Məhkəmə qərarları › İş №2(103)-641/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-641/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-641/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "X3" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(001)- 54/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cəmi 15028.99 ABŞ dolları məbləğində kredit borcunun - bundan 9458.66 ABŞ dolları əsas borc, 3928 ABŞ dolları faiz borcu, 1642.33 ABŞ dolları isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsumun cavabdehlərdən tutularaq ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməsi, paylı mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh4 10/12 hissə, Cavabdeh3 1/12 hissə, Cavabdeh2 1/12 hissədə məxsus olan ünvan 1 ünvanında yerləşən, 64.2 kv.m yaşayış, 37.0 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, evin satışından əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin ləğv prosesində olan “Dekabank" X6 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və mənzil hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(001)- 54/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin əmlakın ilkin satış qiymətinin 121.500 manat müəyyən edilməsi hissəsində ləğv edilməklə əmlakın ilkin satış qiymətinin yenidən müəyyən edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında iddiaçının nümayəndəsi iddiaçı ləğv prosesində olan "X3" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətindən imtinaya dair ərizəsini məhkəməyə təqdim edərək, qətnamədən verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(001)- 54/2021 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsinin verdiyi apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(001)-54/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan "X3" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar