədalətsizliyə yol vermiş, kreditorun əmlak və digər mənafeylərini, həmçinin borclu tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində iddiaçıya dəymiş real zərəri də nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-24/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi LPO İddiaçı ASC-nin ləğvedicisi X2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Cavabdeh 18 ay müddətinə illik 30% ödəmək şərti ilə 3500 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə Bankdan həmin məbləğdə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit üzrə əsas borcu qaytarmağı, hesablanmış faizləri, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 1276,42 ABŞ dolları əsas, 1145,61 ABŞ dolları faiz, 765 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3187,03 ABŞ dolları məbləğində borcu var. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehə ünvanladığı xx.xx.2015-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehə kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 32245 nömrəli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixə 1435,98 ABŞ dolları əsas, 165,14 ABŞ dolları faiz borcu, xx.xx.2020-ci il tarixə banka 467,03 ABŞ dolları məbləğində əsas və 93,15 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsa---sən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, mə-sə--lən, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hə-rə-kətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquq-larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adət-lərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı şikayətində ekspert rəyinin düzgün olmadığını qeyd etsə də bu halı təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. İddiaçının şikayətinin digər dəlili olan dəbbə pulunun az tutulmasına münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-24/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi LPO İddiaçı ASC-nin ləğvedicisi X2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-24/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi LPO İddiaçı ASC-nin ləğvedicisi X2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar