Məhkəmə qərarları › İş №2(103)-6447/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6447/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6447/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(003)-46/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27781,32 manat məbləğində əsas borc, 621,91 manat məbləğində faiz borcu, 107,20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28510,43 manat məbləğində pul vəsaitinin, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu, 20 manat xidmət haqqı və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ASCnin xeyrinə tutulması, tutmanın cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 3 otqalı, 197.6 kv.m ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahəsindən ibarət 1998 saylı bağ evi və 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədikdə qalan hissəsinin ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra cavabdehin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun bağ evindən çıxarılması və boşaldılaraq banka təhvil verilməsi, kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(003)-46/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 30.08.2010-cu il tarixli, 284/255 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 30.08.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 27781,32 manat məbləğində əsas borc, 621,91 manat məbləğində faiz borcu, 107,20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28510,43 manat məbləğində pul vəsaiti, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu, 20 manat xidmət haqqı və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin (İddiaçı İKB ASC) xeyrinə tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri,Corat bağlar ərazisində yerləşən 3 otqalı, 197.6 kv.metr ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahəsindən ibarət 1998 saylı bağ evi və 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 70 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi ərizə və barışıq sazişi təqdim edərək, təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Cavabdeh barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişində aşağıdakılar göstərilmişdir:

1. Borclu Cavabdeh "xxxx" ASC-yə 30 avqust 2010-cu il tarixli kredit razılaşması üzrə 21808.10 AZN əsas, 327.56 AZN faiz, 75.58 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 22211.24 AZN məbləğində borcunun olmasını qəbul etmişdir.

2. 30 avqust 2010-cu il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 3 otaqlı, 197.6 kv.m ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahəsindən ibarət 1998 saylı bağ evi və 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti (likvid dəyəri) tərəflərin qarşılıqlı razılığına əsasən 80800 manat məbləğində müəyyən edilsin.

3. Borclu 23644.44 AZN (22211.24 AZN kredit borcu və illik 8% hesablanmaqla 18 ay müddətinə 1433.20 AZN faiz borcu) məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.

Aylıq Əsas Ödənişin cəmi borcdan Ödəniş günləri Faiz ödənişi (AZN) sayı ödəniş ödəniş (AZN) (AZN) 1 15.10.2021 1314 1165.93 148.07 2 15.11.2021 1314 1173.70 140.30 3 15.12.2021 1314 1181.52 132.48 4 14.01.2022 1314 1189.39 124.61 5 15.02.2022 1314 1197.32 116.68 6 15.03.2022 1314 1205.30 108.70 7 15.04.2022 1314 1213.33 100.67 8 16.05.2022 1314 1221.42 92.58 9 15.06.2022 1314 1229.56 84.44 10 14.07.2022 1314 1237.75 76.25 11 15.08.2022 1314 1246.00 68.00 12 15.09.2022 1314 1254.30 59.70 13 14.10.2022 1314 1262.66 51.34 14 15.11.2022 1314 1271.08 42.92 15 15.12.2022 1314 1279.55 34.45 16 16.01.2023 1314 1288.07 25.93 17 15.02.2023 1314 1296.66 17.34 18 15.03.2023 1306.44 1297.70 8.74 Cəmi: 23644.44 22211.24 1433.20

4. Borclu sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 3 otaqlı, 197.6 kv.m ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahəsindən ibarət 1998 saylı bağ evi və 0.12 ha torpaq sahəsini girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi "xxxx" ASC öz öhdəsinə götürür.

5. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 22211.24 AZN borcu, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin (depozit) hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun.

6. Tərəflər bu sazişin 3-cü bəndində qeyd olunan müddətdə, ipoteka ilə yüklü edilmiş əmlaka Monitorinq keçirilməsinə dair razılığa gəlir. Borclu tərəfindən Monitorinq keçirilməsinə şərait yaradılmaması bu sazişin şərtlərinin pozulması kimi hesab edilsin.

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

8. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

11. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

12. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

13. Bu barışıq sazişi 3 (üç) nüsxədə Bakı şəhərində, 27 sentyabr 2021-ci il tarixdə imzalanmışdır. Kollegiya izahatları dinləyib, barışıq sazişi və iş materiallarını tədqiq edərək hesab edir ki, saziş təsdiq olunaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Borclu Cavabdeh "xxxx" ASC-yə 30 avqust 2010-cu il tarixli kredit razılaşması üzrə 21808.10 AZN əsas, 327.56 AZN faiz, 75.58 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 22211.24 AZN məbləğində borcunun olmasını qəbul etmişdir.

2. 30 avqust 2010-cu il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 3 otaqlı, 197.6 kv.m ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahəsindən ibarət 1998 saylı bağ evi və 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti (likvid dəyəri) tərəflərin qarşılıqlı razılığına əsasən 80800 manat məbləğində müəyyən edilsin.

3. Borclu 23644.44 AZN (22211.24 AZN kredit borcu və illik 8% hesablanmaqla 18 ay müddətinə 1433.20 AZN faiz borcu) məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.

Aylıq Əsas Ödənişin cəmi borcdan Ödəniş günləri Faiz ödənişi (AZN) sayı ödəniş ödəniş (AZN) (AZN) 1 15.10.2021 1314 1165.93 148.07 2 15.11.2021 1314 1173.70 140.30 3 15.12.2021 1314 1181.52 132.48 4 14.01.2022 1314 1189.39 124.61 5 15.02.2022 1314 1197.32 116.68 6 15.03.2022 1314 1205.30 108.70 7 15.04.2022 1314 1213.33 100.67 8 16.05.2022 1314 1221.42 92.58 9 15.06.2022 1314 1229.56 84.44 10 14.07.2022 1314 1237.75 76.25 11 15.08.2022 1314 1246.00 68.00 12 15.09.2022 1314 1254.30 59.70 13 14.10.2022 1314 1262.66 51.34 14 15.11.2022 1314 1271.08 42.92 15 15.12.2022 1314 1279.55 34.45 16 16.01.2023 1314 1288.07 25.93 17 15.02.2023 1314 1296.66 17.34 18 15.03.2023 1306.44 1297.70 8.74 Cəmi: 23644.44 22211.24 1433.20

4. Borclu sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 3 otaqlı, 197.6 kv.m ümumi, 65.79 kv.m yaşayış, 131.81 kv.m yardımçı sahəsindən ibarət 1998 saylı bağ evi və 0.12 ha torpaq sahəsini girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi "xxxx" ASC öz öhdəsinə götürür.

5. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 22211.24 AZN borcu, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin (depozit) hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun.

6. Tərəflər bu sazişin 3-cü bəndində qeyd olunan müddətdə, ipoteka ilə yüklü edilmiş əmlaka Monitorinq keçirilməsinə dair razılığa gəlir. Borclu tərəfindən Monitorinq keçirilməsinə şərait yaradılmaması bu sazişin şərtlərinin pozulması kimi hesab edilsin.

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

8. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

11. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

12. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

13. Bu barışıq sazişi 3 (üç) nüsxədə Bakı şəhərində, 27 sentyabr 2021-ci il tarixdə imzalanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-46/2021 saylı iş üzrə 12 mart 2021ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 70 (yetmiş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar