Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6457/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması; müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, birinci tələb üzrə iddiaçı (ikinci tələb üzrə cavabdeh) İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, birinci tələb üzrə cavabdeh (ikinci tələb üzrə iddiaçı) Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, birinci tələb üzrə İddiaçı Cavabdeh qarşı "borcun tutulması" və ikinci tələb üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-535/2023 saylı, 18 may 2023cü il tarixli qətnaməsindən ikinci tələb üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 21.000 ABŞ dolları məbləğində borc verməyi, Cavabdeh isə xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə həmin tarixdə 9 saylı notariat ofisində təsdiq edilməklə reyestrdə 3M-1210 nömrə ilə qeydiyyata alınmışdır.
2. Həmin müqavilənin sonuncu səhifəsinin iki ədəd surətlərinin sonluğunda qeyd olunan əlyazmaya əsasən müəyyən edilir ki, “Mən, Cavabdeh yazaraq, bildirirəm ki, bu müqavilədən göstərilən 21.000 ABŞ dolları məbləğində borcdan əlavə, İddiaçı 31.000 ABŞ dolları borc almışam. Bu borcu 15 dekabr 2021-ci ilə kimi qaytarmağı öhdəmə götürürəm. Məmmədov.D.Q. imza” məzmunlu və “Mən Cavabdeh İddiaçı olan 21.000 ABŞ dolları borcu hələ qaytarmamışam. Bundan əlavə aldığım 31.000 ABŞ dolları-dan da heç nə qaytarmamışam. xx.xx.2022 il, imza” məzmunlu qeydlər aparılmış və imza edilmişdir. Həmçinin borcun xx.xx.2021-ci il tarixədək qaytarılacağına dair qeyd əlavə olaraq İddiaçı özü və Səbzəliyev Zaur Z. tərəfindən imzalanmışdır. Sözügüdən qeydlər notarial qaydada təsdiq edilməmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və Cavabdeh tərəfindən əlyazma formasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qəbzə əsasən müəyyən olunur ki, həmin qəbzdə “Mən Cavabdeh bu günə kimi İddiaçı aldığım 52.000 ABŞ dolları məbləğində borcu qaytarmamışam. Bildirirəm ki, bu borcu 10 aprel 2022-ci il tarixinə kimi qaytaracağam. 16 mart 2022.” məzmunlu qeydiyyat aparılmış və imza edilmişdir.
4. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 21.000 ABŞ dolları məbləğində və həmin borcdan əlavə 31.000 ABŞ dolları olmaqla, cəmi 52.000 ABŞ dolları məbləğində borcu yarandığını etiraf etmiş və 52.000 ABŞ dolları borcunu bir ay müddətinə İddiaçı ödəməyi öhdəsinə götürmüşdür.
5. Nərimanov RPİ TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı barəsində onun Cavabdeh təhdid etməsi və hədə-qorxu gəlməsinə dair şikayəti üzrə araşdırma aparılmış və toplanmış materiallar üzrə İddiaçı əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanılması rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Birinci tələb üzrə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 52.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 14 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilməklə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə, o, cavabdehə 21.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh krediti xx.xx.2021-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə olaraq, o, cavabdehə 31.000 ABŞ dolları məbləğində borc pul vermişdir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə cavabdeh öz imzası ilə təsdiq etməklə, ondan ümumilikdə 52.000 ABŞ dolları məbləğində pul vəsaiti aldığını, həmin borc məbləğini iddiaçıya qaytarmadığını etiraf etmiş və borcu qaytaracağını öhdəsinə götürmüşdür. Həmçinin iddia ərizəsinə əlavə edilmiş video-yazı və onun stenoqramından görünür ki, cavabdeh ondan 52.000 ABŞ dolları məbləğində borc aldığını və qaytarmadığını etiraf edir. 11 may 2022-ci il tarixdə onunla cavabdeh arasında mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, cavabdeh ona ümumilikdə 52.000 (əlli iki min) ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, cavabdeh 52.000 ABŞ dolları məbləğində borc pulu bir ay müddətinə ona ödəməyi öhdəsinə götürmüşdür. Hal-hazıradək borc məbləği cavabdeh tərəfindən ona ödənilməmişdir.
8. İkinci tələb üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tərəfindən cavabdehdən guya 31.000 ABŞ dollar məbləğində borc alınması barədə xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilənin, kredit müqaviləsinin arxa tərəfində 31.000 ABŞ dollar borcun alınması və xx.xx.2021-ci ilə qədər qaytaracağı barədə tarixsiz əlyazma yazısı, xx.xx.2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazısı, xx.xx.2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazısı, borcun etirafı barədə səs yazılarının - bütün əqdlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehdən xx.xx.2021-ci il tarixdə onun yaşadığı evin yaxınlığında yerləşən 9 saylı notariat kontorunda kredit müqaviləsi üzrə iş ilə əlaqədar 21.000 ABŞ dolları məbləğində borc pul almışdır. Bunun müqabilində isə gördüyü iş uğurlu alınacağı təqdirdə borc götürdüyü məbləğdən başqa ona hədiyyə olaraq əlavə pul verəcəyini bildirmişdir. Lakin sonradan görəcəyi iş gözlədiyi kimi alınmadığından pulu vaxtında qaytara bilməmişdir. Bundan sonra o, İddiaçı tərəfindən hədə-qorxulara, təqiblərə və təhdidlərə məruz qalmışdır. Belə ki, İddiaçı öz qohumu və yaxın tanışı Zaur Səbziyevlə onu hədələməklə borca görə evini İddiaçı adına keçirməyi tələb etmişlər. Daha sonra notariat ofisinə gedib onu əlavə 31.000 ABŞ dolları məbləğində borcu olmasını rəsmiləşdirməyi tələb etmişlər. O, etiraz etməsinə baxmayaraq, onlar evi zorla boşaltdıracaqları barədə hədələməyə başlamışlar. Elxan yüksək şəkəri olan əsəbi bir insan olduğundan və onu çoxdan tanıdığından bilirdi ki, əsəbləşməklə onun səhhətinə ciddi xətər yetirə bilər. Ona görə də məcburiyyət qarşısında qalıb əlavə pul almasını yazmağa məcbur olmuşdur. Zaur Səbziyev isə ona 31.000 ABŞ dollarının verilməsinə şahid olmasına dair müqaviləni imzalamışdır. 2022-ci ilin yanvar ayında isə guya 31.000 ABŞ dolları da götürməyi barədə borc müqaviləsinin arxasına yenidən qeyd yazmalı olmuşdur. Çünki Elxan və Zaur yenidən evi boşaltmağı və ya notariusda evin çıxarışının onların adlarına keçirməyi tələb etmişlər. Halbuki, o, yalnız 21.000 ABŞ dolları məbləğində pulu borc olaraq notariusda təsdiqləmişdir. Bu hədələr, təhdidlər, tez-tez təkrarlandığından adətən dostlarının, qohumlarının yanında olarkən zəngləri qəbul etdiyindən onlar da ona ünvanlanan hədələrin və təhdidlərin şahidi olmuşlar. Yaxınları ona polisə müraciət etməyi məsləhət görsələr də, o, Elxanla 30 ilə yaxın dostluğu olduğunu və bu səbəbdən dözdüyünü bildirmişdir. 2022-ci ilin mart ayında Elxan yenidən borc müqaviləsinin arxasında guya 31.000 ABŞ dolları borcun da götürülməsi barədə qeyd yazmağını tələb etmişdir. Bundan bir müddət sonra Elxanla “Nizami” metrostansiyasının yaxınlığında görüşərkən bildirmişdir ki, onun yazdıqları kifayət etmir, vəkilləri onun borcun etirafı müqaviləsini də imzalamalı olduğunu bildirmişdir. Məcburiyyət qarşısında qalıb o, etiraf müqaviləsini də imzalamışdır. Çünki, ilkin borc pulun hamısını qaytara bilmədiyi üçün susmuşdur. İddiaçı nə desə təsdiq etməyə məcbur olmuşdur. Bunun digər səbəbi isə İddiaçı 70 yaşlı əsəbi bir insan olması, şəkərinin olması və həmin xəstəliklərin qəfil yüksəlməsi nəticəsində onun həyatını itirməsindən qorxmasıdır. İlkin olaraq aldığı 21.000 ABŞ dolları məbləğində pulu indiyə qədər hissə-hissə ödəməklə qaytara bilərdi, lakin İddiaçı borc pul alandan az sonra onu bu qədər yükləməsini nəzərə alaraq fikirləşmişdir ki, əgər ayda 1000 və ya 2000 manat olmaqla borcunu qaytararsa onun ümumiyyətlə borcu ödəmədiyi iddia olunardı. Bu səbəbdən borcu notarial qadada qaytarmağı düşünmüş, lakin hesab etmişdir ki, əksi olunacağı təqdirdə deyərdi. Buna görə də pulu elə notariusda qaytarmaq istəmişdir, lakin sonra düşünmüşdür ki, notariat ofisində əlavə olaraq 31.000 ABŞ dolları da üzərinə götürməyi onu məcbur edəcəklər. Bu səbəbdən mübahisə hazıradək açıq qalmışdır. Həmçinin qeyd etmişdir ki, Elxan onunla telefon yazışmasını və hətta guya 31.000 dollar almağı barədə videoçəkiliş də etdiyindən o, özünü gələcəkdə müdafiə etmək üçün məcbur qalaraq aralarında olan danışığı qeydə almışdır.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1292/2023 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-1292/2023 saylı mülki işin İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair 2(004)-535/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda, yəni 2(004)-535/2023 nömrəsi ilə baxılması qərara alınmışdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-535/2023 nömrəli, 18 may 2023cü il tarixli qətnaməsi ilə birinci iddia təmin edilərək Cavabdeh 52.000 (əlli iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması; ikinci iddia tələbinin rədd edilməsi qət edilmişdir.
12. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur, Cavabdeh tanıyır, İddiaçı isə tanımır. Cavabdeh onun yeznəsi, o isə onun qayınıdır. Mübahisə ilə bağlı bildirir ki, 2021-ci ilin payız ayları - oktyabrın axırı olan vaxtlar o, həmin yolu gedib-gəldiyinə görə axşamlar bacısıgilin evində qalırdı. Cavabdeh telefonla tez-tez kiminləsə danışdığını, problem və narahatçılığın olduğunu bilirdi. Cavabdeh borc haqqında ona demiş və ona 21.000 dollar borcunun olması barədə məlumat vermişdir. Bir gün Dilqəmə zəng olmuş, Dilqəm aşağı düşməyə məcbur olmuş və ona demişdir ki, nömrəsini yığacaq, telefonu açıq qoysun, düşüb onlarla söhbət edəcəkdir. Danışıqlara qulaq asarkən anlamışdır ki, onun yanında bir nəfər var. Suala cavab olaraq bildirmişdir ki, Cavabdeh ehtiyat edib ona telefon danışığına qulaq asmasını xahiş etmiş və düşünmüşdür ki, onu harasa apararlar, nəsə problem olar, belə olduğu tədqirdə dərhal polisə məlumat versin. O, otaqda tək oturaraq onların danışığına qulaq asmışdır. Söhbət əsnasında Cavabdeh hədə-qorxu gəlinir və deyilirdi ki, “Pul verilməsə cibindən nələrsə çıxa bilər. Özün bilirsən, pul başqa böyük adamlarındır, problem yaşayarsan.”. Həmçinin o, uşaqları ilə təhdid olunurdu. Dilqəmin oğlunun sürücülük vəsiqəsinin olduğunu və adına Ford markalı avtomobilin olduğunu bildiriblər. Əslində isə elə bir şey olmayıb. Cavabdeh oğlunun sürücülük vəsiqəsi belə yoxdur. Onlar kiminsə vasitəsi ilə həmin sənədi çıxartdırmışlar. O, bu olanları telefon vasitəsilə eşitmiş, lakin görməmişdir. O, Elxan adında şəxs tanımır, ona Cavabdeh sonradan bildirmişdir ki, həmin şəxs Elxan imiş. Elxanın səsini isə indi eşitsə tanıyıb-tanımayacağını bilmir. Çünki xeyli vaxt keçib. Onların səsinə qulaq asanda səs yazısını qeyd etməmişdir. Telefon danışığına qulaq asmaqda məqsəd o olmuşdur ki, Cavabdeh ona bildirmişdir ki, onu harasa apara bilərlər, belə olduğu halda polisə məlumat versin. O ancaq tədbir kimi polisə məlumat verə bilərdi. Sonra Dilqəm evə gəlib nəsə apardı nə olduğunu soruşduqda isə bildirdi ki, xarici pasportunu istəyiblər ki, birdən harasa qaçıb gedər. Telefon danışığı təxminən 2021-ci ilin oktyabrın axırları olan vaxt idi, payız ayları idi, hava soyuq idi. Dəqiq günü və vaxtı isə deyə bilmir. Cavabdeh nə işlə məşğul olduğunu bilmir. Elxandan başqa Cavabdeh kiməsə borcu olmasını bilmir. Borcu olsa belə bu barədə dəqiq məlumatı yoxdur. Elxanın neçə yaşının olduğunu bilmir, deyilənə görə ortayaşlı adamdır.
13. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Cavabdeh onun uzun illərdir dostudur, İddiaçı isə tanımır. O, Dilqəmi düzgün insan kimi tanımış və əvvəllər kiməsə borcunun olmasını eşitməmişdir. Hətta Dilqəmin həmin dövrdə borc pul axtarması barədə xəbəri olmamışdır. Mübahisə ilə bağlı qeyd edir ki, Cavabdehla görüşlərində onunla dərdini bölüşərək Elxan adlı şəxsə 21.000 dollar borcunun olmasını, həmin borca görə yükləndiyini demişdir. Hətta onun yanında Elxan adlı şəxslə telefon danışıqlarına şahid olmuşdur. Yalnız Cavabdeh sözlərindən bilmişdir ki, o, Elxandan nəğd olaraq 21.000 dollar almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o tərəflər arasında gedən söhbətlərdə bilavasitə iştirak etməmişdir. Dilqəmin sözlərindən eşidib bilir ki, iş görmək üçün 21.000 dollar borc götürüb, qalan pulları isə onu qorxudub adına yazıblar. Qorxu ondan ibarət olub ki, “evinə gələcəyik, qapını döyəcəyik, oğlunun başına oyun açarıq” kimi söhbətlər olmuş, Cavabdeh təhdid etmişlər. Bir gün Cavabdeh ona zəng etmiş və o, onların arasında olan təhdidlə bağlı söhbətə qulaq asmışdır. Dəqiq tarixi isə xatırlamır. Ancaq bilir ki, Elxan kimisə yanında gətirib və həmin adam Cavabdeh həmyerlisi olub. O, bunu sonradan Dilqəmin sözlərinə görə bilmişdir. Söhbətlər hədə-qorxu mövzusunda olmuşdur. Lakin həmin vaxt danışıqlarda neçə nəfərin iştirak etdiyini bilmir. O, təhdid eşitdikdən sonra Dilqəmə müvafiq orqana şikayət etməyi təklif etməsinə baxmayaraq Dilqəm özü razı olmamış və Elxanla dostluq münasibətini əsas gətirərək şikayət etməmişdir. Hesab edir ki, Dilqəmə olan təhdid ondan ibarət olmuşdur ki, Cavabdeh çağırıb avtomobildə oturdublar, ona yazı yazdırıblar. Lakin o, telefonla qulaq asan zaman Elxanın konkret olaraq necə hədə-qorxu gəlməsini eşitməmişdir. Eləcə də orada gedən söhbətləri dəqiqliklə başa düşməmiş, sonradan Cavabdeh sözlərindən təhdid olması qənaətinə gəlmişdir. Çünki danışıqları anlamaqda çətinlik çəkmişdir. Yəni o, hədə qorxuları Cavabdeh özündən sonradan eşitmişdir.
14. Məhkəmə hesab etmişdir ki, birinci tələb üzrə iddia əsaslıdır. Çünki tərəflər arasında xx.xx.2021-ci il tarixdə 21.000 ABŞ dolları məbləğində borcun verilməsinə dair notarial qaydada yazılı kredit müqaviləsi bağlanmışdır və cavabdeh xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Eyni zamanda məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 21.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf edərək iddia tələbini həmin hissədə qəbul etmişdir.
15. Məhkəmə həmçnin qeyd etmişdir ki, iş materiallarında olan video və audio yazılardan, həmçinin şahid ifadələrindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh 31.000 ABŞ dolları məbləğində borc alması məsələsini müzakirə edərkən (hansı ki, ikinci iddia üzrə İddiaçı onun təhdid etdiyini, hədə-qorxu gəldiyini bildirir) və borcun etirafı barədə xx.xx.2022-ci il tarixli müqavilə imzalanarkən tək olmuşdur, əlavə olaraq üçüncü şəxsin iştirakı olmamışdır. Dolayısı ilə Cavabdeh buna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.
16. Həmçinin işin hallarından müəyyən edilir ki, İddiaçı həmin vaxt qısa zaman öncə əməliyyat olunduğundan əsanın dəstəyi ilə hərəkət etmişdir. Bu hallar, eyni zamanda İddiaçı yaşlı olması (70 yaş) onu deməyə əsas verir ki, İddiaçı fiziki cəhətdən Cavabdeh hədə-qorxu gələcək və ona zor tətbiq edəcək vəziyyətdə, gücdə və qüvvətdə olması ağlabatan deyildir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da müəyyən edilir ki, araşdırma nəticəsində İddiaçı Cavabdeh qarşı real təhdid etməsi faktı aşkar edilməmişdir.
17. İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmışdır, müqavilə bağanan zaman Cavabdeh hədə-qorxu və ya təhdid edilməsi aşkar edilməmiş, həmçinin iş materialları ilə sübut edilməmişdir. Bununla yanaşı Cavabdeh müqaviləni təhdid altında imzaladığını bildirsə də, müqaviləni və ya İddiaçı qeyd olunan hərəkətlərini uzun müddət mübahisələndirməmiş, yalnız İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etdikdən sonra həmin hərəkətləri mübahisələndirmişdir. Eləcə də məhkəmə, Cavabdeh borcun alınmasına əsas olmuş hərrac işi ilə bağlı sübut təqdim etməməsini, onun ziddiyyətli izahat verməsini, şahid ifadələri ilə onun izahatında göstərilən xüsusatların bir-birinə uyğun gəlməməsini nəzərə alaraq onun təhdid olmasına dair iddialarını inandırıcı hesab etməmişir.
18. Göstərilənlərlə yanaşı məhkəməyə sübut olaraq təqdim edilmiş telefon danışıqlarına dair səsyazısı və videogörüntü tədqiq edilərkən, Cavabdeh təhdid edilməsi faktına dəlalət edən hər hansı məlumat aşkar edilməmişdir. Bunun əksinə olaraq onun 52.000 ABŞ dollar borcu olmasının etiraf etməsi aşkar edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, nə qədər ki, Cavabdeh İddiaçı 31.000 ABŞ dolları məbləğində borclu olduğu sübut olunur, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz Cavabdeh üzərinə düşür. Cavabdeh isə nə iddia tələbində qeyd edilən təhdid faktını, nə də borcu qaytardığını bunu sübut edə bilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh və İddiaçı arasında 31.000 ABŞ dolları məbləğində borcun olmasının etirafı barədə bağlanmış müqavilə və Cavabdeh tərəfindən əlyazma formasında yazılaraq imzalanmış qəbzlərin etibarsız hesab edilməsi üçün əsas olmadığından ikinci tələb üzrə iddia tələbi təmin edilə bilməz.
19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324, 337.1, 390.1, 442, 739.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx/xx/2023-cü il, 2(004)-535/2023 saylı qətnaməsi qismən, yəni ilk iddia üzrə ondan 31.000 ABŞ dolları (52.000 – 21.000 = 31.000) (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində və ikinci tələb üzrə iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, onun iddia tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ağır vəziyyətə düşməsi halını vurğulayır və məcburetmə (hədələmə) nəticəsində kredit müqaviləsinin arxa tərəfində 31.000 ABŞ dollarının borc almasını və 15 dekabr 2021-ci ilə qədər qaytaracağı barədə tarixsiz əlyazma yazını, 10 yanvar 2022-ci il tarixli borcun etriafı barədə əlyazma yazını, 16 mart 2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazını, 11 may 2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləni imzalamağa məcbur edilmişdir. Qətnamədə isə Məhkəmə tərəfindən işin bu halına (ağır vəziyyətə düşmə) heç bir münasibət bildirilməmişdir. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar mövcuddur. Həmin Qərarla bağlı Məhkəmə Qətnaməsində qeyd yalnız bundan ibarətdir ki, “İkinci tələb üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Nərimanov RPİ TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı barəsində onun Cavabdeh təhdid etməsi və hədə-qorxu gəlməsinə dair şikayəti üzrə araşdırma aparılmış və toplanmış materiallar üzrə İddiaçı əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanılması rədd edilmişdir.” Halbuki, polis orqanın qərarının nəticə hissəsində göstərilmişdir ki, “Cavabdeh müraciəti əsasında toplanmış material üzrə sübutların təhlili nəticəsində belə qənaətə gəlinir ki, Cavabdeh həqiqətən də İddiaçı cəmi 21.000 ABŞ dolları almışdır. Əlavə olaraq 31.000 ABŞ dolları guya almasını Cavabdeh yazılı surətdə yazması təzyiqlərin təsiri altında olmuşdur. Belə ki, səsyazısında Cavabdeh İddiaçı əlbəəl əlavə olaraq 31.000 ABŞ dolları almamasını bildirməsi, İddiaçı 21.000 ABŞ dolları pulu Dilqəmin vaxtında qaytara bilməməsindən kimlərəsə onun əvəzində əlavə olaraq 31.000 ABŞ dolları verməsi ifadələri buna dəlalət edir.” Göründüyü kimi, polis orqanının qərarında ona təzyiqlərin edilməsi halı, o cümlədən səs yazısının tədqiqi nəticəsində, öz təsdiqini tapmışdır. Cinayət işinin başlanmamasına əsas olaraq təhqiqat orqanı kifayət qədər dəlillərin olmamasını əsas gətirmişdir. Məhkəmə isə polis orqanın qərarı ilə öz təsdiqini tapmış sübutu əsassız olaraq nəzərə almamışdır. Eyni zamanda, həmin qərarı öz əsassız qətnaməsinin əsaslandırıcı hissəsinə yerləşdirmişdir. Yəni belə alnıb ki, polis orqanının qərarı qarşılıqlı iddia ərizəsinin təmin olunmamasında və xüsusi qərardadın çıxarılmasında əsas olaraq gətirilmişdir. Bu isə işin faktiki halları ilə əhəmiyyətli ziddiyyət təşkil edir. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş hallar Mülki Məcəllənin 339.1, 339.4 və 339.6-cı maddələrinin tətbiq edilməsi üçün əhəmiyyətli əsaslardır. Məsələn, tərəfindən təqdim edilmiş səs yazısında Cavabdeh həm 21.000 ABŞ dollarını qaytara bilməməsi ilə bağlı ağır vəziyyətə düşməsi, həm də İddiaçı və onunla birlikdə gəlmiş Zaur Səbzəliyev tərəfindən təzyiqlərə məruz qaldığını təsdiq edir. Məhkəmə, çox qəribə olsa da, bu halları ilkin iddia üzrə iddiaçı E.Muxatrovun iddiasında guya haqlı olmasının əsası kimi göstərmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə dindirilmiş şahidlər də ona olan təzyiqləri öz ifadələrində təsdiq etmişlər. Daha sonra həm Qətnamədə, həm də Qərardadda “Həmçinin işin hallarından müəyyən edilmişdir ki, İddiaçı həmin vaxt qısa zaman öncə əməliyyat olunduğundan əsanın dəstəyi ilə hərəkət etmişdir. Bu hallar, eyni zamanda İddiaçı yaşlı olması (70 yaş) onu deməyə əsas verir ki, İddiaçı fiziki cəhətdən Cavabdeh hədə-qorxu gələcək və ona zor tətbiq edəcək vəziyyətdə, gücdəvə qüvvətdə olması ağlabatan deyildir” göstərilmişdir. Halbuki, İddiaçı ona qarşı şəxsən özü tərəfindən fiziki təsir etməsi və ya belə təsir barədə hədələməsi faktı olmamışdır və qətnamədəki bu abzas iş materiallarındakı ifadələrə də ziddir. İlk iddia üzrə İddiaçı real hədələri şəxsən özü tərəfindən ona fiziki təsir göstərəcəyi barədə olmayıb, onun özünə, oğluna, yaxınlarına qarşı yönəlmiş başqaları (İddiaçı sözü ilə desək “Pul bilirsən kimlərindir? Hər imkanları var! Pullar qayıtmalıdır! Yoxsa sizi evdən çıxaracaq, oğluna istədikləri pislik edəcəklər və s.”) tərəfindən edilə biləcək hədələrdir. 21.000 ABŞ dollarını qaytara bilməyərək ağır vəziyyətə düşən o, məhz bu hədələrdən qorxmuşdur və İddiaçı əlavə olaraq pulu vaxtında qaytara bilməməsinə görə 31.000 ABŞ dolları guya alması barədə imzalar etmişdir. Hakim həmçinin nəzərə almamışdır ki, İddiaçı hansı səbəblərdən bu imzalamaları üç-dörd dəfə etdirmiş və əlavə olaraq öz avtomobilində səs yazıları apararaq istintaq dindirməsi stilində videogörüntüsünü də çəkmişdir. Daha bir sual cavabsız qalmışdır: necə olub ki, 21.000 ABŞ dolları məbləğində pul vəsaiti notarial qaydada verilmişdir, lakin 31.000 ABŞ dolları pul vəsaiti heç bir sənəd tərtib edilmədən verilmişdir və yalnız xeyli keçəndən sonra məlum imzalatmalar olunmuşdur. Halbuki, 31.000 ABŞ dolları pulun İddiaçı tərəfindən Cavabdeh verilməsi yalnız İddiaçı “inanmışam” ifadəsinə əsaslanır. Burada aydın olur ki, ilk iddia üzrə iddiaçı tərəfindən Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarından və İddiaçı özünün izahatından məlumdur ki, guya 31000 ABŞ dollarının alınmasında yazılı formaya riayət olunmamışdır. Məhkəməyə İddiaçı tərəfindən təqdim olunmuş imzalar borcun etirafı şəklində tərtib edilmişdir.
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, birinci dəfə cavabdeh deyir ki, “mən sənə inandım deyə pulu verdim”. O da deyir ki, əgər ona inanırsa nəyə görə pulu notarius vasitəsilə verirdi? Lakin ikinci dəfə o, pulu qaytarmayaqaytarmaya bir müddət keçdikdən sonra guya 31.000 ona notariussuz verdi. Müqaviləyə cavabdeh istədi deyə o, imza çəkdi. Onun dediklərini videogörüntülər təsdiq edir. İş materiallarındakı səs yazılarında açıq-aydın deyilir ki, “bəli, mən sənin əvəzinə 31.000 vermişəm, sən dedin ver, mən də vermişəm. Mən dedim ki, mən səndən almamışam axı? O da dedi ki, sənin pulun yoxdur deyə mən sənin yerinə vermişəm”. Belə çıxır ki, o, pulunun faizini verib. Dəfələrlə video çəkir və deyir ki, adını və soyadını de notariat qaydada aldığı pulu etiraf edir. O, pulu qaytaracaq, lakin o, qaytaranda pulu faiz məbləğinə hesablayacaq. 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, 3.000 manatdan yuxarı olan əqdlərin yazılı şəkildə bağlanmasına dair qanunvericiliyin tələblərinə əsasən etibarsız hesab olunmalıdır. Pulun verilmə faktı ortada yoxdur, həmçinin həmin pulun verilməsi anında bağlanmış müqavilə də yoxdur. Bu yalnız borcun etirafıdır. Tərəf bildirir ki, bu mülki icraatdır. Əgər mülki icraatdırsa həmin hal işin əhəmiyyətli hallarındandır. Qətnamədə daxili ziddiyyətlər vardır. 25.Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci tələb üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-535/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bildirmişdir ki, qarşı tərəfin məhkəməyə göndərdiyi ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci tələb üzrə İddiaçı nümyəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-535/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bildirmişdir ki, 21.000 ABŞ Dolları ilə bağlı qarşı tərəfin iddiası əsassızdır. İş materiallarında əqd vardır, əqd qarşı tərəf tərəfindən imzalanmış və İddiaçı da həmin pul vəsaitini vermişdir. İddiaçı qarşı tərəfə inanmış və etibar etmişdir, bu cür hadisənin baş verəcəyinə inanmamışdır.
Apellyasiya baxışının hədləri
27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 28.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 30.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin birinci tələb üzrə Cavabdeh 31.000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində və ikinci tələb üzrə iddianın rədd edilən hissəsində ləğv edilməsi, bu tələb üzrə iddianın tam təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
31.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 32.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 33.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 34.339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 35.339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 36.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 37.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 38.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 39.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 40.882.1-ci və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
41.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 42.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
43.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
İddiaçı Cavabdeh İddiaçı qarşı "müqavilənin və s. etibarsız hesab edilməsi" tələbinə aid hissədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-535/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə yoxlanılması
44.İşin mübahisələndirilməyən hallarından göründüyü kimi tərəflər arasında notariat qaydasında bağlanmış xx.xx.2021-ci borc müqaviləsinə əsasən X4 (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) cəmi 21.000 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh isə bu pulu qaytaracağını imza ilə təsdiq etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh ödənilməmiş borcun həmin müqavilədə göstərildiyi məbləğdə olmasını etiraf etmişdir. 45.Hazırda cavabdeh iddiaçı ilə onun arasında xx.xx.2022-ci il tarixdə imzalanaraq bağlanmış 31.000 ABŞ dolları məbləğində borcun mövcud olmasının etiraf edilməsi barədə müqaviləni, əlyazma formasında tərtib edilərək imzalanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qəbzləri, kredit müqaviləsinin arxa tərəfində 31.000 ABŞ dollar borcun alınması barədə yazını mübahisələndirərək həmin məbləğdə pul verilmədiyini, həmçinin iddiaçının ona hədə-qorxu gələrək müqaviləni və qəbzləri imzalamağa məcbur etdiyini, habelə onun ağır vəziyyətə düşməsindən istifadə etdiyini bildirərək bu sənədlərin etibarsız hesab edilməsini xahiş edir, təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahid ifadələrinə, xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının əsaslandırıcı hissəsində qeyd edilənlərə, həmçinin səs yazılarına istinad edir. 46.Cavabdeh iddia ərizəsində istinad etdiyi qanuni əsas Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci və 339.4-cü maddələri təşkil edir və müəyyən edilmiş işin faktiki hallarının hüquqi dəyərləndirilməsi, iddianın qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtlərinə bu halların uyğunluğu baxımından aparılmalıdır. 47.Mülki Məcəllənin bu maddələrinin dispozisiyasından məlum olduğu kimi, qanunverici Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmış əqdi, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdi mübahisələndirilən əqd kimi təsbit etmişdir. 48.Belə ki, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 49.Həmçinin cavabdehin sənədlərin etibarsız hesab edilməsi üçün istinad etdiyi digər hal onun həmin sənədlər tərtib edilən zaman ağır vəziyyətdə olması ilə əlaqədardır. Əqdi bu əsasla etibarsız hesab etmək üçün bir-biri ilə əlaqəli bir neçə faktın mövcud olması zəruridir: bu hala istinad edən şəxsin ağır vəziyyətdə olması və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin əqdi özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olması, bu iki halın arasında səbəbli əlaqənin mövcud olması və sadalanan hallar barədə qarşı tərəfin məlumatlı olması, bu hallardan öz xeyrinə istifadə etməsidir. Yalnız göstərilən halların cəmi sübut olunarsa, əqd bu əsasla etibarsız hesab edilə bilər. 50.Qeyd edilməlidir ki, mübahisələndirmə səbəblərinin mövcudluğu özü-özülüyündə etibarsızlıqla bağlı hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olmur. Mübahisələndirilən əqd üzrə etibarsızlıq halı yalnız hüquq sahibinin mübahisələndirməsi nəticəsində yaranır. 51.Cavabdeh istinad etdiyi halları sübut etmək üçün məhkəməyə xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı təqdim etmiş, həmin sənədi mötəbər sübut kimi qiymətləndirməklə nəticəsini məhz həmin sübutlarla əsaslandırılmasını xahiş etmişdir. Göründüyü kimi cavabdehin şikayət ərizəsi əsasında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı toplanmış material üzrə sübutların təhlili nəticəsində belə qənaətə gəlinmişdir ki, “Cavabdeh həqiqətən də İddiaçı cəmi 21000 ABŞ dolları almışdır. Əlavə olaraq 31000 ABŞ dolları guya almasını Cavabdeh yazılı surətdə yazması təzyiqlərin təsiri altında olmuşdur. Belə ki, səsyazısında Cavabdeh İddiaçı əlbəəl əlavə olaraq 31000 ABŞ dolları almamasını bildirməsi, İddiaçı 21 000 ABŞ dolları pulu Dilqəmin vaxtında qaytara bilməməsindən kimlərəsə onun əvəzində əlavə olaraq 31 000 ABŞ dolları verməsi ifadələri buna dəlalət edir.” 52.İlk öncə qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə müəyyən edilmiş faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmir. Bundan başqa qeyd edilməlidir ki, istintaq orqanı tərəfindən bu cür halların mövcud olması müəyyən edildiyi təqdirdə, aşkar edilmiş bu faktlar üzrə cinayət işinin başlanmaması məntiqsiz olmuşdur. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin cavabdehin istinad etdiyi şahid ifadələrinin və eyni zamanda hazırki icraat çərçivəsində tədqiq edilmiş səs yazısının dəyərləndirilməsi ilə razılaşır və bu səbəbdən də həmin məsələ üzrə əlavə şərhə zərurət görmür.
53. Belə olan halda qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallar Cavabdeh istinad etdiyi iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Çünki cavabdeh mübahisə predmeti olan əqd və qəbzlərin hədə təsiri altında imzalandığını, ona həmin müqaviləyə əsasən pul verilmədiyini, iddiaçının öz hüquqlarından sui-istifadə etdiyi və cavabdeh üçün şəraitin ağır və əlverişsiz olmasından istifadə etdiyini sübuta yetirə bilməmişdir, bununla da, o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
54. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
İddiaçı Cavabdeh qarşı "31.000 ABŞ dolları məbləğində pulun tutulması" tələbinə aid hissədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-535/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə yoxlanılması
55. Qeyd edilməlidir ki, iddiaçının tələbi cavabdehin imzaladığı borcun etirafı sənədinə əsaslanır. Qanuna əsasən, borcun, öhdəliyin yaranmasına əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası müəyyən edir ki, cavabdeh etibarsız hesab edilməsini tələb etdiyi müqavilə və əlyazmalarla 31.000 ABŞ dolları məbləğində borc öhdəliyinin yarandığını aşkar və anlaşılan şəkildə, həmçinin yazılı formada bəyan etmiş, onun istinad etdiyi halların işdə olan materialları ilə müəyyən edilməsi isə mümkün olmamışdır.
56. Beləliklə məhkəmə, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsinin öhdəlik daşıyan şəxsə aid olduğunu, odur ki, mübahisələndirilən məbləğdə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü, lakin onun, həmin məbləğin iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən müvafiq müqaviləyə əsasən verilmiş məbləğdə pulun iddiaçıya qaytarılmalı olması qənaətinə gələn birinci instansiya məhkəməsi haqlı olmuşdur.
57. Belə ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirmədiyi, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, vaxtında icra etməmişdir. Halbuki, o, xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləni imzalamaqla aldığı pulun qaytarılması üzrə vəzifə daşıdığını etiraf etmişdir.
58. Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Çünki, borc müqaviləsi üzrə borc verənin borc verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
59. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara apellyasiya şikayətində qeyd edilən dəlillər ilə müqayisəli şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instnasiya məhkəməsi düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
61. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-535/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
BAKI APELLYASİYA MƏHKƏMƏSİ
AZ 1073, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə. Tel: (99412) 498-09-68; 498-77-82; 439-75-99. Faks: (99412) 510-53-48 http: //www.bakuappealcourt.gov.az E-mail: Elektron ünvan
İş № 2(103)-6457/2023 07 dekabr 2023-cü il İddiaçı Bakı şəhəri, M.Fətəli küçəsi, ev 84, mənzil 6
Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 24, mənzil 28
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir.
Qoşma: qətnamənin surəti - 05 vərəqə.
X6