Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6473/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Mansur Osmanovun iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3300/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı habelə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin mülkiyyətində olan “Mercedes Benz E240” markalı, **-RG-*** qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmasına və avtomobilin cərimə meydançasına yerləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3300/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçışikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kişik iddia icraatı üzrə iddianı təmin etmə tədbirinin tətbiqini istisna edən norma müəyyən edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbir görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (157.1-ci maddə). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (157.2-ci maddə). İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (158.1.1-ci maddə). İşdə olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlardan görünür ki, iddiaçı kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra ərizə ilə müraciət edərək iddia tələbinin həcmini azaltmışdır. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Lakin hazırkı işdə ərizənin təmini tədbirinin seçilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, ərizənin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi və bu halların ərizədə göstərilən tədbirlər nəticəsində aradan qaldırılacağı qənaətinə gəlmək üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3300/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6473/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6473/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver