Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6367/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1008/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri kimi 1346,03 manat məbləğində pul vəsaitinin alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli 1(008)-286/2018 №-li hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 3 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. 12 iyun 2019-cu il tarixdə şöbənin probasiya üzrə icra məmuru O.Əliyev, məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir dəd mobil qurğunun enerji adaptoru, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd enerji bankı, bir ədəd sadə elektron qolbağ, bir ədəd qolbağ üçün yükləmə qurğusu, yaddaş kitabçası və üç ədəd ev siqnal ötürücüsü məhkum, hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadalıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh icra şöbəsində olmuş və bildirmişdir ki, mobil qurğu əlindən düşərək ekranı sınmışdır. Buna görə də mobil qurğu yenisi ilə əvəz edilmişdir. Alınmış texniki rəyə əsasən, texniki baxış nəticəsində müəyyən olmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı zarbə nəticəsində sındırılaraq yarasız vəziyyətə salınmışdır. Belə olan halda, cavabdehin təqsiri üzündən elektron nəzarət qurğusu sınmış və maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına əsasən itən avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1008/2021 saylı, 03 mart 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, həmin mobil qurğu ehtiyatsızlıqdan onun əlindən yerə düşmüş və mobil qurğunun ekranının şüşəsi çat vermişdir. Mobil qurğunun ekranı qaraldığı üçün o, özü könülü olaraq İddiaçınə getmiş və bu barədə onlara bildimişdir. O, mobil qurğunun ekranının şüşəsini qəsdən sındırmamış, təsadüf nəticəsində əlindən yerə düşmüş və ekranı sınmışdır. Həmin mobil qurğunu ustaya göstərmiş və usta ona demişdir ki, sınmış ekranı 120 manata düzəltmək olar. Məhkəmə işə onun iştirakı olmadan baxmış, iş üzrə məhkəmə əmtəəşünasliq ekspertizası təyin etməmişdir. Həmin mobil qurğuya az miqdarda xərc çəkməklə təmir etmək imkanı olduğu halda məhkəmə və iddiaçı ona bu barədə heç bir şərait yaratmamış və əsassız olaraq uzun müddət işlək vəziyyətdə olan köhnəlmiş mobil qurğunun yeni satış qiymətini əsassız olaraq ondan tələb edirlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətlərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 3 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri İddiaçınə həvalə edilmiş, Azərbaycan Respublikasının CM-nin 70.5.-ci maddəsinə əsasən onun üzərinə, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Ramana sovxoz yeni tikili evdə yerləşən yaşayış yerini dəyişməmək, kütləvi xarakterli tədbirlərin keçirildiyi yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifərləri qoyulmuş, barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 12 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, məkum Cavabdeh mobil qurğu, mobil qurğunun enerji adaptoru, mobil qurğunun enerji toplayıcı kabeli, enerji banki, sadə elektron qolbağ, qolbağ üçün yükləmə qurğusu, yaddaş kitabçası və 3 ədəd ev siqnal ötürücüsü təhkim olunmuşdur. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində ektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçkin ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilmişdir. Protokol probasiya üzrə icra məmuru Əli Fərzəndov və məhkum Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan 12 sentyabr 2018-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli 1(008)-286/2018 №-li hökmü ilə ona təhkim edilmiş mobil qurğunu, mobil qurğunun enerji adaptorunu, mobil qurğunun enerji toplayıcı kabelini, enerji bankını, sadə elektron qolbağı, qolbağ üçün yükləmə qurğusunu, yaddaş kitabçasını və 3 ədəd ev siqnal ötürücüsünü qəbul etmiş, ona təhkim edilmiş yuxarıda sadalanan elektron vasitələri korlayarsa, zədələyərsə barəsində qanunamüvafiq tədbirlər görüləcəyi izah edilmişdir. İş materiallarında olan elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, Cavabdeh təhkim edilmiş mobil qurğuya 24.04.2020-ci il tarixdə texniki baxış keçirilmiş və mobil qurğunun ekranının zərbə nəticəsində sınaraq yararsız hala düşməsi nəticəsinə gəlinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradov tərəfindən Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış 13 noyabr 2018-ci il tarixli məktubdan görünür ki, xüsusi proqram təminatı ilə mobil nəzarət qurğuları 1346,03 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh tərəfindən ona təhkim edilmiş mobil qurğunu sındıraraq iddiaçı Bakı şəhəri İddiaçına 1346,03 manat məbləğində maddi ziyan vurulduğu nəticəsinə gəlmişdir. Kollegiya cavabdehdən tutulmuş olan maddi ziyanın məbləği ilə da razılaşır. Belə ki, apellyasiya instansiya məhkəməsində ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 26.08.2021-ci il tarixli 9/5323 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, maliyyə və təminat idarəsi tərəfindən tərtib edilmiş 13.11.2018-ci il tarixli məktuba əsasən probasiya xidmətinin qeydiyyatında olan mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat müəyyən edilir. Probasiya xidmətinin qeydiyyatında olan mobil nəzarət qurğusunun təmir-bərpası və çəkiləcək xərcin müəyyən edilməsi məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1008/2021 saylı, 03 mart 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apelyatorun ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Cavabdeh 75 (yetmiş beş) manat ekspertiza xərcinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6367/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6367/2021
03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver