Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6386/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(002)-1461/2025 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli qətnamədən iş üzrə İddiaçı adından onun vəkili Nümayəndə verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı irəli sürdüyü “əldən çıxmış faydanın əvəzi olaraq 26.100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının vəkili Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti vermiş, işə baxmış Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya icraatı aşağıda qeyd edilən iki əsasa görə qeyri-mümkündür. Birincisi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6cı tələblərinin mənasına görə, apellyasiya şikayətinin verilməsinə görə, bu Qanunla müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir (maddə 8.6.). Məhkəmənin, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan “Dövlət rüsumunun hesablanması kalkulyatorundan” əldə etdiyi hesablamadan görünür ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayətinin verilməsi üçün 84 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin apellyasiya şikayətinə əlavə edilmiş qəbzdən görünür ki, apellyator 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi iş üzrə iddiaçının apellyasiya şikayətini qaytarmamış, şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. İkincisi, MPM-in tələblərinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (maddə 361.2.); Lakin apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti iddiaçının vəkil Nümayəndə tərəfindən elektron qaydada imzalansa da, iddiaçı apellyasiya şikayətini elektron qaydada imzalamamışdır. Halbuki, iş materiallarına, o cümlədən “Elektron Məhkəmə” İnformasiya Sisteminə hazırkı iş üzrə əlavə edilmiş sənədlər sırasında vəkil Nümayəndəa iddiaçının adından apellyasiya şikayətinin verilməsi səlahiyyətini özündə ehtiva edən iddiaçının ona verdiyi etibarnamə yoxdur. Belə ki, iddiaçının ABŞ-nin Nyu York şəhərində vəkil Nümayəndə adına xx.xx.2023-cü il tarixdə verdiyi etibarnamədə (iş v. 59 və 62), etibarnamənin hansı müddətə verilməsi qeyd olunmadığı üçün həmin etibarnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinə görə, 1 il müddətinə verilmiş sayılır. Apellyasiya şikayəti isə vəkil Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə elektron qaydada imzalanmışdır. MPM-in 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi iş üzrə iddiaçının apellyasiya şikayətini qaytarmamış, şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, qeyd edilən bu hal da, apellyasiyanın mümkünlüyü üçün əsasın olmaması qənaətinə gəlməyə əsas verir. MPM-in 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: 2(002)-1461/2025 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli qətnamədən iş üzrə İddiaçı adından onun vəkili Nümayəndə verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Qaradağ Rayon Məhkəməsinə göndərilsin. İddiaçı hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh1 hazırkı qərardaddan kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6386/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6386/2025
17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver