Məhkəmə qərarları › İş №2(103)-6382/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6382/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6382/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Musa İsmayılovun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 29.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 1.120,32 manat, faiz borcu kimi 664,35 manat, cəmi 1.784,67 manat borc ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, əsas borc kimi 1.120,32 manat, faiz borcu kimi 434,35 manat, cəmi 1.554,67 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat cavabdehdən (borc alandan) iddiaçının (borc verənin) xeyrinə tutulsun, Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid olan hissədə ləğv edilsin və iddia həmin hissədə rədd edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçının təqdim ediyi sübutlardan müəyyən olunur ki, cavabdehin iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş borcu vardır. Cavabdeh etdiyi ödənişlər barədə heç bir sübut təqdim etmədiyindən mühasibat ekspertizasının keçirilməsinə zərurət yoxdur, bankın təqdim etdiyi sübutlardan borcun düzgün hesablandığı müəyyən olunur. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən həmin məbləğdə pul tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 11.02.2021-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar