Məhkəmə qərarları › İş №2(103)-6384/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6384/2025

25.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6384/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-2162/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 123 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2162/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

3. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2162/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

6. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

7. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

8. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

9. Həmin Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2162/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

11. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2162/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qətnaməsi İddiaçı, eləcə də onu birinci instansiya məhkəməsində aparılan icraat zamanı təmsil edən nümayəndəsi və Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 01 oktyabr 2025-ci il il tarixdə yerləşdirilmişdir. Eyni zamanda, iş materiallarında olan xəbərnaməyə əsasən, İddiaçı həmin qətnaməni 07 oktyabr 2025-ci il tarixdə poçt vasitəsilə əldə etmişdir.

12. Sözügedən qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilən apellyasiya şikayəti isə onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə 06 noyabr 2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

13. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

14. Həmin Məcəllənin 10-1.3-cü və 10-1.5-ci maddələrinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

15. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi xx.xx.2025ci il tarixdə İddiaçı, habelə onu birinci instansiya məhkəməsində aparılan icraat zamanı təmsil edən nümayəndəsi və Vəkil rəsmi qaydada (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ləri vasitəsilə) təqdim edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmənin qeyd olunan qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verdiyi zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüş olmuşdur.

16. Bununla belə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair məhkəməyə hər hansı ərizə də təqdim etməmişdir.

17. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

18. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

19. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2162/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə təqdim edilməyindən qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALDİ:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2162/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar