Məhkəmə qərarları › İş №2(103)-6456/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6456/2025

28.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6456/2025 28.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə nəticəsində icarə haqqının tutulması” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2(007)-2941/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3rşı “mənzildən istifadə nəticəsində icarə haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən onun razılığı və hüquqi əsas olmadan istifadə etməsinə görə, 2025-ci ilin iyun ayından başlayaraq cavabdeh həmin mənzili faktiki tərk edənədək hər ay üçün 450 (dörd yüz əlli) manat məbləğində icarə haqqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2(007)- 2941/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə nəticəsində icarə haqqının tutulması” tələbinə dair mülki işin icraatı dayandırılmışdır. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-2941/2025 saylı qərardadının ləğv edilməsi, iş üzrə icraatın bərpa olunaraq mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2(007)-2941/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər hakim iş üzrə icraatı dayandırmalıdır (254.1.4, 256.0.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarını müəyyən edərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarının siyahısı Mülki- Prosessual Məcəllənin 254.1-ci maddəsində verilmişdir. Həmin məcburiliyi şərtləndirən əsaslardan biri də mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan, iş üzrə preyudisial əhəmiyyət kəsb edən məsələnin nizamlananasınadək həmin işə baxılmasının ümumiyyətlə mümkün olmamasından ibarətdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə nəticəsində icarə haqqının tutulması” 2(007)-2941/2025 saylı mülki iş üzrə nəticənin iddiaçı X7 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair 2(007)-2786/2025 saylı mülki işin və iddiaçılar İddiaçı və X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 2-1(103)-2865/2025 saylı inzibati işin nəticəsindən asılılığının mövcudluğu aşkardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2(007)- 2941/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar