Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6430/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı (nümayəndəsi-vəkili Nümayəndə) tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4695/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-3-cü bəndinə əsasən iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.
3. Binəqədi Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı yaşayış minimumunun, dolayısı ilə minimumum əmək haqqının artmış olmasına istinad edərək, qətnamə ilə müəyyən edilən alimentin artırılmasını xahiş etmişdir. Buna görə məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbulundan imtina edilərək iddiaçıya alimentin indeksasiyasi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah edilmişdir.
Şikayətin dəlilləri:
4. İddiaçı (nümayəndəsi-vəkili Nümayəndə) qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icrata qəbul edilərək baxılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Мəhkəməsinin e-2(001)- 3654/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment hər ау hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilmişdir. Halbuki, “Azərbaycan Respubikasında 2022-ci il üçün уаşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün уаşaуış minimumunun məbləgi 193 manat müəyyən edilmişdir. Qeyd edilən Qərara müvafiq indeksasiya barədə müraciət etdiyi halda onun uşaqlarına indeksasiya 2022-ci il üçün olan, üşaqlar üçün müəyyən edilmiş minimum məbləğindən aşağı olaraq qət edilmiş 360 manat məbləğinə uygun olaraq hesablanacaq. Bu isə uşaqların manafeyinə ziddir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Odur ki, hazırda hər iki uşağın saxlanılması üçün cavabdehdən hər ау hər uşağa görə 246 manat, cəmi 492 manat sablt pul məbləğində aliment tutulmalıdır.
Tətbiq edilən hüquq normaları:
6. Azərbaycan Respublikası MPM-nin153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir.
7. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir.
8. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.
9. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
10. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-3-cü bəndində göstərilir: Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4695/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı yaşayış minimumunun, dolayısı ilə minimumum əmək haqqının artmış olmasına istinad edərək, qətnamə ilə müəyyən edilən alimentin artırılmasını xahiş edir.
13. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsində qeyd edilmişdir ki, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir.
15. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-3-cü bəndinə əsasən əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
16. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-4695/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov