Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6422/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən İddiaçı MMC-nin nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiyaşikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən İddiaçı MMC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 4295,19 manatın, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh1 xx.xx.2014cü il tarixli, 1-xx.xx.2014-SM1 saylı kredit müqaviləsi üzrə yaranmış 4295,19 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh1, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən, ona illik 22% dərəcəsi ilə 36 ay müddətinə 7000 manat kredit verilmişdir. Lakin həmin pul onun tərəfindən deyil, zamin olan cavabdeh tərəfindən götürülmüş və müəyyən məbləğ ödənildikdən sonra 4295,19 manat borc qalmışdır. Hazırda həmin şəxslə əlaqə saxlayıb borcu ödətdirə bilmir. O, bu barədə bildirsə də, məhkəmə bu halı araşdırmamışdır. Hazırda heç yerdə işləmir, pensiya alır və borcu ödəmək qabiliyyətində deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni Cavabdeh1 mübahisələndirdiyi hissədə yoxlanmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına görə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 22 % dərəcəsi ilə 36 ay müddətinə 7000 manat kredit verilmişdir. Cavabdeh2 həmin tarixli zaminlik müqaviləsi ilə, kredit müqaviləsinin təminatı kimi bankın tələb hüququna zamin durmuşdur. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, kredit məbləğini Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1, ödəmələri qrafik üzrə aparmamış və öhdəliyin icrasını gecikdirmişdir. Bank tərəfindən, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıqlar edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh1 banka olan əsas borcu 4295,19 manat təşkil edir. Qeyd edilənlər iddia ərizəsi, xx.xx.2014-cü il tarixli, 1-xx.xx.2014-SM1 saylı kredit və zaminlik müqavilələri, xx.xx.2014-cü il tarixli kassa məxaric orderi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərənvcamının icrası ilə əlaqədar “xxxxxxxxxxx” QSC tərəfindən“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin stın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2018-ci il tarixli, S-FK-1138 saylı akt və işdə olan digər sənədlərlə təsdiqini tapır. Belə olan halda, Mülki Məcəllənin 739.1-ci, 741-ci və 477-ci maddələrinə əsasən, qətnamədə qeyd olunan məbləğdə əsas borcun Cavabdeh1 iddiaçının xeyrinə tutulması əsaslıdır. MM-in 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh1, apellyasiya şikayətində sözügedən kredit müqaviləsinin bankla onun arasında bağlanmasına baxmayaraq, kredit məbləğinin zamin olan digər cavabdeh Alxan Məmmdov tərəfindən götürüldüyünü və istifadə edildiyini bildirsə də, Kollegiya bu dəlilləri əsaslı saymır. Ona görə ki, cavabdeh məhkəmyə bu halları təsdiq edən mötəbər və kifayətedici sübutlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1279/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6422/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6422/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver