Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-644/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “Unibank” Kommersiya Bankı” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 8.811,72 manat, faiz borcu kimi 596,76 manat, cərimə kimi 26,92 manat, cəmi 9.435,40 manat, habelə dövlət rüsumunun əvəzi kimi 114,36 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 8.811,72 manat, faiz borcu kimi 596,76 manat, cərimə kimi 26,92 manat, cəmi 9.435,40 manat, habelə dövlət rüsumunun əvəzi kimi 114,36 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı “Unibank” Kommersiya Bankı” ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1266nkMDK/21 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 8.812 manat kredit verilib. Kredit 60 ay müddətinə, yəni xx.xx.2026-cı il tarixədək verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 12 faiz müəyyən edilib. Cavabdeh müqavilə öhdəliyini pozub, yəni kredit müqaviləsi üzrə borcu və onun faizlərini vaxtında ödəməyib, ona görə də iddiaçı məhkəməyə müraciət edib. İddiaçının verdiyi maliyyə arayışına (iş v. 6) görə, xx.xx.2022-ci il tarixinə əsas borcun məbləği 8.811,72 manat, faiz borcunun məbləği 596,76 manat, cərimə borcunun məbləği 26,92 manat təşkil edir. Apellyasiya icraatı zamanı iş üzrə mühasibat ekspertizası təyin edilib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/236 nömrəli ekspert rəyinə görə, əsas borcun məbləği 8.790,81 manat, faiz borcunun məbləği 617,98 manat təşkil edir. Göründüyü kimi, qətnamədə əsas borcun məbləği mövcud olduğundan 20,91 manat artıq müəyyən edilib. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə əsas borcun məbləğinə aid hissədə dəyişdirilməli, əsas borcun məbləği 8.790,81 manat müəyyən edilməlidir. Əsas borcun məblğinin dəyişməsi ümumi borcun məbləğinə təsir etdiyinə görə qətnamə ümumi bocun məbləğinə aid hissədə də dəyişdirilməlidir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsas borcun və ümumi borcun məbləğinə aid hissədə dəyişdirilsin. Əsas borcun məbləği 8.790,81 manat, ümumi borcun məbləği 9.414,49 manat müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 manatın 50 manatı Cavabdeh, 50 manatı “Unibank” Kommersiya Bankı” ASC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-644/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-644/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver