Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6450/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. 17 noyabr 2017-ci tarixli "Nəqliyyat vasitəsinin alğı-satqı" müqaviləsi əsasında Cavabdeh **-BA-*** qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli "Mitsubishi Pajero" markalı avtomobili İddiaçı 17000 manata satmışdır, sonradan həmin avtomobil İddiaçı xəbəri olmadan Cavabdeh tərəfindən digər şəxslərə satılmışdır.
2. İddiaçı dəymiş zərərin əvəzinin cavabdehdən alınması ilə bağlı məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24000 (iyirmi dörd min) manat pulun və 162 (yüz altmış iki) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsinin 16 may 2019-cu il tarixli, İş № 1(012)-151/2019 saylı hökmü ilə iddiaçının mülkiyyətində olan 2007-ci il buraxılışlı, Qara metallik rəngli, Mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı 90MA754 olan, Mitsubishi Pajero minik avtomobili həmin cinayət işində zərərçəkmiş şəxs olan Cavabdeh qaytarılmışdır. İddiaçı Abşeron rayon məhkəməsinin 16 may 2019-cu il tarixli, İş № 1(012)- 151/2019 saylı hökmündən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019- cu il tarixli, 1(105)-314/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, İş № 1(102)- 240/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş və iş baxılması üçün yenidən Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. AR Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, İş № 1(102)-240/2020 saylı qərarı ilə işin müəyyən edilmiş halları: Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qarşı qaldırılmış hər hansı bir iddianın olmadığı, avtomobilin İddiaçı mülkiyyətində olmasını təsdiq edən texniki pasportun mübahisələndirilməsi və həmin sənədin ləğv edilməsinə dair heç bir hüquqi əsas olmadığına baxmayaraq, aşağı instansiya məhkəmələri tərəfindən əsassız olaraq Cavabdeh qeyd olunan avtomobilin faktiki sahibi olması nəticəsinə gəlinmiş və iş üzrə maddi sübut olan "Mitsubishi Pajero" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin və apellyasiya instasiyası məhkəmələrinin mübahisə predmeti olan maşını həmin əşya üzərində heç bir hüquqi əməliyyat edilməmiş kimi Cavabdeh qaytarması qanunsuzdur. Belə ki, yuxarıda qeyd olunduğu kumi,17 noyabr 2017-ci tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı" müqaviləsindən görünür ki, Cavabdeh **-BA-*** qeydiyyat nişanlı, 2007-cı il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli "Mitsubishi Pajero" markalı avtomobili İddiaçı 17000 manata satmışdır. Mülki qanunvericiliyə əsasən həmin müqavilənin etibarsızlığına dair hər hansı bir mübahisə olarsa, həmin mübahisə mülki mühakimə icraatı qaydasında həll olunmalıdır. Lakin hazırkı iş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanmış alqı- satqı müqaviləsinin mübahisələndirilmədiyi aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və həmin müqavilənin predmeti olan avtomobil heç bir hüquqi əsas olmadan Cavabdeh qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarı iş üzrə maddi subut kimi tanınmış və DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət" qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh qaytarılması və cinayət işi üzrə müİki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı Cavabdeh mülki cavabdeh X7 qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı Cavabdeh mülki iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, İş 1(105)-230/2020 saylı qərarı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178..2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü maddi sübuta aid hissəsində dəyişdirilmiş, hökmdə “Mitsubushi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Cavabdeh qaytarılsın” ifadəsi “Mitsubishi Pajero” markalı, 99-MA754 qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilməmiş, maraqlarına toxunan İddiaçı apelyasiya şikayəti təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, İş 1(105)- 230/2020 saylı qərarı ilə, X5 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-230/2020 saylı 09 oktyabr 2021-ci il tarixli qərarı üzrə X3 maraqlarına toxunan şəxs hesab edilmiş, X3 tərəfindən verilmiş kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verildiyi üçün baxılmamış saxlanılmış, X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə uyğun olaraq maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən təqdimatın verilməsi məsələsinin həll edilməsi üçün müraciət etmək hüququ izah edilmişdir. Lakin, hazırkı vaxtadək belə bir təqdimat verilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı bu günədək qüvvədədir. Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və onun əsasında qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü hazırda qanuni qüvvədədir. İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı 2007-ci il buraxılışlı, Qara metallik rəngli, Mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı 99TA891 olan, Mitsubishi Pajero minik avtomobilinin alqı-satqısı haqqında cavabdehlər Cavabdeh və X3 arasında xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və 2007-ci il buraxılışlı, Qara metallik rəngli, Mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı **-TA-*** olan, Mitsubishi Pajero minik avtomobilinin tam saz (istifadəyə yararlı) və zədəsiz vəziyyətdə X1 alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş 2007-ci il buraxılışlı, **-TA-*** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik avtomobilinin alqı-satqısı barədə Cavabdeh və X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, 2007-ci il buraxılışlı, **-TA-*** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik avtomobil X1 alınaraq İddiaçı verilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsindən iddianın təmin edilmədiyi hissədə iddiaçı, iddianın təmin edildiyi hissədə isə cavabdeh apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 saylı qondarma qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)- 3194/2022 saylı qətnmaəsində məhkəmə göstərmişdir ki, cavabdeh X3 avtomobili 24000 (iyirmi dörd min) manata alarkən avtomobilin mübahisəli olduğunu Cavabdeh həmin avtomobili satmaq səlahiyyətinin olmadığını bilmədiyindən vicdanlı alıcıdır, ona görə də alqı-satqı müqaviləsi ləğv edilə bilməz, lakin İddiaçı Cavabdeh qarşı iddia qaldımaq hüququna malik olduğu izah edilmişdir. AR Ali Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli iş 2(102)- 4544/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, zərərçəkən Cavabdeh birbaşa dələduzluq edərək Xələfov Anar zərər vurduğundan ona vurulmuş zərəri Xələfov Anar ödəməlidir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, avtomobilin Cavabdeh verilməsi haqqında Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ləğv edilmişdir. Beləliklə müəyyən olunur ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus avtomobili Baxışov Comərdə sataraq 24000 (iyirmi dörd min) manat məbləğində qanunsuz varlanmışdır. Ona görə də, iddiaçıya vurulmuş zərəri Cavabdeh ödəməli, sonradan dələduzluq nəticəsində ona vurulmuş zərərlə bağlı X7 qarşı vurulmuş zərəri tələb etməlidir. Qeyd edilməlidir ki, Cavabdeh avtomobil barəsində sərəncam vermək hüququnu Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmündəki “Mitsubushi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Cavabdeh qaytarılsın” ifadəsinə əsasən əldə etdiyindən və hökmdəki həmin ifadə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020- ci il tarixli qərarı ilə dəyişdirilərək “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edildiyindən Cavabdeh işin məhkəmələrdə baxışını davam etdirildiyini bildiyindən Cavabdeh aldatma yolu ilə hərəkət edərək avtomobili Bağırov Comərdə satmışdır. Qeyd edilməlidir ki, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmündəki “Mitsubushi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Cavabdeh qaytarılsın” ifadəsi Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə “Mitsubishi Pajero” markalı, 99-MA754 qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsilə əvəz edildiyindən Cavabdeh avtomobili satmaq səlahiyyəti olmamışdır. Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli və Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarları ilə İddiaçı vicdanlı alıcı olması və avtomobilin ona verilməli olması barədə qərar qəbul edilmiş və həmin qərarlar qanuni qüvvəsindədir. Həmin qərarlarla cinayət hadisəsinin olub-olmaması deyil, avtomobilin kimə verilməsi, əsl mülkiyyətçinin kim olması müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin 14.2., 14.2.6. və 14.2.7. maddəsinə əsasən başqa şəxsə zərər vurulması və əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. AR Mülki Məcəlləsinin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AR Mülki Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. AR Mülki Məcəlləsinin 1091.2. maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə mübahisələndirilmir ki, Cavabdeh avtomobilin verilməsinə əsas olmuş Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, İş № 1(012)-151/2019 saylı hökmü avtomobilin Cavabdeh verilməsi hissəsində ləğv edilmiş və Cavabdeh mülkiyyətçi olması ilə bağlı əsaslar sonradan aradan qaldırılmışdır. Cinayət işi üzrə hökm və məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, avtomobilin qiyməti 22000 (iyirmi iki min) manat olmuşdur. Lakin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə mülki icraat zamanı Bağırov Comərd bildirmişdir ki, həmin avtomobili hazırkı iş üzrə cavabdehdən 24000 (iyirmi dörd min) manata almışdır. AR Mülki Məcəlləsinin 1092.1. maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni zamanda iddia tələbində qeyd edilmişdir ki, Cavabdeh avtomobilin satışından əldə etdiyi 24000 (iyirmi dörd min) manat məbləğində pulun İddiaçı qaytarması haqqında qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh avtomobilin satışından əldə etdiyi 24000 (iyirmi dörd min) manat pulun və 162 (bir yüz altmış iki) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsi (hakim Şəhriyar Əliyev) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 17000 (on yeddi min) manat və dövlət rüsumu qismində ödənilmiş 141 (yüz qırx bir) manat alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.2, 1093.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 82.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2, 8.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə avtomobilin dəyərinin müəyyən edilməsi üçün heç bir addım atmamışdır. Belə ki, Mitsubishi Pajero - Azərbaycan - Turbo.Az internet portalından görünür ki, 2007-ci il buraxılışlı Mitsubishi Pajero markalı avtomobilin qiyməti 22000-24500 manat arasında dəyişir və bu avtomobilin sazlıq vəziyyətindən asılıdır. Qeyd edilməlidir ki, avtomobil 17000 manata alınsa da, iddiaçının həyat yoldaşı X10 həmin avtomobili əsaslı təmir etdirmiş, avtomobilin motorunu düzəltdirmiş, təzə təkərlər qoymuş, avtomobili salonunu və üzərinin rəngini əsaslı təmir etdirmiş və ona görə də həmin avtomobilin 2017-ci ilin noyabr ayına olan likvid qiyməti 22000 manat olmuşdur. Məhkəmənin avtomobilin qiymətinin 17000 manat olması nəticəsinə gəlməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Məhkəmə son iclasa iddiaçının nümayəndəsi gecikdiyinə görə iddiaçı X6 şahid qismində dindirilməsini təmin edə bilməmişdir. Avtomobilin qiymətinin 17000 manat olması heç nə ilə sübuta yetirilmir. Əksinə hökmdən, hökmdə istinad edilmiş ekspertiza rəyindən və bugünki bazar qiymətlərindən görünür ki, avtomobilin qiyməti ən azı 22000 manatdır. İddiaçının həyat yoldaşı X10 şahid qismində dindirilməlidir. Həmin şahidin məhkəmədə iştirakını özümüz təmin edəcəyik. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən 18 sentyabr 2018-ci il tarixli 19477 saylı mübahisəsi gedən avtomobilin qiymətinin müəyyən edilməsinə dair məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin təsdiq edilmiş surəti alınaraq işə əlavə edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
11. Maddə 14.2.6. mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.
12. Maddə 21.2 zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
13. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 1091.1. əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
15. Maddə 1091.2. əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
16. Maddə 1092.1. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
17. Maddə 1092.2. əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
18. Maddə 1093.2. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə və əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.3. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Maddə 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və tələbin tam təmin edilməsini xahiş etdiyindən qətnamə iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 16 may 2019cu il tarixli 1(012)-151/2019 saylı Hökmündən görünür ki, “17 noyabr 2017-ci i tarixli Bakı şəhərində bağlanmış “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsi əsasında Cavabdeh **- BA-*** qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli “Mitsubishi Pajero” markalı avtomobili İddiaçı 17000 manata satması” işin müəyyən olunmuş halı kimi qeyd edilmişdir.
33. İş materiallarında olan 11 mart 2020-ci il tarixli 1(102)-240/2020 nömrəli Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarı iş üzrə maddi sübut kimi tanınmış və DİN-in BDYP-in Siqnal idarəsinin 14 saylı dayanacağında saxlanılan “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh qaytarılması və cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı Cavabdeh mülki cavabdeh XXX oğluna qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı Cavabdeh mülki iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmişdir. Cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.
34. Eyni zamanda həmin Qərarda müəyyən edilmiş hal kimi, 17 noyabr 2017-ci il tarixli Bakı şəhərində bağlanmış “Nəqliyyat vasitəsinin alğı-satqı” müqaviləsi əsasında Cavabdeh **-BA-*** qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli “Mitsubishi Pajero” markalı avtomobili İddiaçı 17000 manata satması göstərilir.
35. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1(105)-230/2020 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)151/2019 saylı hökmü maddi sübuta aid hissədə dəyişdirilmişdir. Hökmdə “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Cavabdeh qaytarılsın” ifadəsi “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93Ü8L709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilmişdir.
36. Həmin Qərarda qeyd edilmişdir ki, 17 noyabr 2017-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsindən görünür ki, Cavabdeh **-BA-*** qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli “Mitsubishi Pajero” markalı avtomobili İddiaçı 17000 manata satmışdır.
37. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-4092/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və X2 qarşı “müqavilənin ləğv edilməsi” iddia tələbi qismən təmin edilmiş, 2007-ci il buraxılışlı, 99TA891 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik avtomobilinin alqı-satqısı barədə Cavabdeh və X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, 2007-ci il buraxılışlı, 99TA891 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik avtomobili X1 alınaraq İddiaçı verilməsi müəyyən edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
38. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2(103)-3194/2022 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4092/2021 saylı işi üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmiş, İddiaçı Cavabdeh və X2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətdə ona qaytarılması” tələbi təmin olunmamışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 4544/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
39. Eyni zamanda həmin qətnamədə qeyd edilmişdir ki, iddiaçı, məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı X7, yaxud Cavabdeh (əgər, o da iddiaçıya zərər vurulmasında iştirak etmişdirsə və ya əsassız varlanmışdırsa) qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir.
40. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 17 noyabr 2017-ci tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı" müqaviləsi əsasında Cavabdeh **-BA-*** qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli "Mitsubishi Pajero" markalı avtomobili İddiaçı 17000 manata satmışdır, sonradan həmin avtomobil İddiaçı xəbəri olmadan Cavabdeh tərəfindən digər şəxslərə satılmışdır, İddiaçı Cavabdeh və X2 qarşı “müqavilənin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, İddiaçı izah olunmuşdur ki, məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı X7, yaxud Cavabdeh qarşı ümumi qaydada tələb sürmək hüququna malikdir. Bununla belə, dəymiş ziyanın ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.
41. Kollegiya qeyd edir ki, iddiaçı dəymiş zərərin məbləği kimi 24000 manat göstərsə də, buna dair, o cümlədən avtomobilin dəyərini əhəmiyyətli dərəcədə artıran sübutlar iş materiallarına əlavə olunmamışdır. Lakin bundan fərqli olaraq iş materiallarından və iddia ərizəsindən avtomobilin iddiaçı tərəfindən 17000 manata alınması müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği, onun avtomobilə çəkdiyi xərcin məbləğinə uyğun olaraq müəyyən edilməlidir ki, bu da 17000 manat təşkil edir.
42. Qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 17000 (on yeddi min) manat, dövlət rüsumu qismində ödənilmiş məbləğdən isə 141 (yüz qırx bir) manat alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
43. Kollegiya iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi məhz tərəflər arasında olan alğı-satqı müqaviləsində müəyyən olunmuş mübahisəli əmlakın dəyərini mötəbər sübut hesab etməklə, zərərin məbləğini rəydə göstərilən qiymətlə müəyyən etməkdə haqlı olmuşdur.
44. Kollegiya iddiaçı tərəfin apellyasiya şikayətinin ekspert rəyi və şahidin dindirilməməsi ilə bağlı dəlilini də qəbul etmir. Belə ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh X4 aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.