Məhkəmə qərarları › İş №2(103)-6396/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6396/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6396/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-64/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxxxxxxx” QSC-nin xeyrinə -10R000011519 saylı kredit razılaşması üzrə 436241.01 ABŞ dolları məbləğində kredit borcu, 59187.74 ABŞ dolları məbləğində faiz borcu və 136560.85 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 631989.60 ABŞ dolları borcun, - 10R000013607 saylı kredit razılaşması üzrə 103611.13 ABŞ dolları məbləğində kredit borcu,13944.33 ABŞ dolları məbləğində faiz borcu və 32570 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 150125.46 ABŞ dolları borcun, -10R000013766 saylı kredit razılaşması üzrə 91275 ABŞ dolları məbləğində kredit borcu, 12284.09 ABŞ dolları məbləğində faiz borcu və 28699.6 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 132258.69 ABŞ dolları borcun, - 010R********** saylı kredit razılaşması üzrə 22755.16 ABŞ dolları məbləğində kredit borcu, 2960.38 ABŞ dolları məbləğində faiz borcu və 7171.29 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32886.83 ABŞ dolları borcun, ümumilikdə cəmi 947260.58 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, Bakı şəhəri Səbail Rayonu Nizami küçəsində istifadədə olan 0.06079 ha torpaq sahəsində yerləşən 96 nömrəli 19 mərtəbəli binada Cavabdeh3 mülkiyyətində olan 4 otaqlı, 224.97 kv.m ümumi sahədən ibarət 31 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Məmmədov Şövkət küçəsində istifadədə olan 0.16034 ha torpaq sahəsində yerləşən 3 nömrəli 9 mərtəbəli binada Cavabdeh2 mülkiyyətində olan 4 otaqlı, 63.32 kv.m yaşayış sahəsi, 81.02 kvm ümumi sahədən ibarət 54 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 947260 ABŞ dolları 58 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına “xxxxxxxxx” QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində istifadədə olan 0.06079 ha torpaq sahəsində yerləşən 96 nömrəli 19 mərtəbəli binada Cavabdeh3 mülkiyyətində olan 4 otaqlı, 224.97 kv.m ümumi sahədən ibarət 31 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və “xxxxxxxxx” QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu, Məmmədova Şövkət küçəsində istifadədə olan 0.16034 ha torpaq sahəsində yerləşən 3 nömrəli 9 mərtəbəli binada Cavabdeh2 mülkiyyətində olan 4 otaqlı, 63.32 kv.m yaşayış sahəsi, 81.02 kv.m ümumi sahədən ibarət 54 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və “xxxxxxxxx” QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq Cavabdeh3 ilə “xxxxxxxxx” QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 10L000000675 saylı kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış xx.xx.2013-cü il tarixli 10R000011519 saylı, xx.xx.2014-cü il tarixli 10 R000013607 saylı, xx.xx.2014-cü il tarixli 10R000013766 saylı və xx.xx.2015-ci il tarixli 010R********** saylı kredit razılaşmalarına vaxtından əvvəl xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxxxxxxx” QSC-nin xeyrinə - 10R000011519 saylı kredit razılaşması üzrə 150723.89 ABŞ dolları kredit borcu, 176427.52 ABŞ dolları faiz borcu, 417918.81 ABŞ dolları cərimə borcu, cəmi 745070.22 ABŞ dolları, 10R000013607 saylı kredit razılaşması üzrə 3611.13 ABŞ dolları kredit borcu, 41789.82 ABŞ dolları faiz borcu, 99384.28 ABŞ dolları cərimə borcu, cəmi 144785.23 ABŞ dolları, 10R000013766 saylı kredit razılaşması üzrə 1275 ABŞ dolları kredit borcu, 36814.25 ABŞ dolları faiz borcu, 87556.53 ABŞ dolları cərimə borcu, cəmi 125645.78 ABŞ dolları, 010R********** saylı kredit razılaşması üzrə 2755.16 ABŞ dolları kredit borcu, 8871.98 ABŞ dolları faiz borcu və 21832.58 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 33459.72 ABŞ dolları, 4 müqavilə üzrə ümumilikdə cəmi ******* ABŞ dolları 95 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan ünvan 1 nömrəli evin 31 nömrəli mənzilinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Məmmədov Şövkət küçəsi 3 nömrəli evin 54 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və ümumilikdə cəmi 1048960.95 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına “xxxxxxxxx” QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi 96 nömrəli evin 31 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 3 nömrəli evin 54 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 10L000000675 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinə əsasən borclu ilə 4 kredit razılaşması bağlanmışdır. Kredit xətti müqaviləsinin təminatı qismində 2 ipoteka müqaviləsi və 2 zaminlik müqaviləsi bağlanmışdır. Borclu Bank qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyindən Banka borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-64/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli 10R000011519 saylı kredit razılaşması üzrə 150723.89 ABŞ dolları əsas borc, 108775.19 ABŞ dolları faiz borcu, 15000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 274499.08 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşması üzrə 3611.13 ABŞ dolları əsas borc, 18934.27 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22895.4 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşması üzrə 1275 ABŞ dolları əsas borc, 16943.79 ABŞ dolları faiz borcu, 150 ABŞ dolları olmaqla cərimə borcu, cəmi 18368.79 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə 2755.16 ABŞ dolları əsas borc, isə 6848.09 ABŞ dolları faiz borcu, 250 ABŞ dolları olmaqla cərimə borcu, cəmi 9853.25 ABŞ dolları, ümumilikdə 4 müqavilə üzrə cəmi 325.616.52 ABŞ dolları kredit borcunun ödəniş anında Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun Azərbaycan Respublikası Manatı ilə Cavabdeh3 tutularaq iddiaçı “xxxxxxxxx” QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail Rayonu, Nizami küçəsi 96 nömrəli evin 31 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 550000 manat müəyyən edilməsi, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh3 Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi 96 nömrəli evin 31 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin mənzildən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqı Cavabdeh3 tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 445 manat pul vəsaitinin Cavabdeh3 tutularaq dövlət büdcəsinə alınması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-64/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin zaminlər Cavabdeh2, Cavabdeh1 dair iddianın təmin edilməyən hissəsində, ipoteka qoyan Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinə dair ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və həmin mənzilə tutma yönəldilməsinin təmin edilməməsi hissəsində, həmçinin faiz və cərimə borcunun azaldılması hissələrində təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ipoteka qoyan X2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 3 nömrəli binanın 54 nömrəli mənzili ilə bağlı ipoteka müqaviləsini bağlanmamış hesab edərkən, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsaslanmışdır. Məhkəmə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarını nəzərə almamış və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyi tətbiq etməmişdir. Həmin qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2009-cu il tarixində bağlanmış 10L000000675 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə 1.500000 (bir milyon beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2009-cu il tarixdə Cavabdeh1, xx.xx.2009-cu il tarixdə Cavabdeh2 ilə Bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər İddiaçı QSC qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Hazırki iş üzrə kredit razılaşmaları Cavabdeh1 və Cavabdeh2 zamin olduğu kredit xətti müqaviləsi müddətində bağlanılmaqla sonuncuların zaminlik götürdüyü kredit məbləğindən yüksək məbləğdə kredit verilməmiş, bununla da onların məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən, zaminlik müqaviləsində zaminin subsidiär məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddədə göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Zaminlik müqavilələrinin zaminin hüquq və vəzifələrini nəzərdə tutan 3-cü maddəsində krediit məbləğinin faizlə veriləcəyi, kreditdən istifadə üçün faiz hesablanacağı, zaminin də həmin faiz məbləği üçün məsuliyyət daşıdığı qeyd edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Banklar haqqında Qanunun 1-ci maddəsinə əsasən bank fiziki və hüquqi şəxslərdən depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma kassa əməliyyatlarını məcmuu halda həyata keçirən hüquqi şəxsdir. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan bankların faiz nəzərdə tutulmamaqla kredit verməsi ağlabatan hesab edilmədiyi kimi kredit xətti müqaviləsində də faiz dərəcəsinin göstərilməməsinə görə zaminin kredit məbləğinin faizsiz veriləcəyini ehtimal etməsi və bu şərtlə öhdəliyə zamin durması kimi qiymətləndirilməməlidir. Yəni zaminlər kreditor bank tərəfindən kredit məbləğinin faizlə veriləcəyini bilmiş, bununla razılaşaraq öz iradə ifadəsi əsasında zaminlik müqaviləsini bağlamış, qeyd olunan halın əksi mübahisələndirilməmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsində, cərimə borcu məbləğini dörd kredit razılaşması üzrə ümumilikdə cəmi 15750 ABŞ Dolları həddində müəyyənləşdirilmiş və ümumilikdə iddiaçı tərəfindən tələb olunan 626692 ABŞ Dolları cərimə borcu 15750 ABŞ Dolları məbləğinədək azaldılmışdır. Bu zaman kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə alınmamış, yalnız borcluların mənafeyindən çıxış edilmişdir. Məhkəmə cavabdehlərin bank qarşısındakı öhdəliklərini uzun müddət ərzində icra' etməmələrini, bank tərəfindən kredit müqaviləsi üzrə cərimə borcunun kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmasını və tam qanuni olmasını nəzərə almamışdır. Cərimə borcu ilə bağlı hissədə kreditorun maraqları da nəzərə alınmalı, həmin hissədə də iddia tələbləri təmin olunmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Faiz borcu ilə bağlı hissədə bildiririk ki, cavabdehlərdən tələb olunan faiz borcu tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq hesablanmışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Ağamirov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2009cu il tarixli, 10L000000675 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, 10L000000675 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10R000011519 saylı kredit razılaşmasına əsasən sonuncuya 42 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333% olmaqla 700000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10R000011519SA nömrəli sazişə əsasən xx xxxxxxxx 2013- cü il tarixli, 10R000011519 saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1.25 % endirilmiş, yeni ödəniş planına əsasən kredit müqaviləsi xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan xx xxxxx 2009-cu il tarixli 10L000000675 nömrəli kredit xətti müqaviləsi üzrə “xxxxxxxxx” QSC ilə Cavabdeh3 arasında xx xxxxx 2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq 1.3333% olmaqla 144000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10R000013607SA nömrəli sazişə əsasən xx xxxxx 2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1.25 % endirilmiş, yeni ödəniş planına əsasən kredit müqaviləsi xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan xx xxxxx 2009-cu il tarixli 10L000000675 nömrəli kredit xətti müqaviləsi üzrə “xxxxxxxxx” QSC ilə Cavabdeh3 arasında xx xxxxx 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşmasına əsasən sonuncuya aylıq 1.3333% olmaqla 36 ay müddətinə 130000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10R000013766SA nömrəli sazişə əsasən xx xxxxx 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1.25 % endirilmiş, yeni ödəniş planına əsasən kredit müqaviləsi xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan xx xxxxx 2009-cu il tarixli 10L000000675 nömrəli kredit xətti müqaviləsi üzrə “xxxxxxxxx” QSC ilə Cavabdeh3 arasında xx xxxxxx 2015-ci il tarixli 010R********** saylı kredit razılaşmasına əsasən sonuncuya aylıq 1.25% olmaqla 36 ay müddətinə 30000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 010R**********SA nömrəli sazişə əsasən xx xxxxxx 2015-ci il tarixli 010R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1.208% endirilmiş, yeni ödəniş planına əsasən kredit müqaviləsi xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan “xxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2009cu il tarixli, 10S000001046 saylı zaminlik müqaviləsinə əsasən sonuncu xx xxxxx 2009-cu il tarixli 10L000000675 nömrəli kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağına dair bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan “xxxxxxxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli, 10S000002201 saylı zaminlik müqaviləsinə əsasən sonuncu xx xxxxx 2009-cu il tarixli 10L000000675 nömrəli kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağına dair bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan “xxxxxxxxx” QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2009cu il tarixli 10M000000387 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 31 nömrəli mənzilini xx xxxxx 2009-cu il tarixli 10L000000675 nömrəli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “kredit razılaşmaları” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan “xxxxxxxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli 10M000000478 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 54 nömrəli mənzilini xx xxxxx 2009-cu il tarixli 10L000000675 nömrəli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşmaları” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Dəbbə pulunun birinci instansiya məhkəməsi tərəfindən azaldılması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin tələbinə əsasən, iddiaçı tərəfindən müvafiq olaraq 4 müqavilə üzrə hesablanmış 417918.81 ABŞ dolları, 99384.28 ABŞ dolları, 87556.53 ABŞ dolları, 21832.58 ABŞ dolları, cəmi 626691.2 ABŞ dolları cərimə tənasübsüz şəkildə yüksək olduğundan birinci instasniya məhkəməsi onu azaldaraq 15000 ABŞ dolları, 350 ABŞ dolları, 150 ABŞ dolları, 250 ABŞ dolları məbləğində müəyyənləşdirməklə doğru nəticəyə gəlmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 3 nömrəli evin 54 nömrəli mənzilinə yönəldilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, kredit xətti müqaviləsindən sonra bağlanan 4 kredit sazişi zaminlərin razılığının alınmaması səbəbindən zaminliyə xitam verilməsindən ibarət olan birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Belə ki, öhdəliyin icra edilməsi üsulu kimi Cavabdeh2 ilə “xxxxxxxxx” QSC arasında ipoteka müqaviləsi bağlanılmışdır. Həmin ipoteka müqaviləsinə əsasən ipoteka verən (Cavabdeh2) öz mülkiyyətində olan əmlakı bank ilə Cavabdeh3 arasında xx.xx.2009-cu il tarixli 10L000000675 saylı Kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü edilir. Birinci instansiya məhkəməsi ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 3 nömrəli binanın 54 nömrəli mənzili ilə bağlı ipoteka müqaviləsini bağlanmamış hesab edərkən, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsaslanmışdır. KonstitusiyaMəhkəməsinin xx xxxx 2019-cuiltarixliqərarındagöstərilmişdirki, “İpotekahaqqında” AzərbaycanRespublikası Qanununun 10.1, 10.5-civə AzərbaycanRespublikası MülkiMəcəlləsinin 405.1-cimaddələrinintələblərinə müvafiqolaraq, kreditxəttimüqaviləsinintəminatı kimibağlanmış ipotekamüqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faizdərəcəsi, valyutavə s.) göstərilmədikdə və sonradanbağlanmış kreditmüqavilələrində belə şərtlərbarəsində ipotekaqoyanınrazılığı alınmadıqda, ipotekamüqaviləsihəminkreditmüqaviləsinə münasibətdə bağlanmamış hesabedilirvə bumüqavilədənirəligələn öhdəlikləripotekailə təminedilmiş öhdəlikhesabedilə bilməz. Kollegiyaapellyasiya şikayətinin dəlilini əsaslı hesab edərək qeyd edir ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında nəzərdə tutulmuşqaydakreditxəttimüqaviləsi üzrə bağlanmış kreditmüqavilələrində müəyyənedilmiş zəruri şərtlərbarəsində ipotekaqoyanınrazılığınınalındığı hallara şamiledilmir.İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Lakin birinci instansiya məhkəməsi kredit xətti müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə ipoteka qoyan Cavabdeh2 ödəniş planları ilə tanış olması, verilmiş kreditin məbləği, müddəti, faiz dərəcəsi və valyutası haqqında məlumatlı olmasını nəzərə almamış, əsassız olaraq ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi qənaətinə gəlmişdir. Halbuki iş materiallarında olan ipoteka müqaviləsində (İ cild, i.v. 34) müqavilənin pretmeti hissəsində qeyd olunur ki, ipoteka verən (Cavabdeh2) öz mülkiyyətində olan əmlakı bank ilə Cavabdeh3 arasında xx.xx.2009-cu il tarixli 10L000000675 saylı Kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü edilir. Borclunun sonrakı kredit razılaşmaları üzrə yaranmış borcu da kredit xətti müqaviləsinin tərkib hissəsi olduğundan ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka verənin (Cavabdeh2) məsuliyyəti istisna edilə bilməz. İpoteka verənin hazırki borc üzrə öhdəliyi kredit xətti müqaviləsində nəzərdə tutulan məbləği (1.5.000.000 ABŞ dolları) aşmamışdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Odur ki, ipoteka müqaviləsi üzrə tutma zamin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinə yönəldilməli, həmin mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir. Tutmanın ipoteka predmetinə yönəldildikdən sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması tələbi ilə bağlı kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instasniya məhkəməsi doğru nəticəyə gəlmişdir. Belə ki, öhdəliyin təmin edilməsi üsulu kimi Cavabdeh1 və Cavabdeh2 ilə bank “xxxxxxxxx” QSC arasında 2 zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zaminlər borclunun xx xxxxx 2009-cu il tarixli 10L000000675 saylı Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin işin hallarından da görünür ki, kredit xətti müqaviləsindən sonra 4 kredit razılaşması bağlanmış və həmin kredit razılaşmalarına və ödəniş planına dəyişiklik edilməsi haqqında 4 saziş bağlanmışdır. Həmin sazişlərlə kreditin müddəti uzadılmışdır. Lakin sazişlər (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən zaminlərin razılığı alınmamışdır. Bu isə zaminliyə xitam verilməsi üçün əsasdır. Belə ki, Mülki Məcəllənin: -470.1-ci müqaviləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Odur ki, işin hallarından da göründüyü kimi zaminlik müqavilələri kredit xətti müqaviləsinin təminatı qismində çıxış etmişdir, kredit xətti müqaviləsində isə mühüm şərt olan faiz dərəcəsi göstərilməmişdir, kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarının dəyişdirilməsi ilə bağlı sazişlər isə kredit müqaviləsinin müddətini uzadaraq zaminlərin məsuliyyətinin artmasına gətirib çıxartmışdır, lakin həmin sazişlər bağlanarkən zaminlərin razılığı alınmalı olduğu halda onların razılığı alınmamışdır, belə olduğu zaman kollegiya o qənaətə gəlir ki, zaminliyə xitam verilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, xx xxxxx 2009-cu il tarixli, 10S000001046 saylı və xx xxxxxxx 2009-cu il tarixli, 10S000002201 saylı zaminlik müqavilələri üzrə zaminliyə xitam verilməli və kredit xətti üzrə bağlanmış kredit razılaşmaları və sazişlər əsasında yaranmış qalıq kredit borcu yalnız cavabdeh və eyni zamanda borclu olan Cavabdeh3 tutularaq iddiaçı “xxxxxxxxx” QSC-yə ödənilməlidir. Nəticə: Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh2 ilə Bank arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməli, ipoteka müqaviləsi üzrə tutma zamin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinə yönəldilməli, həmin mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq alıcıya təhvil verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-64/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh2 ilə Bank arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinə yönəldilsin. Bakı şəhəri Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 3 nömrəli evin 54 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılsın və mənzil boşaldılaraq alıcıya təhvil verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar