Məhkəmə qərarları › İş №2(103)-6462/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6462/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6462/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin X1 nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun, cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinəaçıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə “İddiaçı ASC” arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 329/14 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh 31.277,82 manat əsas borc, müddət sonuna hesablanan 10.200,11 manat faiz, 16.733,73 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 4.326,98 manat borc olmaqla, cəmi 62.538,64 məbləğində kredit borcunun; xx.xx.2015-cü il tarixli 107/15 saylı kredit müqaviləsi üzrə 15000 ABŞ dolları əsas, 2.494,94 ABŞ dolları müddətin sonuna hesablan faiz, 8.025 ABŞ dolları cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2.065,44 ABŞ dolları faizin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-549/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 329/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 31.277,82 manat əsas borc, 10.200,11 manat faiz borcu, 158,18 manat cərimə borcu və müqavilə müddətindən sonrakı dövr üçün hesablanmış 1563,89 manat faiz borcu olmaqla, cəmi 43200 (qırx üç min iki yüz) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 11 (on bir) manat 85 (səksən beş) qəpik hissəsinin tutularaq İddiaçı ASC-yə ödənilməsi; ödənilmiş dövlət rüsumunun 18,15 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili Vəkiliddiaçı Həsənova (Kərimova) Səbinə Akif qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Həsənova (Kərimova) Səbinə Akif qızına qarşı “əmlak tələbi” tələbinə dair mülki iş olduğunu, hazıda mübahsələndirilən borcun tərəflərin birgə nikah dövründə əldə edildiyinə təsadüf etdiyini bildirirək bu işin icraatda olan 2(103)-5128/2020 saylı mülki işlə icraatının birləşdirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu mülki işlərin icraatının birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində (hakim-sədrlik edən Fuad Babayevin icraatında) olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin (hakim Fuad Babayev) icraatında olan İddiaçı Həsənova (Kərimova) Səbinə Akif qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” barədə ilkin, Cavabdeh Həsənova (Kərimova) Səbinə Akif qızına qarşı “əmlak tələbi” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-268/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair 2(103)-5128/2020 saylı mülki iş vardır. Həmin mülki iş üzrə qarşılıqlı iddia tələbinin bir hissəsi bu şəkildə ifadə olunmuşdur: “.... İddiaçı ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli 329/14 saylı kredit müqaviləsi üzrə 62.538,64 manat və xx.xx.2015-ci il tarixli 107/15 saylı kredit müqaviləsi üzrə 15.000 manat əsas, 2.494,94 ABŞ dolları faiz, 8.025 ABŞ dolları cərimə, 2.065,44 ABŞ dolları faiz və 30 manat dövlət rüsumunun ½ hissəsinin Cavabdeh ödənilməsi””. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair 2(103)-6462/2020 saylı mülki iş iddiaçı Həsənova (Kərimova) Səbinə Akif qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” barədə ilkin, Cavabdeh Həsənova (Kərimova) Səbinə Akif qızına qarşı “əmlak tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair 2(103)-5128/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar