Məhkəmə qərarları › İş №2(103)-6453/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6453/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6453/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh1-nin vəkili X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-4598/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş №2(004)-4598/19) iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 01L000002490 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə yaranmış 300.000 ABŞ dolları əsas borcu, 85.437,17 ABŞ dolları faiz borcu və 2.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 387.437,17 ABŞ dolları borc; xx.xx.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə yaranmış 250.000 ABŞ dolları əsas borcu, 68.100,21 ABŞ dolları faiz borcu və 1.500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 319.600,21 ABŞ dolları borc;xx.xx.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə yaranmış 250.000 ABŞ dolları əsas borcu, 58.008,78 ABŞ dolları faiz borcu və 1.500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 309.508,78 ABŞ dolları borc olmaqla, ümumilikdə 1.016.546,16 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə və Cavabdeh1-nin nümayəndəsi X3 isə xx.xx.2019-cu il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)‑4598/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətləri vermişlər. Mülki iş xx.xx.2019-cu il tarixdə cavabdehlərin apellyasiya şikayətləri ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov, iş №2(103)-14597/19) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)‑4598/19 nömrəli qətnaməsindən Cavabdeh1-nin nümayəndəsi qismində X3 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Allahverdiyev-sədrlik edən və məruzəçi, İ.Xələfov və G.Quliyev, iş №2(102)-1009/20) Cavabdeh1-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim V.Hacıyev, iş №2(004)-4598/2019) Cavabdeh1-nin nümayəndəsi qismində X2 iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4598/2019 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti, onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə geri qaytarılmışdır. Cavabdeh1-nin direktoru Cavabdeh2 və vəkili S.Babayev xx.xx.2020-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, vəkil S.Babayev tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(004)-4598/19 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmişdir və həmin apelyasiya şikayətinin geri qaytarılması əsassızdır. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin vəkili S.Babayev məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, vəkil S.Babayevin izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi və Bakı Apelyasiya Məhkəməsinin göstərişi ondan ibarət olmuşdur ki, apellyasiya şikayəti cavabdehin nümayəndəsi qismində S.Babayev tərəfindən imzalansa da, sonuncunun əsas iş yeri həmin hüquqi şəxs olan işçisi olduğunu təsdiq edən sənəd, yaxud vəkil orderi iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, Cavabdeh1-in nümayəndəsi sonradan müvafiq orderi məhkəməyə təqdim edərək qətnamədən verilmiş şikayətdə olan qüsuru aradan qaldırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya şikayətinin göstərilən əsaslarla qeyri-mümkün hesab edilməsinə dair qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı mövcuddur. Nəzərə alınmalıdır ki, Yasamal Rayon Məhkəməsi apelyasiya şikayətini məhz apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər əsasında geri qaytarmışdır və həmin göstərişlər verildikdən sonra müəyyən edilmiş nöqsan aradan qaldırılmışdır. Cavabdeh nöqsanı aradan qaldırmasına baxmayaraq nədənsə yenidən apelyasiya şikayətinin qaytarılması barədə qərardadı mübahisələndirmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar