Məhkəmə qərarları › İş №2(103)-6373/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6373/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6373/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(011)-34/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh MTK-ya qarşı “sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və mənzildən istifadə edilməsinə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunda 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 136.1 kv.m olan yaşayış sahəsinin üzərinə həbsin qoyulması, həmin mənzilin satılması və özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi, mənzilə cavabdehin və digər şəxslərin girib-çıxmasının, mənzildən istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(011)-4662/2019 saylı qərardadına əsasən ərizə təmin edilmiş, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunda 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 136.1 kv.m olan yaşayış sahəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi, habelə cavabdehin və digər şəxslərin həmin mənzilə girib-çıxması, mənzildən istifadə edilməsi qadağan edilmişdir. Üçüncü şəxs X5 məhkəməyə ərizə ilə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7320/2017 saylı, 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə onun, yəni X1 Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, onun Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunda 6-cı mərtəbəsində yerləşən mənzilə istifadə və sahiblik hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 16 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli, 2(102)-5877/2018 saylı qərarından təqdimatın verilməsi üçün Ali Məhkəmənin sədrinə müraciət etmiş, Ali Məhkəmənin Plenumu tərəfindən təqdimat geri qaytarılmışdır. Bu səbəbdən də, iddianın təmin tədbirinin ləğv olunmasını, yəni Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunda 6cı mərtəbəsində yerləşən və ümumi sahəsi 136.1 kv.m olan yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(011)-34/2021 saylı qərardadı ilə üçüncü şəxs X2 ərizəsi təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(011)-4662/2019 saylı qərardadı ilə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunda 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 138 kv.metr olan 3 otaqlı mənzilin üzərinə qoyulmuş həbsin ləğv olunması qərara alınmışdır. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-34/2021 saylı, 16 mart 2021ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 136.1 kv.m olan mənzilin üzərinə həbsin qoyulmasını, həmin mənzilin satılmasını və özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsini, mənzilə cavabdehin və digər şəxslərin girib-çıxmasının, mənzildən istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, hal-hazıradək də sözügedən mənzil mübahisə predmetidir, mübahisə aradan qaldırılmamış və iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Əksinə, mübahisə üzrə tam və hərtərəfli araşdırma aparılması üçün həbsin götürülməsinə dair qərardadın qəbul edildiyi tarixdə eyni gündə, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.03.2021 -ci il tarixli qərardadı ilə mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən sözügedən mübahisəli mənzilin üzərinə qoyulmuş həbsin ləğv olunmasına dair əsasın hansı əsasla yarandığını müəyyən etmək qeyri-mümkündür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(011)-34/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6, iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X5 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(011)-34/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7320/2017 saylı, 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə X1 Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunda 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 138 kv.metr olan 3 otaqlı mənzilin X4 təhvil verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Eləcə də iş materiallarından görünür ki, İddiaçı ilə cavabdeh “X12” MTK arasında bağlanmış 12 may 2014-cü il tarixli müqavilənin predmetini Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 136.1 kv.m olan mənzil təşkil edir. Kollegiya hesab edir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7320/2017 saylı, 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunda 6cı mərtəbəsində yerləşən ümumi sahəsi 138 kv.metr olan 3 otaqlı mənzil X4 təhvil verildiyindən, iddianın təmini tədbiri qismində həmin mənzil üzərində həbsin saxlanılması X2 mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə biləcəyindən, mənzil üzərinə qoyulmuş həbsin ləğv edilməsi qanuni və əsaslı olmuşdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021ci il tarixli, 2(011)-34/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(011)-34/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar