Məhkəmə qərarları › İş №2(103)-637/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-637/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-637/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-77/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 31.054.17 manat, faiz borcu üzrə 3.050.19 manat olmaqla, cəmi 34.104.36 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi və Cavabdeh mülkiyyətində olan “Toyota LC 200” **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin “xxxx” QSC-nin hesabına köçürülməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanın yönəldilməsi və açıq hərracdan satılaraq satışdan əldə olunan vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc üzrə 31.054.17 manat, faiz borcu üzrə 3.050.19 manat olmaqla, cəmi 34.104.36 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “Toyota LC 200” **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin “xxxx” QSC-nin hesabına köçürülməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, əksik qalan borc məbləğinin Cavabdeh tutularaq “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-77/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Mıkayıl oğlundan əsas borc üzrə 26.903.31 manat və 3.050.19 manat faiz borcu, cəmi 29.953,50 manat pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh Mıkayil oğlunun mülkiyyətində olan “Toyota LC 200” **-BM-*** dövlət qeydıyyat nışanlı qara rəngli, 2013 buraxlışlı avtomobilə yönəldilərək avtomobil açıq hərracdan satılması və satışdan əldə edilən vəsait “xxxx" QSC-nin hesabına ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaiti Cavabdeh Mıkayil oğluna qaytarılması, əks halda qalan borc məbləği ondan tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilməsi, iş üzrə aparılmış 345 manat məbləğində ekspertiza xərci Cavabdeh Mıkayil oğluna tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi, iddia tələbi qalan hissədə təmin edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə mühasibatlıq və qiymətləndirmə təyin etməklə ədalətli və qərəzsiz qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun əsas borcundan 4150.86 manat kompensasiya edilərək silinmişdir. Bankın tələbində isə bu hala diqqət edilməmiş, bu vəsaitin silinməsinə baxmayaraq faiz əvvəlki məbləğ üzrə hesablanmışdır. Həmçinin ekspertin rəyində bu hala bir mənalı olaraq qiymət verilməmişdir. Yalnız hakimin diqqəti əsasında həminn məsələyə hüquqi qiymət verilmiç borc silinmişdir. Lakin, hakimin mühasibatlıq üzrə mütəxəssis olmamasını nəzərə alaraq onun bu hesablamaları dəqiq aparması mümkün olmamışdır. Odur ki, bütün bu halları nəzərə alaraq yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə girov əmlakının ilkin satış qiymətini müəyyən etməmişdir. Bu hal mütləq həll edilməl idi. Çünki icra mərhələsində bu hal bir tərəfli həll olunur. Çəkişmə prinsipi və təklif etmə hüququ yaradılmır. Bundan başqa iddia qismən təmin edildiyindən ekspertiza xərci də ona uyğun bölünməli idi. Lakin məhkəmə birmənalı olaraq xərcin hamısını məndən tutmuşdur. Baxmayaraq ki, məhkəmə zamanı iddiaçının nümayəndəsi ekspertiza təyin edilməsinə etiraz etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən işə onun iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatora münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında xx xxxxx 2013-cü il tarixdə 4889 saylı kredit müqaviləsinə əsasən, “xxxx” ASC Cavabdeh avtomobil 60 ay müddətinə, illik 17% olmaqla 63.700 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 4890 saylı ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 4889 saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh məxsus “Toyota LC 200” markalı avtomobilin ipoteka ilə yüklü edilməsinə dair müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixə təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə olan əsas borcu 26.903.31 manat və faiz borcu 3.050.19 manat təşkil edir. (Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar əsas borc məbləğinə 4.150.86 manat kompensasiya edilmişdir.) Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx xxxxxx 2019-cu il tarixli 21504 saylı rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixədək (müqavilənin bitdiyi tarixə) ASC-yə olan əsas borcu 30.463.15 manat, faiz borcu üzrə 9.666.97 manat, xx.xx.2018-ci il tarixədək (maliyyə arayışının verildiyi tarixə) ASC-yə olan əsas borcu 30463.15 manat, faiz borcu 8487.37 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx xxxxxx 2020-ci il tarixli 260 saylı ikinci rəyinə əsasən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixə ASC-yə olan əsas borcu 30.463.15 manat, faiz borcu 9.666.97 manat, xx.xx.2018-ci il tarixə ASC-yə olan əsas borcu 30.463.15 manat, 8.487.37 manat təşkil edir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcluya vermişdir. Bunun nəticəsində bankın borcludan kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilələr üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddanın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən xx xxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehdən banka olan borcun məbləği maliyyə arayışına əsasən hesablanmışdır. Maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas kredit və faiz borcunu xx xxxx 2020-ci il tarixli maliyyə arayışında göstərilən məbləğdə nəzərə almaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi barədə düzgün nəticəyə gəlsə də, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqaviləsi bağlanarkən cavabdehə məxsus olan “Toyota LC-200 4.6” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 75.000 manat müəyyən edilmişdir. Kollegiya tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “X7” MMC-nin ƏEM/D 47-736/20 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, “Toyota LC-200 4.6” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 67.000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, “Toyota LC-200 4.6” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri ekspert rəyi ilə 67.000 manat müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, ipoteka predmetinin qiyməti ipoteka müqaviləsində yeni avtomobilin dəyəri kimi göstərilmişdir. Lakin avtomobil istismarda olduğundan həmin qiymət tədbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Məhkəmə kollegiyası həmçini hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat cavabdehdən tutularaq “X7” MMC-nin hesabına ödənilməlidir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Bundan başqa apellyator tərəfindən birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Belə olan halda ekspertiza xərclərinin bölünməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilli əsassız hesab edilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-77/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan “Toyota LC-200 4.6” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri ekspert rəyi ilə 67.000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat cavabdehdən tutularaq “X7” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-77/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan “Toyota LC-200 4.6” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 67.000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat Cavabdeh tutularaq “X7” MMCnin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar