Məhkəmə qərarları › İş №2(103)-648/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-648/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-648/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlərin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(005)-220/2018 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən tənmin edilərək, Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 2.320.000 manat məbləğində əsas, 192.325,28 manat məbləğində faiz, cəmi 2.492.325,28 manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, 40 manat məbləğində xidmət haqqının, cəmi 60 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli 24/2 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsinə və üzərində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, 428a saylı bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına müəyyən edilmiş borc məbləğinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyanlara - Cavabdeh1 və Cavabdeh2 qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli 24/2 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin -1.520.000 manat məbləğində, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsinin və üzərində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, 428a saylı bağ evinin ilkin satış qiymətinin - 1.640.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin əmlaklardan çıxmazsa, onların həmin əmlaklardan məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 100 manat hissəsinin Cavabdeh1, 45 manat hissəsinin isə İddiaçı-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, evdən çıxarılma və evin boşaldılması” tələbinə dair iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 2.400.000 manat məbləğində əsas, 390.267,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 2.790.267,72 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli 24/2 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, 428a saylı bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli 24/2 nömrəli fərdi yaşayış evindən və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, 428a saylı bağ evindən çıxarılmaları və hər iki evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit müqaviləsi üzrə 2.400.000 manat məbləğində əsas, 783.035,78 manat məbləğində faiz borcu olmaqla, cəmi 3.183.035,78 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli 24/2 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, 428a saylı bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli 24/2 nömrəli fərdi yaşayış evindən və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, 428a saylı bağ evindən çıxarılmaları və hər iki evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək ipoteka predmetlərinin ilkin satış qiymətlərinin hazırki bazar qiymətindən aşağı qeyd olunduğunu, ipoteka predmetlərinin qiymətləndirilməsinə dair ekspertiza təyin olunmalı olduğunu, ipoteka predmetləri açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci bir ay ərzində həmin əmlaklardan çıxarılmasının müəyyən olunduğunu göstərərək qətnamənin həmin hissədə ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 2078/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-220/2018 nömrəli qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətinin və ipoteka predmetləri açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmin əmlaklardan məcburi qaydada çıxarılması hissələrində dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-179/2020 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunaraq, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-2078/2019 nömrəli qətnaməsi qismən-ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Hazırki apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndəsi və vəkili X4 ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətinin məhkəmənin qərardadı əsasında “xxxx” MMC tərəfindən verilmiş rəylərə və həmçinin onun təqdim etdiyi, “MORİON” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş rəylərə uyğun olaraq onların likvid dəyərəinə əsasən müəyyən olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X3 ipoteka predmetinin ilkin satış qiymətinin “xxxx” MMC tərəfindən şişirdildiyini göstərərək qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya qeyd edir ki, iş üzrə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı da həmin hissədə yoxlanılır. Kollegiya iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə almaqla, sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, hazırki iş üzrə ipoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli 24/2 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti onun likvid dəyərinə (qiymətinə) uyğun olaraq ******* (dörd milyon beş yüz min) manat məbləğində və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsinin və üzərində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, 428a saylı fərdi yaşayış evinin ilkin satış qiyməti isə onun likvid dəyərinə (qiymətinə) uyğun olaraq ******* (dörd milyon iki yüz min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarında kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya kollegiyası cavabdehlərin məhkəmə iclasında iştirak edib mübahisələndirdikləri halla, yəni ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı sübut təqdim etmələrinə şərait yaratmamış, ədalət mühakiməsini tərəflərin bərabərliyi və çəkişmə prinsipi əsasında həyata keçirməmiş, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razılaşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, Qanunun 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə, eləcə də birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduğu vaxtdan hal-hazıradək uzun müddət keçməsi nəzərə alındıqda ipoteka predmetlərinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət və ya həmin vaxt müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Mülki iş materiallarından görünür ki, mülki iş üzrə iddia ərizəsi xx.xx.2017-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul olunmuş, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləri “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ekspert rəylərinə əsasən müəyyən olunmuşdur. Yəni, xx.xx.2017-ci il tarixdə həmin rəylərin verilməsindən hal-hazıradək xeyli müddət keçmişdir. Kollegiya qeyd edir ki, hazırkı işdə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən və hal-hazırki vəziyyətdə bununla bağlı tərəflər arasında mübahisə olduğundan həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında yenidən hazırda mövcüd olan likvid qiymətlərə uyğun müəyyən edilməlidir. Hazırki apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı əsasında müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən ipoteka predmetlərinin likvid dəyərləri (qiymətləri) barədə xx.xx.2021-ci il tarixli rəylər verilmişdir. Həmin rəylərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 428a saylı fərdi yaşayış evinin likvid dəyəri ******* (dörd milyon iki yüz min) manat məbləğində, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 24/2 fərdi yaşayış evinin likvid dəyəri ******* (dörd milyon beş yüz min) manat məbləğində müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən dəftərxana vasitəsilə təqdim edilmiş, “MORİON” Qiymətləndirmə Mərkəzinin vermiş olduğu xx xxxx 2021-ci il tarixli rəylərdən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 428a saylı fərdi yaşayış evinin likvid dəyəri ******* (dörd milyon üç yüz min) manat məbləğində, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 24/2 fərdi yaşayış evinin likvid dəyəri isə ******* (dörd milyon altı yüz min) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə qərardadına əsasən verilmiş və cavabdeh tərəfin özünün təqdim etdiyi rəylər ayrı-ayrı müstəqil qiymətləndicilər tərəfindən verilməklə, həmin rəylərdə müəyyən olunmuş ipoteka predmetlərinin likvid dəyərləri (qiymətləri) bir-birinə uyğun olmaqla “ağlabatandır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Beləliklə kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetlərinin ilkin satış qiymətləri “xxxx” MMC tərəfindən verilmiş rəylərə əsasən onların likvid dəyərinə uyğun müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(005)- 220/2018 nömrəli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İş üzrə ipoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli 24/2 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti ******* (dörd milyon beş yüz min) manat məbləğində və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsinin və üzərində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, 428a saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ******* (dörd milyon iki yüz min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar