Məhkəmə qərarları › İş №2(103)-6443/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6443/2024

07.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6443/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X6 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı cavabdeh X3 qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə daxil olma, qapının məcburi açılması, maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2991/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh X3 (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilmiş) qarşı “torpaq sahəsinə daxil olma, qapının məcburi açılması, maneələrin aradan qaldırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına daxil olmağa edilən maneələrin Cavabdeh qadağan edilməsi, cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması, müvafiq ərazi idarəsinin mütəxəssislərinin (mühəndis) qeyd olunan torpaq sahəsinə daxil olmasına, ölçü işlərinin apanlması və qapının məcburi açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 2991/2024 nömrəli qərardadı ilə (hakim E.İ.Məmmədli) mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

3. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, daha əvvəl iddiaçılar İddiaçı və X5 cavabdehlər Cavabdeh və X1 qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 3/920 saylı, sahəsi 750 kv.m olan, Şağan qəsəbəsi Yarıməmməd Əsədullayev küçəsi 164 ünvanında cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 nömrəli qətnaməsi ilə iddiaçılar X5 və İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı “torpaq və qeyri-qanuni tikilidən çıxarılma” tələbinə dair iddiası rədd edimişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının hazırki iddia tələbi də Bakı şəhəri Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 3/920 saylı, sahəsi 750 kv.m olan torpaq sahəsi ilə bağlıdır. Göründüyü kimi, məhkəmənin qanununi qüvvəyə minmiş qətnaməsi ilə hazırki iddiaçının eyni cavabdehə qarşı eyni mübahisə predmeti barədə iddia tələbi subyektiv hüququnun olmaması əsası ilə rədd edilmişdir. Belə ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 750 kv.m sahəsi olan, 3/980 saylı torpaq sahəsi ilə bağlı İddiaçı adına verilmiş “torpaq sahəsinin plan-ölçüsü” xx.xx.2007-ci il tarixində uçota alınmışdır. Bununla da müəyyən olunur ki, həmin torpaq sahəsinə dair plan-ölçü 2(003)-1758/2019 saylı mülki işə baxılan zaman mövcud olmuşdur.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinə iddia icraatı qaydasında baxılması barədə iş üzrə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, burada eyni predment yoxdur, belə ki, xx.xx.2019-cu il tarixli, 2(003)-1758/2019 saylı iş üzrə qaldırılmış iddia Cavabdeh qarşı“torpaq və qeyri-qanuni tikilidən çıxarılma” tələbi olmuşdur. Hazırki iddia üzrə isə iddia tələbi ilə yenidən məhkəməyə müraciət edərək “ünvan 2 ünvanına daxil olmağa edilən maneələrin Cavabdeh qızma qadağan edilməsi, cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması, müvafiq ərazi idarəsinin mütəxəssislərinin (mühəndis) qeyd olunan torpaq sahəsinə daxil olmasına, ölçü işlərinin aparılması və qapının məcburi açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi Bakı şəhəri, Əzizbəyov rayon XDSnin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 3/920 saylı, sahəsi 750 kv.m olan torpaq sahəsi ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, idiaçının mübahisəli torpaq sahəsi ilə bağlı eyni cavabdehə qarşı iddia tələbi iddiaçının subyektiv hqüqunun olmaması əsası ilə rədd edilmişdir. Göründüyü kimi, məhkəmənin qanununi qüvvəyə minmiş qətnaməsiilə hazırki iddiaçının eyni cavabdehə qarşı eyni mübahisə predmeti barədə iddia tələbi subyektiv hüququnun olmaması əsası ilə rədd edilmişdir. Məsələ ondan ibarətdir ki, burada plan ölçü sənədi və ekspert rəyləri vardır ki, buda sübut edir ki, torpaq sahəsinə İddiaçı subyektiv hüququ vardır. Məhkəmə MPM-in 261.0.2-ci maddəsi üzrə iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab etmişdir. Bu isə tamamilə yanlış və əsassızdır.

6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2991/2024 nömrəli qərardadı ləğv edilməli və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

11. İşdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-1758/2019 nömrəli iş üzrə iddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh və X1 qarşı tələbi Bakı şəhəri Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 3/920 saylı, sahəsi 750 kv.m olan, Şağan qəsəbəsi Yarıməmməd Əsədullayev küçəsi 164 ünvanında cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin ona qaytarılması ilə bağlı olmuşdur.

12. Hazırda iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsaslanmaqla qaldırılmışdır. Həmin mənktubdan görünür ki, iddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı həmin quruma müraciət etmiş, lakin şərti göstərilən torpaq sahəsi digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi üçün müraciət təmin edilməmişdir.

13. İddiaçının hazırki tələbi də məhz müvafiq idarənin mütəxəssislərinin (mühəndis) qeyd olunan torpaq sahəsinə daxil olmasına, ölçü işlərinin aparılması və qapının cavabdeh tərəfindən məcburi açılması ilə bağlıdır.

14. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbi əvvəlki işlər üzrə tələbləri ilə eynilik təşkil etmir.

15. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərardadında istinad olunan hallar iddianın təmin və ya rədd olunmasına əsas ola biləcək hallardır.

16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2991/2024 nömrəli qərardadı ləğv edilsin, iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar