Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6475/2024 14.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (001)- 771/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir.
2. Cavabdeh məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, sözügedən qətnaməni xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə əldə etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərardadına əsasən Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4771/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 4771/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması və Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 26 manat məbləğində dövlət rüsumunun onun özünə qaytarılması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin ərizəsinin əsaslı olub-olmamasını yoxlamaq üçün "xxxx" MMC-yə sorğu vermiş, xx.xx.2024-cü il tarixdə sorğuya cavab gəlmişdir. Sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Binqədi Rayon Məhkəməsi tərəfindən AZ1116 saylı poçt şöbəsi vasitəsilə vətəndaş Cavabdeh ünvanlanmış SX008308486AZ ştrix-kodlu sifarişli xəbərnaməli məktub, xx.xx.2024-cü il tarixdə ünvan üzrə xidmət göstərən AZ0430 saylı poçt şöbəsi tərəfindən qəbul edilmiş və həmin tarixdə Cavabdeh şəxsən təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi F-8 çatdırma vərəqəsindəki qeydə əsasən xx.xx.2024-cü il tarixdə AZ1116 saylı poçt şöbəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinin əməkdaşına təqdim edilmişdir. Göründüyü kimi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4771/2024 saylı qətnaməsi cavabdehə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki ərizə yalnız formal xarakter daşıdığından, ərizənin dəlilləri iş materiallarında olan sənədlərlə dəstəklənmədiyindən ərizə təmin edilməməli və apellyasiya şikayəti də geri qaytarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, apellyasiya şikayəti geri qaytarıldığından cavabdeh tərəfindən şikayətin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 26 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərardadından şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-4771/2024 saylı qərardadını ləğv edərək apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon məkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verməklə yanaşı,Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2024 saylı qətnaməsi xx.xx.2024 tarixdə qəbul edilsə də, cavabdeh və iddiaçının ünvanı göstərilməklə göndərmə tarixi 13 avqust 2024-cü il qeyd olunsa da, 29.08. 2024-cü il tarixdə yox daha sonralar cavabdehə verilmişdir. Ona görə də o bunu nəzərə alıb elə apellyasiya şikayəti verdiyi günü də müddətin bərpasına dair ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə də müraciət etmişdir. Məhkəmə qətnaməsi göndərilən zərfin üzərində qeyd olunub ki, məktubu göndərənin ünvanı:F.H 2/4771/24 qətnamə sözü yazılıb,zərfi göndərən rabitə qovuşağı az 1116 29.08. 2024 “g” Bakı sözü yazılmışdır və bu rabitə qovuşağı Bakı şəhərində yerləşdiyi halda necə ola bilər ki, Ağcəbədi rayonunda içərisində qətnəmə olan zərf ona şəxsən çatdırılmış olsun. Bir daha qeyd etmək istəyir ki, 05. 09. 2024- cü il tarixdə onun yaşadığı həyətə atılmışdır. Bu onunla da təsdiq olunur ki, Zərfin hər iki üzünə həm məktubu göndərən rabitə qovuşağı tərəfindən möhür vurulur, həm də zərfi alan rabitə qovuşağı tərəfindən möhür vurulur. Burada isə yalnız Bakı şəhərində yerləşən AZ 1116 saylı rabitə qovuşağının möhürü vurulmuşdur. Onun tərəfindən alınmış asan imza xx.xx.2024-cü il tarixdə alınmışdır.Lakin məhkəmə tərəfindən iddia olunur ki,ona verilən məktubla təsdiq olunur ki,xx.xx.2024-cü il tarixdə qətnamənin surəti ona məxsus kabinetə yerləşdirilmişdir.Eyni zamanda onun asan imza kabinetinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən icra vərəqəsi yerləşdirilmişdir. Bu da onun şikayət vermək hüququ ilə ziddiyyət təşkil edir.Belə ki,qətnamə qanuni qüvvəyə minməmiş icra vərəqəsi təqdim olunmuşdur. Onun tərəfindən alınmış asan imza xx.xx.2024-cü il tarixdə alınmışdır.Lakin məhkəmə tərəfindən iddia olunur ki,ona verilən məktubla təsdiq olunur ki,xx.xx.2024-cü il tarixdə qətnamənin surəti ona məxsus kabinetə yerləşdirilmişdir.Eyni zamanda onun asan imza kabinetinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən icra vərəqəsi yerləşdirilmişdir. Bu da onun şikayət vermək hüququyla ziddiyyət təşkil edir.Belə ki,qətnamə qanuni qüvvəyə minməmiş icra vərəqəsi təqdim olunmuşdur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2024 saylı, 28 oktyabr 2024cü il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4771/2024 saylı qərardadından Cavabdeh tərəfindən verdiyi şikayət təmin olunmamış, şikayət baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
12. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
14. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. İş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (001)-771/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən AZ1116 saylı poçt şöbəsi vasitəsilə vətəndaş Cavabdeh ünvanlanmış SX008308486AZ ştrix-kodlu sifarişli xəbərnaməli məktubu ilə xx.xx.2024-cü il tarixdə ünvan üzrə xidmət göstərən AZ0430 saylı poçt şöbəsi tərəfindən qəbul edilmiş və həmin tarixdə Cavabdeh şəxsən təhvil verilmişdir.
17. Göründüyü kimi, CavabdehBakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4771/2024 saylı qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş müddət 20 sentyabr 2024-cü il tarixə qədər olmuşdur.
18. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (001)- 771/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə 27 sentyabr 2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir.
19. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
20. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
21. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, Cavabdeh tərəfindən qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə qarşıqarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
22. Cavabdehin şikayətinin dəlili odur ki, onun tərəfindən asan imza xx.xx.2024-cü il tarixdə alınmış, elektron kabinetinə icra vərəqəsi yerləşdirilmişdir.
23. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət bitdiyi üçün qətnamə 23 sentyabr 2024-cü il tarixdə icra olunması üçün Ağcabədi rayonu İcra və Probasiya Şöbəsinə göndərilmişdir.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov