Məhkəmə qərarları › İş №2(103)-6402/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6402/2025

23.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-6402/2025 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Damat oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayətdən imtina edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X3 oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2 ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Damat oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Damat oğluna qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh 14974 manat məbləğində borcun və 135 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Damat oğlundan 14974 (on dörd min doqquz yüz yetmiş dörd) manat pul və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilmsə qət edilmişdir.

Apellyasiya şikayəti və şikayətin dəlilləri:

3. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

4. Şikayət üzrə apellyasiya icraatı mümkün hesab edilərək mülki iş apellyasiya baxışına qəbul edilmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

5. Mülki iş apellyasiya icraatında olarkən ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Damat oğlunun nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək cavabdeh Cavabdeh apellyasiya şikayətindən imtina etmək istədiyini bildirmiş, bu səbəbdən apellyasiya şikayətindən imtina etdiyini, imtinanın qəbul edilərək bu barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

6. Həmçinin cavabdeh Cavabdeh Damat oğlu öz imzası ilə imzalayaraq məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli ərizəsində bildirmişdir ki, “xxxx” MMCnin rəhbəri olaraq, 2020-ci il tarixlərində Salyan rayonu ərazisində işləyərkən “xxxx” MMC-nin yanacaq doldurma məntəqəsindən işçiləri tərəfindən şəxsi istifadələri üçün 13664 manat məbləğində dizel yanacaq almışlar. Bir müddət sonra 13664 manat dizel yanacağının ödənişinin ödənilmədiyini araşdırdıqdan sonra ona məlum oldu ki, yuxarıda qeyd olunan məbləğdə “xxxx” MMC-nin işçiləri tərəfindən dizel yanacağı alınıb, istifadə olunub və bu səbəbdən “xxxx” MMC-nin rəhbəri olaraq o, Cavabdeh Davud oğlu 13664 manat məbləği öz borcu olaraq İddiaçı ödəməyi öhdəsinə götürür.

7. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili Bakı Istintaq Təcridxanasında olacağından məhkəmə prsesində iştirakının qeyri-mümkün olacağını bildirərək məhkəmə iclasının təxir ediləsini xahiş etmiş, iddiaçı tərəf isə gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur.

9. Həmin Məcəllənin 398.0.4-cü maddəsində qeyd edilir ki, qərardaddan verilmiş şikayətdən imtina olunduqda apellyasiya instansiyası məhkəməsinin apellyasiya icraatına xitam vermək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh Damat oğlu (nümayəndəsi və vəkili) tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.

11. Belə ki, cavabdeh Cavabdeh Damat oğlunun nümayəndəsi və vəkili ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək cavabdeh Cavabdeh apellyasiya şikayətindən imtina etmək istədiyini bildirmiş, bu səbəbdən apellyasiya şikayətindən imtina etdiyini, imtinanın qəbul edilərək bu barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

12. Göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Damat oğlu tərəfindən verilmiş şikayətdən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir.

13. Kollegiya həmçinin hesab edir ki, apellyasiya mərhələsində cavabdehin dəlilləri üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edildiyindən ekspertiza tədiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərci cavabdeh Cavabdeh tutularaq Məhkəmə Eksperizası Mərkəzinin hesabına ödənilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Damat oğlu tərəfindən verilmiş şikayətdən onun imtinası qəbul edilsin apellyasiya icraatına xitam verilsin. Iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 200 (iki yüz) manat cavabdeh Cavabdeh Damat oğlundan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ** saylı hesaba keçirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar