Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6455/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4851/2020 saylı, 29 oktyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı icraçı direktoru X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.182,04 manat əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASCnin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (İddiaçı MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər SAVK-1845 nömrəli 05.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 30.11.2011-ci il tarixli təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh illik 20%-lə 24 ay müddətinə 5.200 manat kredit verilmişdir. 01.12.2011-ci il tarixli kassa məxaric orderinə imza etməklə Cavabdeh ayrılmış kredit məbləğini şəxsən almışdır. Kredit müqaviləsinin təminatı olaraq 30.11.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “VAZ-21074” markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilini "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-427/2019 saylı, 02.09.2019-cu il tarixli qətnaməsi ilə Məhkəmə Ekspertizası Mərkəzinin 05.08.2019-cu il tarixli 33426 nömrəli rəyinə əsaslanaraq Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə kredit müqaviləsi başa çatanadək 5.200 manat əsas borc və 3.983,15 manat faiz borcu olmaqla, cəmi 9.183,15 manat pul tutulması qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 02.09.2020-ci il tarixədək 2.182,04 manat əldən çıxmış fayda hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4851/2020 saylı, 29 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC BOKT-nın Cavabdeh qarşı “Cavabdeh 2.182,04 manat əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı icraçı direktoru X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4851/2020 saylı, 29 oktyabr 2020ci il tarixli qətnaməsi aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir. Belə ki, mübahisələndirilən qətnamədə məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli, 2(004)-427/2019-cu il tarixli qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi qət edildiyinə görə iddiaçı cavabdehə ləğv edilmiş 30.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 02.09.2020-ci il tarixədək 2.182,04 manat əldən çıxmış fayda hesablamaqda haqlı deyildir. Çünki verilmiş borc yaxşı təmin edilmiş ipoteka müqaviləsi üzrə öhdəliklə təminatlandırılmış və tutulan borc avtomobilə yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmışdır. "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında 30.11.2011-ci il tarixli, 320/11 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 5.200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-HG-*** dövlət qeydiyyat nişanlı, “VAZ -21074” markalı minik avtomobili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 02.09.2020-ci il tarixədək 2.182,04 manat məbləğində əldən çıxmış fayda hesablanmışdır. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Kreditorlar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi kreditorları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini 20 avqust 2020-ci il tarixədək icra etməmişdir. Həmçinin həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4851/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, həmçinin apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4851/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı icraçı direktoru X2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (İddiaçı MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər SAVK-1845 nömrəli 05.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. 30 noyabr 2011-ci il tarixli, 320/11 saylı təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh illik 20%-lə 24 ay müddətinə 5.200 manat kredit vermişdir. 01.12.2011-ci il tarixli kassa məxaric orderinə imza etməklə Cavabdeh ayrılmış kredit məbləğini şəxsən almışdır. Kredit müqaviləsinin təminatı olaraq 30.11.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “VAZ-21074” markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilini "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-427/2019 saylı, 02.09.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan X4 edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30.11.2011-ci il tarixli 320/11 nömrəli kredit müqaviləsi ləğv edilmiş, 30.11.2011-ci il tarixli 320/11 nömrəli kredit müqaviləsi üzrə 5.200 manat əsas, 3.983,15 manat faiz borcu olmaqla, cəmi 9.183,15 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, iddia tələbinin Cavabdeh mülkiyyətində olan “VAZ21074” markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, artıq qalan vəsaitin Cavabdeh qaytarılması, vəsait tələbin ödənilməsinə kifayət etmədiyi təqdirdə isə qalan məbləğindən ümumi qaydada Cavabdeh tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 05.08.2019-cu il tarixli 33426 nömrəli rəyinə əsaslanaraq Cavabdeh 5.200 manat əsas borc və 3983,15 manat faiz borcu olmaqla, cəmi 9183,15 manat pul tutulmasını qət etmişdir. 30.11.2011-ci il tarixli müqavilənin müddəti 30.11.2013-cü il tarixdə sona çatmasına baxmayaraq, ekspertizanıni rəyində 30.11.2011-ci il tarixli müqavilə üzrə borcun 5.200 manat əsas borc və 3983,15 manat faiz borcu olmaqla, cəmi 9183,15 manat borcun 28.09.2018-ci il tarixə hesablandığı göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Göründüyü kimi, 30 noyabr 2011-ci il tarixli, 320/11 saylı kredit müqavilənin müddətinin bitməsindən sonra 5 ilə yaxın müddət üçün pul vəsaiti məhkəmənin qətnaməsi ilə iddiaçının xeyrinə tutulmuş və tərəflər arasında bağlanan müqavilə ləğv edilmişdir. Hazırda isə iddiaçı ləğv edilmiş 30.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün cavabdehə 02.09.2020-ci il tarixədək 2.182,04 manat əldən çıxmış fayda hesablamışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli 2(004)-427/2019 nömrəli qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi qət edildiyinə görə iddiaçı cavabdehə ləğv edilmiş 30.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 02.09.2020-ci il tarixədək 2.182,04 manat əldən çıxmış fayda hesablamaqda haqlı deyildir. Məhkəmə belə hesab etmişdir ki, verilmiş borc yaxşı təmin edilmiş ipoteka müqaviləsi üzrə öhdəliklə təminatlandırılmış və tutulan borcun avtomobilə yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 30 noyabr 2011-ci il tarixli, 320/11 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün cavabdehdən 02.09.2020-ci il tarixədək 2.182,04 manat əldən çıxmış fayda tələb etməkdə haqlı deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı "xxxx" QSC BOKT-nın adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin icraçı direktoru Süleyman Bəkirovun apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, iddiaçı apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı "xxxx" QSC BOKT-nın adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin icraçı direktoru Süleyman Bəkirovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4851/2020 saylı, 29 oktyabr 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı icraçı direktoru X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4851/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6455/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6455/2021
24.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver