Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6380/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, cavabdehl Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və s.” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nobel prospekti 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin üzərinə həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin qoyulması və Cavabdeh2 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Nobel prospekti, 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli izolə olunmuş 3 otaqlı mənzil barəsində müqavilə bağlanmışdır, müqavilənin şərtinə görə əvvəlki payçı X7 ilə bağlanmış müqavilə razılıq ərizəsinə əsasən ləğv edilmiş və yeni payçı olaraq iddiaçı ilə müqavilə bağlanmışdır, həmin müqavilənin 1.1-ci bəndinə əsasən mənzilin dəyəri iddiaçı tərəfindən əvvəlki payçı F.Məmmədova ödənilmişdir, Cavabdeh1 MTK tərəfindən həmin mənzilin dəyərinin tam ödənilməsi və iddiaçının MTK-ya borcunun olmaması barədə həmin tarixdə maliyyə arayışı verilmişdir, iddiaçı ona məxsus olan mənzilin qapısını dəyişdirməyə 400 manat, su sayğacının quraşdırılmasına xx.xx.2017-ci il tarixdə 200 manat, qaz sayğacının quraşdırılmasına 2017-ci ilin dekabr ayında 1200 manat və işıq sayğacının quraşdırılmasına isə xx.xx.2018-ci il tarixdə 550 manat pul vermişdir, lakin iddiaçıya bu yaxınlarda məlum olmuşdur ki, X4 adlı şəxsin Cavabdeh1 MTK-ya qarşı sahiblik, istfadə hüququnun tanınması, mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə Xətai Rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi çıxarılmış, qətnamənin icrası ilə əlaqədar Xətai rayon icra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən rəy alınaraq ona məxsus olan mənzil Ə. Pənahova verilmişdir, Ə.Pənahovun sənədlərində mənzil 78 nömrəli olmaqla, sahəsi 141,5 kv.m olduğu halda, o Cavabdeh1 MTK-nın rəhbərinin və icra məmurunun göstərişi ilə iddiaçıya məxsus 83 nömrəli, sahəsi 141,2 kv.m olan mənzilə yerləşmiş, daha sonra isə həmin mənzili Cavabdeh2 satmış, sonuncu isə 83 saylı mənzilin qapısını sındıraraq evə daxil olmuşdur. İddiaçının nümayəndəsi və vəkili izahatında həmçinin bildirdi ki, hazırda mənzildə cavabdehin qardaşı oğlu və onun ailə üzvləri yaşayır, mübahisəli mənzillə bağlı dəfələrlə iddianın təmin etmə tədbiri görülərək mənzilə həbs qoyulsa da cavabdeh həmin mənzildə təmir işləri aparmışdır, cavabdeh bununla əlaqədar olaraq iddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı formada edilmiş müraciətlərə baxmayaraq hazırda da təmir işləri davam etdirilir, qeyd edilənlərə görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020 saylı, xx xxxxxx 2020-ciBakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil cavab deh-Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nobel prospekti, 189 a ünvanında inşa edilmiş hündürməıləbəlı yaşayış binasında yerləşir. Həmin binada yerləşən 83 saylı mənzil ümu ini sahəsi 141, 5 kvadrat metr olmaqla xx xxxxxxxx 2008-ci il tarixli müqavilə əsasında X13 pənah oğluna satılmışdır.Bundan başqa 1 bloklu həmin binanın 8-cı mərtəbəsində sahəsi 141,5 kv metr sahəsi olan3otaqlı 38 saylı mənzili də Ə.Pənəhova satılmışdır. O, Nobel prospekti 189A ünvanındakı binanın 13-cü mərtəbəsində yerləşən sahəsi 141,5 kv metr olan 3 otağını Ə.Pənahovdan xx xxxxxx 2018-ci il tarixli 71 saylı müqa vilə əsasında mənzilin dəyərinin Ə.Pənahova tam ödənilməsi şərtilə almış və bu barədə ona cavabdeh- Cavabdeh1 MTK tərəfindən xx.xx.2018-ci il tarixdə arayış verilmişdir. Ondan sonra Ə.Pənahovdan aldığı 78 saylı mənzilə xx xxxxx 2019-cü il tarixdə Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verildi. Mənzilə çıxarış alınanda Cavabdeh1MTK tərəfindən ona arayış verildi ki, müqavilədə 83 saylı mənzil texniki səhv olaraq 78 saylı mənzil kimi qeyd edilmişdir.Ona görə də mənzilə çıxarışda mənzilin nömrəsi 83 qeyd edilmişdir. Ə.Pənəhovdan aldığı mənzilin ona məxsus olması Ə.Pənahovun Cavabdeh1 MTK-ya qarşı 38 və 78 saylı mənzillərə sahiblik və istifadə hüququnun tanınması barədə iddia tələbi üzrə Xətai rayon məhkəməsinin (hakim N.Mİsirzadədir) xx xxxx 2016-cü il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Bundan başqa Azərbaycan Respublikası MM-nin 452.1-cm maddəsinə əsasən mənzilin ilk alıcısı mənzilin əsas sahibi və istifadəçisi hesab edilir.İddiaçı isə mənzili xx.xx.2010-cu ildə aldığını bildirsə də həmin mənzilə dair mübahisəni 2019-cu ildə başlamışdır. Bundan başqa məhkəmə X.Dəmırovun iddia tələbinə qarşı cavabdeh- Cavabdeh1 MTK-nııı mövqeyini müəyyənləşdirmədən qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və birincin instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının mənzili aldığı vaxtda müqaviləni imzalayan İlham Qasımov MTK-nın səlahiyyətli şəxsi olmuşdur. Həmçinin müqavilədə qeyd olunanla mənzilin faktiki sahəsinin uyğun gəlməməsi onunla əlaqəlidir ki, mübahisəli mənzilin yerləşdiyi binadakı bütün mənzillərin sahəsi səhv göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, Əvvəllər MTK-nın rəhbəri olmuş İlham Qasımov mənzilləri bir neçə şəxsə satmışdır. Mənzillərin nömrələrini İlham Qasımov dələduzluq hallarını aradan qaldırmaq üçün qəsdən qarışıq salmışdır. Belə ki, binanın əvvəlki mərtəbələrində nömrələr ardıcıl qeyd edilmişdir. Onun barəsində ittiham hökmüdə çıxarılmışdır. Hər iki şəxsə qarşı dələduzluq etməsi faktının hökmdə öz təsdiqini tapması barədə hər hansı məlumatı yoxdur. MTK-nın möhürü onda olduğu üçün bütün arayışlara möhür vurmuşdur. X3 mənzilin bir kvadrat metri 500 manata satılmışdır. Cavabdeh2 mənzili Ələsgər Pənahov adlı şəxsdən 2008-ci il tarixdə almışdır. Lakin sənədlərə baxdıqda müəyyən etmək olur ki, Fərmanov soyadlı şəxsə bir kvadrat metri 370 manata satılmışdır. Cavabdeh2 mənzili Ələsgər Pənahovdan alarkən mənzilin pulunu tam şəkildə ödəmişdir. Fövqəladə Hallar Nazirliyi gəlib araşdırma apardıqdan sonra müəyyən olunmuşdur ki, hazırda mübahisəli mənzil Ələsgər Pənahova aid olan mənzildir. Hesab edir ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Həmçinin, o sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, binanın hər mərtəbəsində 7 mənzil vardır və bu mənzillər umümi sahəsi nəzərə alınaraq (sahəsi az olandan çox olana) nömrələnmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, O, 2007-ci il tarixdən 2012-ci il tarixə kimi Cavabdeh1 MMC-nin direktoru olmuşdur. Fərman Məmmədova mənzili 2007-ci ildə o satmışdır. Binadakı mənzillər sahəsinə görə (sahəsi az olandan çox olana) nömrələnmişdir. O, direktor olduğu müddətdə Sahib İbrahimovda fəaliyyət göstərib lakin saxta yollarla ondan xəbərsiz mənzillər satıb. O, vəzifəsindən kənarlaşdırılarkən Nərimanov rayon İcra Şöbəsinin əməkdaşları məhkəmə qərarını icra edirdi. Orada AKT tərtib olunarkən o, hazırki mübahisəli mənzilin yerləşdiyi binada bütün mənzillərin satılması barədə məlumat vermişdir. AKT hazırda Nərimanov rayon İcra Şöbəsindədir. O, həmçinin Sahib İbrahimov tərəfindən binada satılmış mənzillərin başqa şəxslərə satıması barədə müxtəli hüquq mühafizə orqalnlarına müraciətlər ünvanlayaraq məlumat vermişdir. X12 İbrahimovun yanında olan formal adamdır. Onun həmin binada ümumiyyətlə mənzili olmamışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bir tərəfdən “xxx-MTK” Mənzil Tikinti Kooperativinin sədri X6 (İcraçı) digər tərəfdən X7 ilə bağlanmış müqavilə öz razılıq ərizəsinə əsasən ləğv edilərək gələcəkdə payç adlandırılacaq İddiaçı arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti, 189 A ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi tikinti sahəsi 141.2 kv.m, 83 saylı izolə olunmuş 3 otaqlı mənzildən ibarətidir, mənzilin dəyəri 61835 manat təşkil edir və yeni payçı İddiaçı tərəfindən əvvəlki payçı X5 ödənilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, tikinti işləri tam başa çatdırıldıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir, təhvil-təslim hər iki tərəfin imza ilə təsdiq etdiyi akt əsasında qanuniləşir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti, 189 A ünvanında yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur, bu binanın 1-ci blok, 13-cü mərtəbə, ümumi tikinti sahəsi 141.2 kv.m olan 3 otaqlı 83 saylı mənzilin ümumi dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdeh1 MTK-ya borcu yoxdur. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı qətnaməsi ilə X2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində sahəsi 141.5 kv.metr olan 3 otaqlı, 38 saylı və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 13-cü mərtəbəsində sahəsi 141.5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzillərə sahiblik və istifadə hüququ tanınmış, Cavabdeh1 MTK-nın üzərinə X2 qeyd edilən mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyi qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı həmin qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə bağlı başlanılmış 2(103)-9918/2018 saylı mülki iş üzrə icraat Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-9918/2018 saylı qərardadı ilə dayandırılmışdır. İş materiallarında olan Ü.Əkbərli, T.Yusifli, E.Əliyev, A.Əsgərov, Cavabdeh2 və M.Babayevin iştirakı ilə tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında yerləşən 1 bloklu yaşayış evinin 13-cü mərtəbəsində, ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı, 83 nömrəli mənzildə əsaslı dəyişikliklərin və təmir işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərara əsasən icra sənədində göstərilən ünvanda olmuşlar, ünvanda təmir tikinti işləri gedirdi, təmir tikinti işlərinin aparılması evin sahibləri Cavabdeh2 və xxx MTK-ya qadağan edildi, onlara məsuliyyətləri və hüquq və vəzifələri izah olundu. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A, mənzil 78 xüsusi mülkiyyət hüququ əsasında tam payçı olaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 vəsatət verərək Xətai Rayon Məhkəməsində baxılmış xx.xx.2019- cu il tarixli 2(011)-307/2019 saylı mülki işin materiallarına baxış keçirilməsi və hazırkı iddia üzrə əhəmiyyəti olan sənədlərin surətlərinin götürülməsini məhkəmədən xahiş etmişdir. 2(011)-307/2019 saylı mülki iş materiallarına birinci instansiya məhkəməsi tərəfindən baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən Cavabdeh1 MTK-nın Bakı şəhəri Nobel prospekti 189a ünvanında inşa etdiyi 16 mərtəbəli 1 bloklu yaşayış evinə yerində baxış keçirilmiş, baxış zamanı Bakı şəhəri Nobel prospekti 189a ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasının 16 mərtəbəli olması, 1-ci mərtəbənin qeyri-yaşayış sahələri üçün nəzərdə tutulduğu, yaşayış sahələrinin 2-ci mərtəbədən başlanması, hər mərtəbədə müqavilələr üzrə sahələri 95,6 kv.metr, 96,5 kv.metr, 102 kv.metr, 134,5 kv.metr, 141,2 kv.metr, 141,5 kv.metr və 168,5 kv.metrdən ibarət olan 7 mənzil olmaqla, binada cəmi 105 mənzilin olması, 1-7 saylı mənzillərin 2-ci mərtəbədə, 8-14 saylı mənzillərin 3-cü mərtəbədə, 15-21 saylı mənzillərin 4-cü mərtəbədə, 22-28 saylı mənzillərin 5-ci mərtəbədə, 29-35 saylı mənzillərin 6-cı mərtəbədə, 36-42 saylı mənzillərin 7-ci mərtəbədə, 43-49 saylı mənzillərin 8-ci mərtəbədə, 50-56 saylı mənzillərin 9-cu mərtəbədə, 57- 63 saylı mənzillərin 10-cu mərtəbədə, 64-70 saylı mənzillərin 11-ci mərtəbədə, 71-77 saylı mənzillərin 12-ci mərtəbədə, 78-84 saylı mənzillərin 13-cü mərtəbədə, 85-91 saylı mənzillərin 14-cü mərtəbədə, 92-98 saylı mənzillərin 15-ci mərtəbədə və 99-105 saylı mənzillərin isə 16-cı mərtəbədə yerləşmələri müəyyən edilmişdir. Baxış keçirilmiş sənədlər və dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, mənzillərin sıralanması hər bir mərtəbədə yerləşən mənzillərin müqavilələr üzrə ən kiçik sahəsi olanından başlayaraq sahələrin artmasına uyğun olaraq həmin mərtəbəyə aid olan sira saylarının mütənasib artması ilə təyin edilməsi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 189A ünvanında yerləşən 1 bloklu binanın 13-cü mərtəbəsinə yerli baxış keçirilən zaman müəyyən etmişdir ki, binanın yaşayış sahələri 2-ci mərtəbədən başlayır, birinci mərtəbə qeyriyaşayış sahəsidir, mərtəbələrdə olan mənzillər faktiki olaraq Cavabdeh1 MTK tərəfindən nömrələnmişdir, 13-cü mərtəbəyə liftlə qalxarkən soldan 1-ci olan mənzil mübahisələndirilən 83 saylı mənzildir, 3 otaqlıdır və təmirli vəziyyətdədir, cavabdehin razılığı ilə onun qohumu olan Muradov Rövşən Qulu oğlu 7 aydır ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, cavabdehə məxsus 78 saylı mənzil həmim mərtəbədə olmaqla mübahisələndirilən mənzillə üzbə-üz hissədə yerləşir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. İşin müəyyən edilmiş hallarına əsasən, mübahisələndirilən 83 saylı mənzilə dair “xxx- MTK” MTK və İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmişdir, həmin binanın 13-cü mərtəbəsində olan digər- 78 saylı mənzilə dair Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı qətnaməsi ilə X1 və istifadə hüququ tanınmışdır, həmin məhkəmə qətnaməsi ondan verilmiş şikayət əsasında Bakı Apelyasiya Məhkəməsinin icraatına qəbul edilmiş, lakin həmin iş üzrə icraat dayandırıldığından qanuni qüvvəsini almamışdır, bununla bərabər həmin 78 saylı mənzilə Cavabdeh2 tam mülkiyyət hüququ vardır, iddiaçıya və cavabdehə aid mənzillərin hər ikisi yaşayış binasının 13-cü mərtəbəsində yerləşir, hər ikisi 3 otaqdan ibarətdir və onlar fərqli mənzillərdir, iddiaçıya məxsus 83 saylı mənzil hazırda cavabdehin sahibliyindədir lakin o, həmin mənzildə yaşamır və mənzildə hazırda cavabdehin razılığı ilə yaxın qohumu yaşayır. Mübahisəli mənzilin 83 saylı mənzil olmaqla icra hərəkətlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq cavabdehin faktiki sahibliyində olması, həmçinin müqavilə əsasında iddiaçı mənzilinin 83 saylı, cavabdehin mənzilinin isə 78 saylı olması, hər iki mənzilin 3 otaqdan ibarət olmaqla yaşayış binasının 13-cü mərtəbədə yerləşməsi işin mübahisəsiz hallarıdır. Bununla belə, mübahisəli mənzilə dair iddiaçının əmlak hüquqlarını istisna edən hallar, həmçinin həmin mənzilin cavabdehin əmlak hüquqlarını, o cümlədən istifadə və sahiblik hüququnu müəyyən edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “müqavilədə 83 saylı mənzil texniki səhv olaraq 78 saylı mənzil kimi qeyd edilməsi” barədə Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış mübahisəli mənzilin Cavabdeh2 məxsus olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda qeyd olunanlar digər iş materialları ilə təkzib olunur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MTK-nin yaşayış binasına təbii qazın verilməsi barədə ünvanladığı məktuba “Azəriqaz” İB tərəfindən verilmiş cavaba əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında yerləşən 1 bloklu yaşayış evinin 13-cü mərtəbəsində, ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı, 83 nömrəli mənzilin sahibi kimi İddiaçı göstərilmişdir. Bundan başqa tərəflər də mübahisələndirmirlər ki, mənzillərin sıralanması hər bir mərtəbədə yerləşən mənzillərin müqavilələr üzrə ən kiçik sahəsi olanından başlayaraq sahələrin artmasına uyğun olaraq həmin mərtəbəyə aid olan sira saylarının mütənasib artması ilə təyin edilmişdir. Həmçinin, mənzillərin qeyd edilən ardıcıllıqla nömrələnməsi iş materiallarının 36-cı səhifəsindəki mənzillərin mərtəbələr üzrə yerləşməsi ardıcıllığı sxemi ilə də təsdiq olunur. Belə olan halda isə kollegiya mənzillərin nömrələrinin səhv salınmasını inandırıcı hesab etmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin münasibət bildirmədiyi mütəxəssis rəyinin xərcinə dair məsələ də həllini tapmalı, mütəxəssis xərci cavabdehdən alınıb müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə ona aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6380/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6380/2020
21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver