Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6478/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1515/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, borclulardan 9516,86 manat əsas, 568,77 manat faiz borcu olmaqla ümumilikdə 10085,63 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdehlərdən 9516,86 manat əsas, 1007,12 manat faiz, cəmi 10523,98 manat borcun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30,0 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi həmin tarixdə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısındsa öhdəliklərinin icrasına dair öhdəliyi Cavabdeh2 öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 öhdəliklərinə əməl etmədiyindən bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən xx xxxxxx 2020-ci il tarixə banka 9516,86 manat əsas, 1007,12 manat faiz borcu olmaqla ümumilikdə 10523,98 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1515/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə yaranmış 9516,86 manat əsas, 1007,12 manat faiz borcu olmaqla ümumilikdə 10523,98 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30,4 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı həqiqətə uyğun deyildir. Belə ki, onun tərəfindən banka xx xxxxxx 2020-ci il tarixədək təxminən 9000 manat pul ödənilmişdir. Həmçinin məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmaqla qətnamə çıxarışmışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Halbuki, ona məhkəmə iclası barədə Binəqədi rayon Məhkəməsi tərəfindən heç bir bildiriş göndərilməmiş, bununla da onun birinci instansiya məhkəməsində iştirak etmək, müvafiq sübutlar təqdim etmək, habelə iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə etiraz bildirmək hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1515/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2018-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 25 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə “xxxxxxxxxxxxxx” ASC-yə xx.xx.2020-ci il tarixə olan ödənilməmiş borcu 9516,86 manat əsas, 1007,12 manat faiz borcu olmaqla ümumilikdə 10523,98 manat təşkil edir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 5 gun ərzində banka olan borcunun ödənilməsi, əks halda məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsa---sən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, mə-sə--lən, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hə-rə-kətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquq-larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adət-lərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində məhkəmənin onun iştirakını təmin etmədiyini bildirsə də, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehin ünvanına məhkəmə iclasları barədə bildirişlər göndərmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər apellyasiya baxışı zamanı da məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdehin apellyasiya şikayətinin digər dəlili olan onun tərəfindən edilmiş ödənişlərin nəzərə alınmamasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bu ödənişləri təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1515/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1515/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6478/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6478/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver