Məhkəmə qərarları › İş №2(103)-6374/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6374/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6374/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun azaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc müqaviləsində faizin göstərilməməsini, cavabdehdən borc aldığı 180.000 manatın 40.500 manatının qaytarmağını nəzərə alıb, gələcəkdə Cavabdeh borcunun 139.500 manat hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə Bakı şəhəri 23 saylı notariat ofisində borc müqaviləsi bağlayaraq ondan 180.000 manat pul borc almışdır. Pulu qaytarmaq üçün yaranmış vəziyyətlə əlaqədar olaraq, müəyyən çətinliklər yaranmışdır. xx xxx 2019-cıı il tarixdə cavabdeh notariat kontoruna müraciət edib 180.000 manatın ona qaytarılması barədə icra qeydi aparılmasını xahiş etmişdir. Həmin tarixdə icra qeydi aparılaraq, 180000 manatın ondan tutularaq, ona qaytarılması göstərilmişdir. Lakin, o, 2 dəfə müxtəlif vaxtlarda cavabdehə bir dəfə 15000 ABŞ dolları, ikinci dəfə ona 15000 manat pul vermişdir. Cavabdeh, onun cavabdehə verdiyi pulları əsas borcdan hesablayıb çıxmaq istəmir. Ona görə də hesab edir ki, əsas borcdan 2 dəfə müxtəlif vaxtlarda verdiyi pullar çıxılmalıdır. Belə ki, əsas borcdan 40.500 manat çıxılmalıdır. Əsas borcdan 40500 manat çıxıldıqda, əsas borc 139.500 manat təşkil edir. Cavabdeh belə hesab edir ki, o cavabdehə faiz, ödəməlidir. Halbuki, faizin ödənilməsi borc müqaviləsində öz əksini tapmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun azaldılması tələbi”nə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış və ləavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixli kredit müqviləsinə əsasən, Cavabdeh borc alan İddiaçı 180000 manat pul məbləğində borc verir və İddiaçı qeyd olunan pul məbləğində olan borcu xx.xx.2016-cı il tarixinədək ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X2 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, müvafiq sənədlər üzrə ünvan 1 mənzil 31 ünvanında qeydiyyatda olan Cavabdeh xeyrinə Bakı şəhəri, Azadlıq Prospekti, ev 116, mənzil 13 ünvanında qeydiyyatda olan İddiaçı müddət üçün vaxtında ödənilməmiş 180000 manat 00 qəpik (bir yüz səksən min manat sıfır qəpik) tutulsun. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1 və 448.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin işin faktiki halları ilə bağlı gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq edilən maddi hüquq normalarını qanuni hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi, tərəflər xx.xx.2016-cı il tarixdə müvafiq notariat ofisində kredit müqviləsi bağlamışlar və hazırki iş üzrə İddiaçı Cavabdeh 180000 manat məbləğində borc almış və qeyd olunan məbləği müqavilədəndə görünüdüyü kimi xx.xx.2016-cı il tarixinə dək ödəməyi öz öhdəsinə götürsə də, bu öhdəliyi icra etməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı verdiyi apellyasiya şikayətində cavabdehə müxtəlif vaxtlarda 15000 ABŞ dolları və 15000 manat pul verdiyini bildirsə də, həmin halları sübut edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Kollegiya iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan qeyd edir ki, hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehə müəyyən vaxtlarda borcun bağlanması məqsədi ilə pul məbləğləri verməsini göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar