Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6373/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1900/2018 nömrəli, 01 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2(002)- 1900/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilərək 91.800 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməsi müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11962/2018 nömrəli, 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, 1-ci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı verdiyi kassasiya şikayəti Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2(002)-1900/2018 saylı qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2074/2019 nömrəli, xx.xx.2019-cü il tarixli Qərarı ilə təmin edilməmiş və apellyasiya instaansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məlum qətnamə icra edilməsi üçün müvafiq İcra şöbəsinə göndərilmişdir. Hazırda Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayəti baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə gödərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir. Əvvəla, cavabdehin apellyasiya şikayətindən göründüyü kimi şikayət nümayəndə və vəkil Nümayəndə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilə verilsə də, qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Cavabdehin şikayəti elektron qaydada verilsə də, qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, iddiaçı şikayətində məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhz MPM-ə 2 saylı Əlavədə göstərilən qrafalar şəklində tərtib etməmişdir. Bundan başqa, mülki materiallarından görünür ki, mübahisələndirilən qətnamə Cavabdeh onun məhkəməyə məlum olan ünvanına - ünvan 108). Daha sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəmənin 01 avqust 2018-ci il tarixli qətnaməsinin ona verilməsinə dair məhkəməyə ərizə ünvanlamış və xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə şəxsən imza edərək rəsmi şəkildə qətnaməni əldə etmişdir (iş/vər.161-163). Qətnaməni əldə etdikdən sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə kağız daşıyıcıda verdiyi apellyasiya şikayəti geri qaytarılmış, nöqsanı aradan qaldırıldıqdan sonra isə xx.xx.20223-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti verilmişdir, həmçinin şikayətin “xahiş etdim hissəsi”ndə qətnamədən şikayət vermə müddətinin bərpası xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 363.1.3-cü bəndinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 133.3-cü maddəsinin tələblərinə görə, işdə iştirak edən şəxs, prosessual müddətin bərpası barədə ərizə verməklə yanaşı, müddəti buraxılmış zəruri prosessual hərəkəti edə, müvafiq instansiyası üçün şikayətini təqdim edə bilər. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətində şikayət vermə müddətinin bərpası ilə bağlı xahişi (tələbi) qanunvericiliyin tələblərinə uyğun müvafiq ərizəni əvəz etmir. İşin materiallarından MPM-nin 133.3-cü maddəsinin tələbləri qaydasında prosessual müddətin bərpasına dair ayrıca ərizə verilməsi müəyyən edilmir. Halbuki, yuxarıda qeyd edilən maddənin tələbləri baxımdan prosessual müddətin bərpasına dair ərizə ayrıca verilməli və belə olan təqdirdə ərizəyə mahiyyəti üzrə baxıla bilərdi. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halların mövcudluğuna baxmayaraq və 5 ildən sonra şikayət vermə üzrə prosessual müddətin ötürülübötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını dəqiqləşdirməmiş, həqiqətən cavabdehin qətnamə barədə hansı tarixdən məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, hətta zərurət yarandığı halda icra işini tələb edərək baxış keçirməmiş, qeyd edilən xüsusatlara diqqət yetirməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxsə göndərildiyi təqdirdə, həmin şəxsin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361-ci və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Kollegiyanın qənaətinə görə, hazırda işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 402,405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1900/2018 nömrəli, 01 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-6373/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6373/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver