Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6413/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-785/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 21R000006616 saylı kredit razılaşması üzrə 10903.22 ABŞ Dolları məbləğində kredit borcu, 14017.35 ABŞ Dolları məbləğində faiz borcu və 8246.06 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33166 (otuz üç min yüz altmış altı) ABŞ Dolları 63 (altmış üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisinin açıq hərracdan satılması, 33166 (otuz üç min yüz altmış altı) ABŞ Dolları 63 (altmış üç) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğindədövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 ipoteka predmeti olan əmlaka istifadə hüquqlarının itirilməsinə, onların həmin əmlakdan çıxarılmasına, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-785/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10903.22 ABŞ Dolları məbləğində kredit borcu, 14017.35 ABŞ Dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 25420.57 (iyirmi beş min dörd yüz iyirmi dollar əlli yeddi sent) ABŞ dolları və 15 (on beş) manat dövlət rüsumunun tutulması, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisinə yönəldilməsi, həmin əmlak 23535 (iyirmi üç min beş yüz otuz beş) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 25420.57 (iyirmi beş min dörd yüz iyirmi dollar əlli yeddi sent) ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaitinin ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. 14 sentyabr 2021-ci il tarixdə İddiaçı QSC məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina etdiyini və iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ərizəni müdafiə etdiklərini bildirərək izahatlarında göstərdilər ki, tərəflər arasında artıq barışıq əldə olunub və banka olan borclarını ödəmişlər və ona görə də məhkəmədən ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-785/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 14.09.2021-ci il tarixli ərizədən görünür ki, cavabdeh tərəfindən banka olan borc sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənilmişdir. Ona görə də iddiaçı iddia tələblərindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Quliyev Bəxtiyar Səməndər oğlu və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Quliyeva Səltənət Elburus qızının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-785/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-785/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6413/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6413/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver